Bazar ertəsi günü, 23 noyabr 2026
     

Politoloq Suriya kampaniyasını Rusiyanın indiki reallıqda siyası bacarığının nümayişi hesab edir

Image


Suriya kampaniyası Rusiyanın indiki reallıqda siyası bacarığının nümayişidir. Vladimir Putin konkret hərbi əməliyyatların keçirilməsində, hərbi təyyarələrin uçuşlarının uzlaşdırılmasında, Suriya probleminin siyasi tənzimlənməsində ABŞ-la hər cür dialoqa və əməkdaşlığa hazır olduğunu nümayiş etdirsə də, ABŞ və Qərb əməkdaşlıqdan yayınır. Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq qeyd edib ki, ABŞ RF-ni hədəfləri düzgün vurmamaqda ittiham edir, amma özündə olan koordinatları vermək fikrində deyil: "Eləcə də kəşfiyyat məlumatlarının mübadiləsi ilə bağlı təklifi də rədd etdi. Yalnız Rusiya hərbi təyyarələrinin ABŞ təyyarələrinə təhlükəli məsafədə yaxınlaşdıqdan sonra uçuş qrafiklərinin uzlaşdırılmasna razılıq verdi. Rusiya Suriyadakı əməliyyatlardakı iştirakını gücləndirmək üçün hərbi gəmilərini Aralıq dənizinə göndərdi. Xəzər dənizindəki hərbi gəmidən açılan raket zərbələri ilə 1500 km məsafədə, Suriyada hədəfləri dəqiq vurdu".

M.Əhmədoğlu deyib ki, islam terrorçularına qarşı Suriya ərazisində mübarizə Rusiyanın özünə birbaşa faydalıdır: "ABŞ-in başçılıq etdiyi koalisiya il yarım ərzində Suriyada "İslam dövləti”nə qarşı mübarizə aparsa da, terrorçuların məhv edilməsində ciddi uğur əldə edə bilməmişdi. "İslam dövlətinin” yaydığı bəyanatlarda son vaxtlar "Şimali Qafqaz” və "Mərkəzi Asiya” terminləri tez-tez işlənirdi. Bəzən Azərbaycanın da adı hallanırdı. RF əgər Suriyada "İslam dövlətinə” qarşı müharibəyə başlamasaydı, o bundan daha dəhşətli müharibəni öz ərazisində - Şimali Qafqazda aparmalı idi".

Politoloq vurğulayıb ki, V.Putin Suriya daxili məsələləri çox gözəl bilir və manipulyasiya predmetinə çevirib: "ABŞ-ın dəstəklədiyi Azad Suriya Ordusu ilə əməkdaşlığın mümkünlüyünü bildirdi. RF Xarici İşlər nazirinin müavini M.Boqdanov İtaliyada Azad Suriya Ordusunun və Suriya müxalifətinin təmsilçiləri ilə görüşdü. Azad Suriya Ordusunun təmsilçiləri Rusiya ilə əməkdaşlığa hazır olduğunu bildirsə də, sonradan fikrindən döndü. ABŞ və Səudiyyə Ərəbistanı Azad Suriya ordusuna yardım edəcəyini bildirməklə, bu ordunu Rusiya ilə əməkdaşlıqdan yayındıra bildilər".

Mərkəz rəhbəri sonra deyib ki, Suriyanın dövlət olaraq parçalanması indi Qərb üçün real təhlükə kimi görünür: "Çünki Suriyanın parçalanması həm Yaxın Şərqdə yeni vəziyyət yarada, həm də Avropaya qaçqın axınını artıra bilər. V.Putin Suriyanın daxilindəki dini və milli fərqlilikdən də istifadə edir. Suriyada əhalinin böyük əksəriyyəti sünni müsəlmanlardır. ABŞ Suriyanın əhalisinin sünni məzhəb olmasından RF-ə qarşı istifadə etməyə başladı. Guya Rusiya sünnilərə qarşı müharibə edir. İran onun müttəfiqidir, ona görə şiələrin tərəfini saxlamaqla dünyada sünnilərin mövqeyini zəiflədir".

