şənbə günü, 21 noyabr 2026
     

Lavrov Rusiyanın iştirakı ilə əldə olunmuş hansı Qarabağ razılaşmalarından danışır?

Image


Qabil Hüseynli: "İyunun 24-də baş tutan Kazan görüşündə heç bir nəticə əldə olunmadı"

"Medvedyevin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri iki dəfə Moskvada, daha sonra Həştərxan və Soçidə bir araya gələrək müzakirə aparmışdılar"

Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvan səfəri Qarabağ nizamlanması prosesində Moskvanın mövqeyinə, masa üzərində olduğu deyilən yeni təkliflərə aydınlıq gətirməkdənsə, daha çox sual yaratdı. Aprelin 21-22-də Ermənistana səfər edən Lavrovun İrəvanda Moskvanın ciddi-cəhdlə gizli saxlanan yeni təkliflərinə az da olsa aydınlıq gətirəcəyi ilə bağlı gözləntilər var idi.
Amma Lavrov bu mövzuda susdu və Azərbaycanda birmənalı qarşılanmayan açıqlamalar verdi. Lavrov qeyd etdi ki, bu gün prioritet məsələ 1994 və 1995-ci illərin sazişlərinə qeyd-şərtsiz əməl edilməsidir: "Onlar müddətsizdir və hər kəs tərəfindən hörmət edilməlidir. Rusiya həmsədrlər üçlüyünün üzvü kimi tərəflərə hərtərəfli yardım göstərmək üçün hər şey edəcək. Hazırkı mərhələdə atəşkəs barədə razılaşmanın yerinə yetirilməsi ilə yanaşı, 2011-ci ildə təqdim olunan və ATƏT tərəfindən hazırlanan təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi və insidentlərin araşdırılması mexanizmlərinin tətbiqi vacibdir".
Bu bəyanat və eyni zamanda Lavrovun İrəvanın "Kazan prinsipləri"ni rədd etmədiyini açıqlaması da ermənilərdən çox, Azərbaycana ünvanlanıb.
Doğrudur, hələ aprelin 7-dən bu yana Kremlin mövqeyində ciddi dəyişiklik baş verdiyini, yaxud İrəvanda Lavrovun sadəcə ermənilərə xoş gəlmək üçün bu bəyanatı səsləndirdiyini söyləmək tezdir. Atəşkəs rejiminə əməl edilməsinin vacibliyini ruslar hər zaman vurğulayıb. "Kazan prinsipləri"nə gəldikdə isə, heç Azərbaycan tərəfi də bundan imtina etməyib. Sadəcə öz düzəlişlərini təklif edib, ermənilər isə bunları qəbul etməyib. Bakıda Qarabağ nizamlanması ilə bağlı Medvedyev və Putinin ideyalarından söz açan Lavrovun Ermənistanda bu mövzuda susmasının diplomatik gediş olması, yaxud doğrudan rusların fəal vasitəçilik səylərindən vaz keçməsinə işarət olduğu yaxın vaxtlarda bəlli olacaq.
Lavrovun bəyanatları arasında diqqət çəkənlərdən biri də onun ATƏT-in Rusiyanın vasitəçiliyilə əldə edilən razılaşmalar əsasında fəaliyyət göstərməsinin zəruriliyinə dair işlətdiyi fikir oldu.
Maraqlıdır, Rusiyanın vasitəçiliyi ilə indiyə qədər tərəflər arasında hansısa razılaşma olubmu?
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Rusiyanın vasitəçiliyilə tərəflər arasında elə bir prinsipial razılıq əldə olunmayıb: "Hazırda Rusiya daha çox "Kazan prinsipləri"nin üzərində durur və həmin görüşün nəticələri irəliləyiş kimi təqdim edilir. Həmin görüşün mahiyyəti bundan ibarətdir ki, o zamankı Rusiya prezidenti Dmitri Medvedyevin iştirakı ilə Azərbaycan və Ermənistan dövlət başçılarının danışıqları nəticəsində "Madrid prinsipləri"nə yenidən baxılması əsasında meydana çıxmışdı. Medvedyevin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri iki dəfə Moskvada, daha sonra Həştərxan və Soçidə bir araya gələrək müzakirə aparmışlar. Rusiyanın səylərinə beynəlxalq birlik də fəal dəstək verirdi.
Kazan görüşünə bir ay qalmış - 26 may 2011-ci ildə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin prezidentlərinin "Böyük səkkizliyin" sammiti çərçivəsində Qarabağ nizamlanması ilə bağlı Dövil bəyanatı səslənmişdi. Bəyanatda Azərbaycan və Ermənistan Rusiyanın vasitəçilik səyləri ilə meydana çıxan nizamlanma planı əsasında razılıq əldə etməyə çağırılırdı.
2011-ci il 24 iyunda keçirilən Kazan görüşündən bir gün əvvəl isə ABŞ prezidenti də azərbaycanlı və erməni həmkarlarına zəng vurmuşdu.
Bundan əvvəl isə, 15 iyunda Avropa Parlamentində Qarabağ nizamlanması ilə bağlı dinləmələr keçirilmişdi.
Minsk qrupunun o zamankı amerikalı həmsədri Robert Bradtke "Kazan prinsipləri" üzərindən sirr pərdəsini götürmüşdü. O bildirmişdi ki, Kazanda müzakirə edilməsi nəzərdə tutulan baza prinsipləri üzrə razılaşma layihəsi münaqişənin sülh yolu ilə həlli üçün danışıqların aparılması prinsiplərini nəzərdə tutan 5 səhifəlik, 14 maddəlik sənəddir.
Kazan görüşündən 13 gün əvvəlsə Moskvada Azərbaycan və Ermənistan XİN başçıları S.Lavrovun iştirakı ilə danışıqlar aparmışdı. Görüşlə bağlı hər iki XİN bənzər açıqlama vermişdi. Açıqlamalarda qeyd olunurdu ki, tərəflər Dağlıq Qarabağ nizamlanmasının əsas prinsiplərinin bir sıra vacib məqamları ilə əlaqədar mövqelərini yaxınlaşdıra biliblər.
İyunun 16-da Rusiya XİN-in rəsmi sözçüsü Aleksandr Lukaşeviç Kazan danışıqları ilə bağlı daha açıq danışmışdı. O bildirmişdi ki, əldə olunan razılaşmalara uyğun olaraq, prezidentlərin görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsipləri ilə bağlı layihəyə baxılması nəzərdə tutulub.
İyunun 24-də baş tutan Kazan görüşündə isə heç bir nəticə əldə olunmadı. Görüşdən sonra Azərbaycan, Rusiya və Ermənistan prezidentləri birgə bəyantla çıxış etdilər. Bəyanatda qeyd olunurdu ki, prezidentlər onların göstərişi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsipləri layihəsinin razılaşdırılması istiqamətində aparılan işləri müzakirə ediblər. Dövlət başçıları əsas prinsiplərin qəbul edilməsi üçün bir sıra məsələlərlə bağlı qarşılıqlı anlaşma əldə edilməsini qeydə alıblar. Bütün bu xronologiya bir daha sübut edir ki, Rusiyanın vasitəçiliyi ilə tərəflər arasında heç bir razılaşma əldə olunmayıb".
Məhəmmədəli QƏRİBLİ





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 12:58
Bakıda narkotik həblər satanlar saxlanıldı, aralarında bir vəkil də var - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Azərbaycan-NATO hərbi logistika əməkdaşlığı müzakirə olunub

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