Bazar ertəsi günü, 23 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Ermənilərin gürcü sevgisi"...
Tarix: 06.11.2015 / 01:03
Bölmə: Siyasət
Bir zaman yaranmış acınacaqlı vəziyyətin həllində Azərbaycanın və Gürcüstanın varlığı erməni liderləri tərəfindən məqbul qarşılanmır, onların üzərində bir qorxu hissi yaradırdı. Ermənilər: "Xeyr, gürcülər bizə xəyanət etdilər! Cənubi Qafqaz Məclisinin sülh heyətinin rəhbəri İ.Şengeliya türklərlə sülh müqaviləsi imzalamasaydı, bizim vətənimiz Qars qalasını türklərə verməsəydi, bizim silahlı güvvələrimiz düşməni "Ermənistan" sərhədlərinin yaxınına belə buraxmazdı" - deyirdilər.
Beləcə, Daşnaksütyun komitəsi uydurma düşüncələrlə Gürcüstan hökumətinə təhqirlər yağdırmağa başladılar. Daşnaklar erməni xalqının öfkəsini özlərindən uzaqlaşdırmaq istəyirdilər. Erməni xalqı təbii olaraq öz liderlərindən hesab soracaqdılar: "Niyə xalqı satıb məhv etdiniz?" Daşnaklar xalqın bu sualına gürcü xəyanətini irəli sürüb: "Biz əlimizdən gələni etdik. Biz öz mənfəətlərimizi qorumaq üçün güclü bir ordu qurduq. Amma nə edə bilərdik ki, gürcülər problemi diplomatiya yolu ilə çözdülər, bizə düşmənə qarşı silahla çıxmaq imkanı vermədilər," - deyərək erməni xalqını sakitləşdirməyə çalışır, Türkiyənin özlərindən "qoparmış" olduğu torpaqların əvəzinə Gürcüstandan torpaq qoparmaq istəklərini ortaya atıb öz xalqını təhrik etmək istəyirdilər. Bu uydurmalar müharibə mövzusu ola bilməzdi. Əslində bu yeni bir mövzu da deyildi. Çünki daşnaklar Azərbaycanın İrəvan xanlığında elan etdikləri "Ermənistanın" sərhədlərini genişlətmək üçün Tiflis əyalətini də öz sərhədlərinin içərisinə qatmaq istəyirdilər. Ermənilər bu əyalətin torpaqlarını da öz torpaqları olaraq görürdülər.
Burada Gürcüstanın tanınmış yazıçısı İ.Çavçavadzenin "Erməni alimləri və fəryad edən daşlar" adlı əsərinə müraciət etməyi uyğun gördük. İ.Çavçavadze belə yazır: "Erməni alimlər sözlə və qələmlə bütün dünyaya and içirlər ki, guya, Qafqaz sıra dağlarından Dəclə və Fərat çaylarının başlanğıcına qədər olan sahə qədimdən Ermənistan deyilən bir yer olub və guya, bəzi yerlərdə hər hansı bir "varasi" (ermənilər gürcüləri belə adlandırırlar) cücəribsə o da ermənilərin təqsiri ucbatından bir pəyə tutub yaşamağa başlamışdır. Bu varasilər bir millət kimi adı çəkilməyə layiq deyillər, çünki onlar məhv olma və nəsli pozulma yolundadırlar...
Bizi yer üzündən tamamilə silib atmaq üçün onlar adımızı biabır edib bizi milli hissiyyatdan məhrum etməklə kifayətlənməyərək bütün tariximizi də, salnaməmizi də, tarixi qalıqlarımızı və abidələrimizi də, xristianlıqdan əvvəlki xidmətlərimizi də məhv edirlər, tarixi var-dövlətimizi, bizə məxsus hər şeyi müxtəlif fırıldaqlarla öz adlarına çıxırlar...
Belə toz-duman nəyə görə qaldırılıb, nəyə görə yalançı ildırımlar çaxır və ya göy guruldayır? Bax bütün bunlar Zaqafqaziyada lap qədimdən ancaq erməni millətinin olduğunu, gələcəyin də bu millətə məxsus olacağını dünyaya sübut etmək üçün lazımdır...