M.Əhmədoğlu sonra bildirib ki, bu cavabsız qalmayacaq: "Rusiyanın daxilindəki müsəlman əhalisinin böyük əksəriyyəti sünnilərdir. Rusiyanın daxilindəki müsəlmanlar V.Putinin Suriya kampaniyasına güclü etiraz bildirəcəklər. V.Putin bu amili nəzərə alır. Dağıstan, Çeçenistan və İnquşetiyada müvafiq işlər görülür. Suriyanın dini liderləri Rusiyanın Suriyadakı səfirliyinə Quran bağışladılar. Suriya rəsmiləri Rusiyanın keçirdiyi əməliyyatlardan razılıq bəyanatları yayıblar. Sünni faktorunu nəzərə alaraq V.Putin Suriya daxili dialoqda dini və etnik qrupların təmsil olunacağını bildirdi. Milli azlıq dedikdə V.Putin daha çox kürdləri nəzərdə tutur".

Politoloq qeyd edib ki, "Suriya Kürdüstanı” anlayışını gündəliyə daxil etməklə V.Putin Qərbin İraqa tətbiq etdiyi bölgüçülük formulunu Suriyaya tətbiq etməyə hazır olduğunu nümayiş etdirdi: "V.Putinin Suriya siyasətində məqsədyönlü siyasətindən biri də iqtisadi əməkdaşlıqla bağlı danışıqlara imkan verməməsidir. RF Avrasiya İqtisadi Birliyinə üzv və ya tərəfdaş axtarır, amma Suriya yeganə dövlətdir ki, AİB onunla əməkdaşlıqdan imtina etdi. Suriya tərəfdən irəlı sürülən digər iqtisadi əməkdaşlıq təklifləri hələdə Kremlin diqqətini cəlb etmir".

Mərkəz rəhbəri hesab edir ki, Suriya prezidenti Bəşər Əsədin Moskvaya səfəri Vladimir Putini beynəlxalq aləmdə apardığı siyasətin yeni səhifəsidir: "B.Əsəd beynəlxalq izolyasiyadadır. Dövlət çevrilişindən qorxan B.Əsəd 2011-ci ildən bəri ölkəni tərk etməmişdi. B.Əsədin Moskvaya səfərinin yalnız səhəri günü bu səfər haqqında məlumat yayıldı. Görünür, bu, təhlükəsizlik tədbirləri ilə əlaqəlidir".

M.Əhmədoğlu sonra vurğulayıb ki, V.Putinlə 3 saatlıq görüşdə B.Əsəd ona dərin minnətdarlığını bildirib: "B.Əsəd V.Putindən bir sıra xahişlər edib: ı. hərbi əməliyyatların davamı; ıı. Rusiya Hərbi Kosmik əməliyyatları ilə Suriya ordusunun yerüstü əməliyyatlarına şərait yaratmaq; ııı. Siyası tənzimlənmə prosesində Suriyanın dövlət olaraq mövcudluğuna, ərazi bütövlüyünə diqqəti artırmaq; ıv.Suriyanın iqtisadiyyatının qurulması".

M.Əhmədoğlu deyib ki, V.Putin B.Əsədin sonuncudan başqa, qalan bütün təklifləri nəzərə aldı: "V.Putin iki və çoxtərəfli danışıqlarda B.Əsədin iqtisadi əməkdaşlıqla bağlı dediklərini sanki eşitmədi. B.Əsədin Moskvaya səfər etməsini arzuladığını başa düşmək olar. Amma bizim fikrimizcə, V.Putinin "Suriya Kürdüstanı” terminini dövriyyəyə buraxması B.Əsədin davranışına ciddi təsir etdi. Rusiyanın Suriyadakı hərbi əməliyyatları ABŞ-ın Suriyaya, eləcə də Bəşər Əsədə qarşı münasibətini dəyişdi. ABŞ, Türkiyə, Böyük Britaniya Bəşər Əsədin hakimiyyətdən dərhal uzaqlaşdırıması fikrindən əl çəkiblər. İndi onların fikrincə, B.Əsəd hakimiyyətdə qala-qala "İslam dövlətini” məhv etmək və sonra siyası tənzimlənmə prosesini başlamaq mümkündür. RF-nin Suriyadakı terrorçulara qarşı mübarizəsi birqütblü dünyanı çoxqütblüyə çevirməyin bünövrəsini qoydu".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

