ABŞ prezidenti Barak Obamanın fikrincə, Suriya problemini həll etmək üçün ABŞ, İngiltərə və ya Qərb ölkələrinin Suriyaya ordu göndərib, Əsəd rejimini devirməsi səhv addım olar.
Baki-xeber.com xəbər verir ki, Obama, BBC-yə müsahibəsində, hərbi əməliyyatların Suriyanın problemlərini həll etməyə yetərli olmayacağını deyib. ABŞ prezidenti qalan 9 aylıq prezidentlik müddəti ərzində İŞİD-in məğlub edilməyəcəyini də etiraf edib: "Ancaq fəaliyyət sahəsi daraldılacaq".
Obama Suriya problemin həllinin mürəkkəb olduğunu deyib: "Suriyanın uzun müddətli problemlərini həll etmək üçün tək başına hərbi yol və bizim quru qoşunları göndərməyimiz nəticə verməyəcək".