Bütün bu fırıldaqları kim edir? Başımız üzərində hərlənən və qarıldayan bu qara qarğadır, nədir?.." - deyir İ.Çavçavadze. Qəhrəmanlıqdan dəm vuran ermənilərə, İ.Çavçavadze belə cavab verir: "Əsl qəhrəmanlıq, təbiətinə görə təvəzökardır, boşboğaz deyil. Və bu qəhrəmanlıq nə qədər dinməz və təvəzökardırsa, o qədər də böyük və cəzbedicidir. Bu qəhrəmanlığın nəcib xüsusiyyətlərini anlamaq üçün elmli və bilikli adam olmağa ehtiyac yoxdur. Bunun üçün sağlam ağıla və səmimi təmiz qəlbə malik olmaq kifayətdir. Bədbəxtlikdən, erməni xalqının şöhrəti və böyüklüyü haqqında hər yerdə car çəkən və yeri gələndə gürcüləri alçaldan və yer üzündən silən erməni alimləri bu müdrikliyə hələ çatmayıblar. Gözlənilən iğtişaşların qabaqcadan görünməsi ilə bizi qorxudurlarsa, yelbeyin gəncləri başdan çıxarmaq və qorxutmaq üçün liberalizmə əsaslanmaq biclik deyilsə, nə üçün elə bu liberalizm naminə onlar yeri gəldi-gəlmədi bütün gürcü millətinə, bəli, bütün gürcü millətinə qara yaxan, ona qəbir qazan həmin o erməni dəstəsinin ağzını yummurlar? Bəs, heç olmasa bu saxta liberallardan biri ağzını açıb deyibmi ki: "Siz nə cəfəngiyyat uydurursunuz, cənablar, əgər sizdə şəxsi ləyaqət hissi, öz vətəniniz varsa, bu haqda danışın! Yoxdursa, niyə bütün gürcü millətinə sataşırsınız? Niyə onun adını batırırsınız və sizə aid olmayan şeyləri niyə öz adınıza çıxırsınız? Məgər bilmirsiniz ki, haqqı gizlətmək olmaz və gec-tez o üzə çıxar?.."
Burda şərəfsiz bir qorxaq kimi qaçmaq, geri çəkilmək yox, fırıldaqları açıq ifşa etmək lazımdır. Əslində nə liberalizm, nə cəhalətpərəstlik, nə də buna bənzər şeylər insan ləyaqətinin meyarı deyil. Təkrar edirik ki, pisliyin ifşa edilməsi uydurulmuş halda yox, əsaslı olsun, sübut edilmiş olsun və qoy heç kəs bununla kiminsə narazılığına, məyusluğuna, ədavətinə səbəb olmaqdan qorxub-çəkinməsin. Məgər biz bilmirik ki, ifşa olunmaq pislik edənin ürəyinə yatmır. Lakin bu pislik bütün ağırlığı ilə üstümüzə düşəndə, bizim guya acizliyimizi bütün dünyaya car çəkəndə, bu, gözlərini yummağın, qulaqlarını tutmağın, susmağın üzürlü səbəbidir. Biz nə üçün susmalıyıq? Doğrudanmı ona görə ki, dediklərimiz ermənilərin narazılığına səbəb olacaq? Düşmənçilik yaratmaq isə indiki vaxta yaraşmaz. Məgər, doğrudanmı, bu yalanlardan qorxmalı və öz şəxsiyyətimizi müdafiə etmək və qorumaq haqqında fikirləşməliyik?
Bizə çırtma vurmaq təhqiredicidir, biz kötəklə vuranda isə sizin inciməyə haqqınız yoxdur. Necə yəni, biz bu dünyanın ögey oğullarıyıq ki, onlar bizi lətifələrlə əyləndirməyə cəsarət edirlər? Bizim mövcud olmağımızı kökündən qoparanda liberalizm və cəhalətpərəstlik haqqında nə söhbət ola bilər? Ancaq bu lətifələr nifrətə layiq qorxağın xeyrinədir, ancaq qorxaq səssiz-səmirsiz özgə tüpürcəyini yalayar. Buna, Allaha şükür, biz hələ çatmamışıq, özümüzü müdafiə etmək və qorumaq üçün və gürcü adını tapdalamağı və təhqir etməyi heç kimə imkan verməmək üçün ürəyimiz güclü döyünür...