23.11.2026 / 14:57
Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident Əliyevə təşəkkür etdi

23.11.2026 / 14:52
Ukrayna ilə saziş naminə Putin yeni şərt irəli sürdü - Avropa liderləri getsin...

23.11.2026 / 14:17
Bəzi hərbi qulluqçuların leytenantlıq müddəti artırılır

23.11.2026 / 14:12
Prezident ətraf mühitin mühafizəsi ilə bağlı qanunlara edilən dəyişiklikləri təsdiqlədi

23.11.2026 / 14:10
TRIPP layihəsinin icrasına start verildi – Naxçıvanla quru bağlantısı reallaşır...

23.11.2026 / 13:53
Ukrayna-Rusiya savaşı Aralıq dənizinə də sıçradı – iki rus gəmisi və helikopteri dənizdə batırıldı...

23.11.2026 / 13:35
Ukraynadan Rusiyanın neft sənayesinə ağır zərbə – Vahid Ələkbərovun şirkətində yanğınlar başladı...

23.11.2026 / 13:18
Ermənistanın yeni Konstitusiya layihəsində kilsəsi ilə bağlı dəyişiklik edildi...

23.11.2026 / 13:03
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Antonio Tayanini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

23.11.2026 / 12:48
Rusiya ilə Hollandiya arasında gərginlik pik həddə – Moskva Haaqaya müharibə mesajı verdi...

23.11.2026 / 12:39
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində bir sıra sənədlər imzalandı

23.11.2026 / 12:24
Türkiyədən Paşinyana çağırış – sülh istəyirsinizsə, Metsamor AES-i bağlayın...

23.11.2026 / 12:10
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi FOTO

23.11.2026 / 12:09
Paşinyan “topu” erməni xalqına atdı...

23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI

23.11.2026 / 11:43
Ukraynanın gələcəyi ilə bağlı sensasiyalı iddia – Putin NATO modelinə razılaşdı, Donbası tələb edir...

23.11.2026 / 11:27
Çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edildi

23.11.2026 / 11:12
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi

23.11.2026 / 11:07
Astarada saxlanan şəxslərdən 10 kq-dan artıq narkotik aşkarlandı

23.11.2026 / 10:43
Ukrayna Tatarıstandakı neft anbarlarını yenidən vurdu...

23.11.2026 / 10:34
Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır

23.11.2026 / 10:29
Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı – Azərbaycanla sülhə mane olan müddəa çıxarıldı...

23.11.2026 / 10:21
Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçirilir

23.11.2026 / 10:10
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edildi

23.11.2026 / 09:52
Hörmüz boğazında təhlükəli eskalasiya – İranın gəmilərə hücumları rekord həddə çatdı...

23.11.2026 / 09:39
Trampdan demokratlara sərt ittiham – onların qələbəsi İran daha da aqressivləşdirdi...

23.11.2026 / 09:24
Şəhərdə təmizliyi pozanları bu qədər cərimə gözləyir...

23.11.2026 / 09:02
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

23.11.2026 / 08:46
Lavrov Almaniya müdafiə naziri və britaniyalı siyasətçini “qeyri-adekvat” adlandırdı

23.11.2026 / 08:40
COP31 danışıqları iflasa uğradı - qalıq yanacaqlarla bağlı mübahisə səbəbindən…

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