şənbə günü, 21 noyabr 2026
     

TANAP-ın şansları, Moskvanın narahatlıqları artır

Image


Xəzər hövzəsindən Azərbaycan vasitəsilə Avropa istiqamətində uzanan enerji kəmərlərinin şimal qonşumuzu ciddi surətdə narahat etməsi heç kimə sirr deyil. Belə görünür ki, bu kəmərlər Rusiyanın narahatlığını daha da artıracaq. Çünki onlara qoşulan ölkələrin sayının xeyli artması gözlənir. İlk növbədə isə Azərbaycan qazını Türkiyə üzərindən Avropaya nəql edəcək "Transanadolu" qaz boru kəməri layihəsinin (TANAP) miqyası genişlənir.
Belə ki, TANAP-ın baş direktoru Saltuk Düzyolun sözlərinə görə, 10 milyard dollar dəyərində olan layihəyə Şimali İraq və Türkmənistan qazının qoşulması gündəmdədir: "İraq qazının TANAP-a qoşulması üçün işlər görülür. Türkmənistan qazının layihəyə qoşulması da əlavə variant ola bilər". TANAP layihəsinin perspektivliyindən danışan Düzyol qeyd edib ki, Eskişehir Frakiya, Yunanıstana qədər hissənin tenderi tamamlanıb: "Dəniz keçidi istisna, mühüm müqavilələr imzalanıb. Təxminən 4,5 milyard dollar dəyərində müqavilə imzaladıq". Düzyol onu da əlavə edib ki, TANAP-a dair işlər 2018-ci ilin iyun ayınadək yekunlaşa bilər: "Layihəyə dair işlər geriyə dönüşü olmayan bir şəkildə sürətlə irəliləyir. Biz var gücümüzlə çalışırıq ki, işləri 2018-ci ilin iyun ayınadək yekunlaşdıraq. Təxminən 5 min nəfər işlərə cəlb edilib. 2500-dən artıq texniki avadanlıq fəaliyyət göstərir. Bununla bu il məşğulluğun 8 min nəfərə çatacağı ehtimal edilir. Bu isə ciddi bir rəqəmdir".
Beləliklə, inşası sürətlə davam edən TANAP-a artıq Şimali İraq və Türkmənistan da qoşulur. Təbii ki, Moskva bunu məmnunluqla qəbul etmir. Amma Türkiyənin Ukraynadakı səfiri Yonet Can Tezel deyir ki, Ukrayna da bu layihədə iştirak edə bilər. Səfirin sözlərinə görə, Ukrayna hökuməti enerji sektorunda daha təsirli mövqedədir: "Bu il yanvarın 1-dən Rusiya Türkiyə mallarına embarqo qoydu, amma bu, Türkiyə-Ukrayna münasibətlərinə təsir etmədi. Türk Hava Yolları Ukrayna şəhərlərinə olan uçuşları iki dəfə artırıb. Hətta İstanbul - İvanovo-Frankovsk reysi fəaliyyətə başlayıb. Ukrayna TANAP-da da iştirak edə bilər". Qeyd edək ki, Ukraynanın təbii qaz ehtiyacının böyük bir hissəsi Rusiya hesabına ödənilir. Bununla Rusiya Ukraynaya təsir edə bilir. Amma Ukrayanın TANAP-a qoşulması bu təsirin Moskvanın əlindən çıxması deməkdir. Təbii ki, Rusiya da bunu xoş qarşılamayacaq. Qeyd edək ki, TANAP-a ilk qaz axını 2018-ci ildə baş tutacaq. TANAP-ın başlanğıcda nəqletmə qabiliyyəti ilkin mərhələdə 16 milyard kubmetr olacaq, sonrakı mərhələlərdə isə bu rəqəm 24 milyard kubmetrdən 31 milyard kubmetrədək artırılacaq. Bunun ardınca TANAP TAP-a qoşulacaq. Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulan TAP-ın təməlqoyma mərasimi isə mayın 17-də Yunanıstanın Saloniki şəhərində keçiriləcək. Yunanıstanın energetika və ətraf mühit naziri Panos Skurletis bildirib ki, təməlqoyma mərasimində siyasətçilər də iştirak edəcək: "Bu, çoxlu iş yerlərinin yaradılmasına imkan verən vacib layihədir".
Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" layihəsinin bir hissəsi olan TAP kəmərilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoi ərazisində TANAP boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə Cənubi İtaliyaya qədər uzanacaq. "Şahdəniz" yatağından ilk Azərbaycan qazının 2020-ci ildə Avropaya çatdırılması planlaşdırılır. Albaniya prezidenti Buyar Nişani bildirib ki, Azərbaycan qazını Yunanıstan-Türkiyə sərhədindən başlayaraq Albaniyadan keçməklə İtaliyanın cənubuna nəql edəcək TAP Avropanın enerji təhlükəsizliyi üçün böyük imkandır. O qeyd edib ki, bu layihə həm də Albaniyanın hazırda kömür və hidroelektrik enerjisindən asılı olan enerji təminatı imkanlarını stabilləşdirəcək: "Mən TAP-ın hazırda borular daşınan inşaat ərazisinə baş çəkmişəm. Layihəyə cəlb olunmuş yüksək standartlı mühəndislik işləri məni təsirləndirib. TAP-ın vaxtında həyata keçiriləcəyi barədə nikbin düşünürəm".
TANAP və TAP vasitəsilə, Azərbaycanla yanaşı, türkmən qazının axmasına gedən fəal hazırlıq Avropada Rusiyanın qaz inhisarçılığı mövqeyinə ciddi zərbə olacaq. Moskva bu fonda bir daha bəyan edib ki, türkmən qazının Azərbaycana gətirilərək buradan TANAP-a qoşulmasına Xəzərin hüquqi statusu müəyyən olunmadan razılıq vermək niyyətində deyil. Bu da o deməkdir ki, "Transxəzər" kəmərinin çəkilişi Rusiyanın razılığı olmadan elə də asan olmayacaq. Xatırladaq ki, məhz bu kəmər türkmən qazını Azərbaycan sahillərinə çatdırmalıdır. Məhz belə bir vaxtda Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının 20-yə yaxın gəmisi Xəzər dənizində təlimlərə başlayıb. Manevrlər çərçivəsində "Kalibr-NK"raket komlekslərindən atışlar həyata keçiriləcək. Xatırladaq ki, məhz bu raket komplekslərindən Rusiyanın Suriyada İŞİD-ə qarşı apardığı hərbi əməliyyatlarda istifadə olunub. O zaman Xəzər dənizindən Suriyaya atışlar "Dağıstan" raket gəmisi, kiçik "Qrad Sviyajsk", "Uqliç" və "Velikiy Ustyuq" gəmilərindən həyata keçirilib. Rusiya yenidən dənizdə hərbi gücünü göstərməklə onun razılığı olmadan Xəzərdə hansısa addımın atılmasının mümkünsüzlüyünü nümayiş etdirmək istəyir. Qeyd edək ki, Rusiya Xəzər donanmasına böyük əhəmiyyət verir. Məsələn, ölkə Suriyadakı hərbi əməliyyatlarda iştirak edən zaman Xəzər hövzəsindən geniş istifadə edib.
Tahir TAĞIYEV 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 12:58
Bakıda narkotik həblər satanlar saxlanıldı, aralarında bir vəkil də var - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Azərbaycan-NATO hərbi logistika əməkdaşlığı müzakirə olunub

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