Baron Brambeys təxəllüslü məşhur rus yazıçısı Senkovski hələ 1838-ci ildə belə yazırdı: "VI Vaxtanqdan əvvəl gürcülərin salnaməsi yox idi, gürcülərin özləri, hətta eramızın XII əsrindən əvvəl mövcud deyildilər. Müxtəlif dağlı tayfaları iber adı ilə tanınırdı. Bütün ölkə Kür çayının o biri tərəfində idi. Tiflis və Gürcüstanın böyük bir hissəsi qədimdən ermənilərə məxsus olub və burada ermənilər, midiyalılar, massagetlər, yaxud türklər və bir neçə nəsil alban yaşayıb. "Belə yalan təhrif olunmuş tarixin və coğrafiyanın tərtibini kimin ayağına yazaq? Onu Senkovskinin yazdığına şübhə yoxdur, lakin doğrudanmı şübhələnməmək olar ki, Senkovski kim tərəfindənsə aldadılmayıb və o, əks-səda kimi eşitdiklərini təkrar edib? Axı, aydındır ki, bu cür yalanı o heç bir yerdə oxuya bilməzdi. Çünki bütün Yer kürəsində bu mənada göstərişlər tapa biləcəyi salnamələr yoxdur və bu yalanı o, hətta rəvayətlərdə belə tapa bilməzdi. Gürcülərin XII əsrdən əvvəl hətta mövcud olmadıqlarını aləmə yaymaq kimə lazım idi. Gürcüstanda gürcü olmayıb və burada ermənilər və başqa xalqlar yaşayıblar, yaxud Tiflis ilə birlikdə Gürcüstanın böyük bir hissəsi qədimdən bəri ermənilərə məxsus olub! Yalandır, həm də belə gözlənilməz yalan gizli məqsəd və niyyət olmadan meydana çıxmaz...
Erməni alimləri o vaxtdan indiyə qədər Gürcüstanın sahəsindən mümkün olan qədər çox kəsib öz adlarına çıxmaq və onun keçmişini mümkün olan qədər məhv etmək üçün bütün güclərini sərf edirlər və hətta indisini ləkələmək üçün hər vasitə ilə onu ən pis cəhətdən dünyaya göstərməyə çalışırlar.
Məsələn, hamıya məlumdur ki, Çorox hövzəsi keçmişdən bəri Samtsxe-Saatbaqodan ibarət olan yuxarı Kartaliniyanın bir hissəsini təşkil edirdi. Erməni yazıçıları - Xudabaşov, Yeritsov isə kürün yuxarı hissəsinin və bütün Çorox hövzəsinin Böyük Ermənistanın tərkibinə daxil olduğunu sübut etməyə çalışır bu yerlərin bizim olduğuna etiraz edirlər. Onlar bizə yalnız bir qarış torpaq saxlayırlar. Bu mərhəmətə görə sağ olsunlar! Ancaq bu faktla necə razılaşarlar ki, onların iddia etdiyi yerlər İsanın doğulmasından xeyli əvvəldən indiyə qədər gürcü adlarını, məsələn, Çorox hövzəsində Klarçeti, Liqanixevi, Taoskari, Şanşeti, Acara, kürün yuxarı hissəsində isə Kola, Artaani, Eruşeti, Samtsxe və Cavaxeti saxlayıblar. Bu yerlərdə gürcülər VII və VIII yüzilliklərdən başlayaraq XIV əsrə qədər, məsələn, Kolaxidə Dadaşski, Samtsxedə Atskurski, Zarmzski, Səfərski, Cavaxetidə Tskarotavski, Şavşetiyada Tbetski, Klarjetidə Xaxulski, Acarıstanda Sxaltski və indiyə qədər də mövcud olan bir çox başqa məbədlər, monastırlar tikiblər.
Bütün bunlara baxmayaraq erməni tarixçiləri yenə də çərənləyir və özlərini heç vaxt yaşamadıqları yerlərin sakinləri sayırlar. Ermənilər bu "alimliklə" dunyanı inandırmaq istəyirlər ki, guya, bu yerləri tutmağa onların tarixi haqları vardır.
Beləcə, erməni kitab həvəskarlarının və savadlı adamlarının nə ilə məşğul olduqları və belə fırıldaqlarla müqəssir olduqları ortaya çıxır. Həmin yerlərin kimin olduğu və indi kimə məxsus olması haqqında tarixi qalıqların və abidələrin dil açıb danışmaq vaxtı gələcək, çünki daşlar, çoxlu tikililər, monastırlar, məbədlər dilə gəlib fəryad edirlər ki, qədim zamanlardan bəri bu yerlərdə gürcülər yaşayıblar.
