"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gərginlik yaranan zaman Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına kömək üçün müraciət etməyib”. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja bildirib.
O deyib ki, beynəlxalq hüquqa uyğun olaraq, Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsi olmadığından KTMT qüvvələri məsələyə müdaxilə edə bilməz: "Biz yalnız təşkilata üzv olan ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hər hansı hücum olduğu zaman kömək göstərə bilərik”.