Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
O, qeyd edib ki, Türkiyənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi bəllidir: "Bizim Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimiz aydındır. Biz həmişə Azərbaycanın yanındayıq. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Dağlıq Qarabağ münaqişəsi, yəni Azərbaycan torpaqlarının işğalı məsələsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir".
"Rusiya rəsmilərinə cavab verəsi deyiləm. Bu kimi iddiaları da yersiz hesab edirəm. Türkiyənin bu məsələdəki mövqeyi bəllidir. Atəşkəsi Ermənistan pozub". Bunu Türkiyənin xarici işlər naziri Dağlıq Qarabağda münaqişənin alovlanmasında Türkiyənin rolunun olması ilə bağlı Rusiya rəsmilərinin iddialarına münasibət bildirərkən deyib (APA).
"Biz Ermənistan rəhbərliyinə zəng edib və ya görüşüb qardaş Azərbaycana hücum edin dedik? İddianın da bir ciddiliyi olmalıdır. Atəşkəsi kimi pozduğuna baxdığınızda, onun arxasında kimin durduğunu çox gözəl görə bilərsiniz.