Ermənilərin gürcü mənbələrində və monastırlarında gürcü mənşəli izləri məhv etməyə, gürcü yazılarını daşlardan qaşıyaraq təmizləyib yox etməyə, daşların özünü tikililərdən çıxarıb yerinə erməni yazıları olan başqa daşları qoymaq üçün əlləşdiklərinə çoxlu misal gətirə bilərik. Bu barədə həm rus, həm də gürcü qəzetlərində yazılıbdır. Yeri gəlmişkən, mərhum D.Bakradze ermənilərin bu cür yaxşı qabiliyyətini göstərən bir əhvalatdan söhbət açdığını qeyd edək: Artvində çox qədim bir kilsə var. O yerin erməniləri bu məbədi öz adlarına çıxmaq istəyirdilər. Lakin yerli yunanlar mübahisə etməyə başladılar ki, bu məbəd qədim zamandan bəri gürcülərə məxsusdur. Yunanların bu açıqlamaları ermənilərə təsir etmədi. Onlar məbəddə gürcü yazısı olan daşı yerindən çıxarıb gizlətdilər, çünki bu yazı məbədin gürcülərə məxsus olduğunu sübut edirdi. Beləliklə, ermənilər bu kilsəni pravoslavların əllərindən alaraq öz adlarına çıxdılar...
Gürcü və erməni kilsələrinin ayrılması ilə əlaqədar olaraq gürcülər Xalkidon kilsəsinin qərarını qəbul edən vaxt (495-ci il) ermənilər Dvində xüsusi yığıncaq çağırıblar. Ermənilərin qəbul etdikləri qərara görə, onların patriarxı Avraam gürcülərə bu cür yazılı lənət yağdırıb: "Biz gürcü katolikosu Kirionu lənətləyib üzüstə yerə yıxmışıq. Ermənilərə gürcülər barəsində əmr edirik ki, nə dua vaxtı, nə də yemək-içmək zamanı, nə dostluqda, nə də ki uşaqların tərbiyəsində bugündən etbarən onlarla heç bir əlaqə qurmasınlar. Şərəfli xaça sitayiş etmək üçün nə Mtsxetiyə, nə də Menklisə getməyə heç kim cəsarət etməsin. Qoy bizim məbədlərə gəlməyə onlara (gürcülərə) icazə verməsinlər, onlarla nigah əlaqələrinə girməkdən çəkinsinlər. Yəhudilər kimi onlarla da ancaq ticarət əlaqələrinə girməyə icazə verilir. Bu qərarı pozanlara lənətlər olsun!".
Fəqət 26 may 1918-ci ildə Gürcüstan müstəqilliyini təntənəli bir şəkildə elan etdikdə, bu açıqlama heç kəsə təəccüblü görünməmişdi. Amma 1918-ci ilin sonlarında, gürcülərin açıqlamalarından 6 ay sonra erməni Daşnaksütyun hökuməti bu "problemi" də ortaya ataraq gürcülərə meydan oxumağa, öz xalqını sakitləşdirməyə çalışdılar. Bütün bunlardan aydın olurdu ki, nə İ.Şengeliyanın Türkiyənin xəbərdarlığını qəbul etməsi, nə köçərilər problemi, nə də sərhədlər mövzusu Ermənistan hökumətinin Gürcüstana qarşı əsgəri hərəkat başlatması üçün bir zəmin yaradırdı. Əsas məqsəd daşnakların öz xalqı qarşısında öz prestijini xilas etməklə yanaşı, Gürcüstanın hesabına "öz torpaqlarını" genişlətmək olub.
Ortaya bir sual çıxır, nəyə görə erməni hökuməti 26 may 1918-ci ildə Gürcüstan müstəqilliyini elan etdikdə ermənilər qarşı çıxmadılar? Bu suala cavab vermək olduqca asandır. Məsələ burasındadır ki, daşnaklar Azərbaycan türklərinin ata-baba yurdu olan İrəvan xanlığında elan etdikləri Ermənistanın sərhədlərini genişlətmək üçün Tiflis əyalətini də öz sərhədlərinin içərisinə almaq istəyirdilər, cünki onlar bu əyalətin torpaqlarını da öz torpaqları olaraq görürdülər. Lakin 25 may günü ermənilərin düşündüklərini yerinə yetirmələri çox riskli görünürdü. Amma indi onlar üçün bir fürsət doğmuşdu - gürcülərin hamisi olaraq bilinən Almaniya məğlub olduqdan sonra buralardakı hegemonluğunu müttəfiqlərə vermişdi.
