ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) İŞİD-i yox etmə məqsədilə İraq və Suriyada keçirdiyi hava hücumlarında mülki vətəndaşların həyatının daha çox risqə atılmasına icazə verdiyi iddia edilir.
Baki-xeber.com xəbər verir ki, "USA Today” qəzeti Pentaqon rəsmilərindən birinə istinadən yazır ki, yeni qaydalada bəzi hallarda 10 mülki vətəndaşın həyatının təhlükədə olmasına baxmayaraq, döyüş təyyarələrinin hədəfləri vurmasına icazə verilir. İŞİD-in təxribatlarının qarşısını almaq üçün də mülki vətəndaşların öləcəyi ya da yaralana biləcəyi hücumlara "yaşıl işıq” yandırılır.