İsrail baş naziri Binyamin Netanyahunun Moskvaya səfər edib Rusiya ilə hərbi əməkdaşlığı artırmağa çalışdığı bir vaxtda "Yedioth Ahronoth” qəzeti diqqət çəkən iddia ortaya atıb.
Baki-xeber.com xəbər verir ki, İsrailin ən böyük qəzetlərindən olan "Yedioth Ahronoth”, Suriyadakı Rusiya hərbi qüvvələrinin iki dəfə Suriya üzərində uçan İsrail döyüş təyyarələrinə atəş açdığını yazıb.
Qəzetin iddiasına görə, İsrail prezidenti Reuven Rivlin hadisəni martın 15-də Moskva səfəri zamanı Rusiyaya çatdırıb, ancaq Rusiya prezidenti Vladimir Putin bu vəziyyətdən xəbərsiz olduğunu deyib.
"Kanal 10” da Rusiya döyüş təyyarələrinin Aralıq dənizi sahilində uçan İsrail qırıcılarına təhlükəli yaxınlaşdığı barədə xəbər yayıb. Məlumatda təyyarələr arasındakı yaxınlaşma zamanı iki tərəf arasında təmasın olmadığı bildirilir.