Bax bu "sevindirici" günü gözləyən erməni daşnaklar mətbuat və iclaslarda gürcülərə qarşı olan tələblərini irəli sürməyə başladılar. Gürcüstana qarşı döyüşə bilmək üçün ermənilər arasında böyük miqdarda pul toplandı. Erməni xalqının yaşadığı kəndlərdə erməni papazlar səy göstərirdilər. Onlar Gürcüstana qarşı xaçlı döyüşü aparmaq mövzusunda vaazlar verərək, kəndlilərə and içdirdilər. Bunu edərkən də onlara xaç deyil, əllərində silah gürcülərə qarşı döyüşəcəklərinin bir simvolu olaraq xəncər öpdürürdülər.
Almaniyanın məğlubiyyəti, Almaniya tərəfindən işğal edilən bölgələrdəki kiçik xalqların vəziyyətinə, o cümlədən Gürcüstanın vəziyyətinə təsir etmirdi. Hər şey müttəfiq dövlətlərin xeyrinə cərəyan edirdi. Erməni daşnakların da döyüş atəşi yüksəlməkdə idi. Onlar heç bir elan etmədən Gürcüstanın sərhəddini keçdilər. Bu əsgəri döyüşləri təfsilatı ilə incələmək məqsədimiz deyildir. Qısacası, onu deyə bilərik ki, gürcü hökuməti silahlı döyüşləri əngəlləmək üçün mümkün olan hər şeyi edibdir. Erməni çətələri gürcü sərhəddini keçib irəlilədikdə Gürcüstan hökuməti döyüş çığlıkları atan Ermənistan hökumətini sülhə çağırdı, fəqət ermənilər razılığa gəlmədikdə, gürcülər erməni ordusunu darmadağın edib onlara böyük itkilər verdirdi. Ermənilərin bu hərəkəti hər iki ölkəyə maddi-mənəvi və siyasi baxımdan böyük zərərlər veribdir. Heç şübhəsiz, erməni daşnaklar qonşu bölgələrdə oyun oynamağa son verib yaşamağa alışmadıqları müddətcə dünya ictimaiyyəti arasında boynu bükük qalacaqlar.
Bəli, "Ermənistan Respublikası"nda nələrin baş verdiyini bütün dünyanın öyrənməsi lazımdır.
Həqiqətlər ölməməlidir!
Fazil QARAOĞLU,
professor
DİGƏR XƏBƏRLƏR
Tarix: 23.11.2026 / 14:57
Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident Əliyevə təşəkkür etdi
Tarix: 23.11.2026 / 14:52
Ukrayna ilə saziş naminə Putin yeni şərt irəli sürdü -
Avropa liderləri getsin...
Tarix: 23.11.2026 / 14:17
Bəzi hərbi qulluqçuların leytenantlıq müddəti artırılır
Tarix: 23.11.2026 / 14:12
Prezident ətraf mühitin mühafizəsi ilə bağlı qanunlara edilən dəyişiklikləri təsdiqlədi
Tarix: 23.11.2026 / 14:10
TRIPP layihəsinin icrasına start verildi
– Naxçıvanla quru bağlantısı reallaşır...
Tarix: 23.11.2026 / 13:03
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Antonio Tayanini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb
Tarix: 23.11.2026 / 12:24
Türkiyədən Paşinyana çağırış
– sülh istəyirsinizsə, Metsamor AES-i bağlayın...
Tarix: 23.11.2026 / 12:10
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi
FOTO
Tarix: 23.11.2026 / 12:09
Paşinyan “topu” erməni xalqına atdı...
Tarix: 23.11.2026 / 11:43
Ukraynanın gələcəyi ilə bağlı sensasiyalı iddia
– Putin NATO modelinə razılaşdı, Donbası tələb edir...
Tarix: 23.11.2026 / 10:29
Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı
– Azərbaycanla sülhə mane olan müddəa çıxarıldı...
Tarix: 23.11.2026 / 10:10
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edildi
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
23.11.2026 / 14:57
Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident Əliyevə təşəkkür etdi
23.11.2026 / 14:52
Ukrayna ilə saziş naminə Putin yeni şərt irəli sürdü -
Avropa liderləri getsin...
23.11.2026 / 14:17
Bəzi hərbi qulluqçuların leytenantlıq müddəti artırılır
23.11.2026 / 14:12
Prezident ətraf mühitin mühafizəsi ilə bağlı qanunlara edilən dəyişiklikləri təsdiqlədi
23.11.2026 / 14:10
TRIPP layihəsinin icrasına start verildi
– Naxçıvanla quru bağlantısı reallaşır...
23.11.2026 / 13:53
Ukrayna-Rusiya savaşı Aralıq dənizinə də sıçradı
– iki rus gəmisi və helikopteri dənizdə batırıldı...
23.11.2026 / 13:35
Ukraynadan Rusiyanın neft sənayesinə ağır zərbə
– Vahid Ələkbərovun şirkətində yanğınlar başladı...
23.11.2026 / 13:18
Ermənistanın yeni Konstitusiya layihəsində kilsəsi ilə bağlı dəyişiklik edildi...
23.11.2026 / 13:03
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Antonio Tayanini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb
23.11.2026 / 12:48
Rusiya ilə Hollandiya arasında gərginlik pik həddə
– Moskva Haaqaya müharibə mesajı verdi...
23.11.2026 / 12:39
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində bir sıra sənədlər imzalandı
23.11.2026 / 12:24
Türkiyədən Paşinyana çağırış
– sülh istəyirsinizsə, Metsamor AES-i bağlayın...
23.11.2026 / 12:10
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi
FOTO
23.11.2026 / 12:09
Paşinyan “topu” erməni xalqına atdı...
23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
23.11.2026 / 11:43
Ukraynanın gələcəyi ilə bağlı sensasiyalı iddia
– Putin NATO modelinə razılaşdı, Donbası tələb edir...
23.11.2026 / 11:27
Çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edildi
23.11.2026 / 11:12
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi
23.11.2026 / 11:07
Astarada saxlanan şəxslərdən 10 kq-dan artıq narkotik aşkarlandı
23.11.2026 / 10:43
Ukrayna Tatarıstandakı neft anbarlarını yenidən vurdu...
23.11.2026 / 10:34
Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır
23.11.2026 / 10:29
Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı
– Azərbaycanla sülhə mane olan müddəa çıxarıldı...
23.11.2026 / 10:21
Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçirilir
23.11.2026 / 10:10
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edildi
23.11.2026 / 09:52
Hörmüz boğazında təhlükəli eskalasiya
– İranın gəmilərə hücumları rekord həddə çatdı...
23.11.2026 / 09:39
Trampdan demokratlara sərt ittiham
– onların qələbəsi İran daha da aqressivləşdirdi...
23.11.2026 / 09:24
Şəhərdə təmizliyi pozanları bu qədər cərimə gözləyir...
23.11.2026 / 09:02
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"
23.11.2026 / 08:46
Lavrov Almaniya müdafiə naziri və britaniyalı siyasətçini “qeyri-adekvat” adlandırdı
23.11.2026 / 08:40
COP31 danışıqları iflasa uğradı -
qalıq yanacaqlarla bağlı mübahisə səbəbindən…
22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi
- hücumları bərpa edəcəyik...
22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil...
İranda qışda elektrik böhranı yaşana bilər...
22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu
– hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...
22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi
- Yekun sənəd imzalanmadı...
22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb
22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
- FOTO
22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb
22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək
22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi
22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”
22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”
22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"
22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi
22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib
22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir -
“Üçüncü eşelon” kim(lər)dir?
22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları
21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı
– NATO hərəkətə keçəcəyini açıqladı...
21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN
– gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...
21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı...
Finlandiya prezidentindən sensasion iddia...
21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi
– “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”
21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir
– Pentaqondan açıqlama gəldi...
21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə
RƏSMİ REAKSİYA...
21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib
- FOTO
21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...
21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır
– dekabrın 1-dən hər addımları izlənəcək...
21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi
– Londondan gözlənilməz açıqlama...
21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi
- Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...
21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar
- FOTO
21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"
21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır"
- Prezident İlham Əliyev
21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq"
- Vyetnam Prezidenti
21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur"
- To Lam
21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
- FOTO
21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj
- sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir
21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli
– Demokratlar Konqresə ultimatum verdi...
21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı
21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi
– Bessentdən Tehrana sərt mesaj...
21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı
- VİDEO
21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub
21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....
21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik"
- Vyetnam Prezidenti
21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"
21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub
- FOTO
21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub
21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...
21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi
21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
- FOTO
21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib
21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub
20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım
- çıxarış almaq mümkün olacaq...
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