Azərbaycanda parlament seçkilərində müşahidə aparmış İsrailin "Birinci radio” radiostansiyasının baş redaktoru Vlad Zernitskinin Secki-2015.az saytına müsahibəsi
- Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə etdiniz. Bu haqda nə deyə bilərsiniz?
- Azərbaycanda keçirdiyim bir gün ərzində seçki prosesini izlədim və bu zaman gördüklərim, eşitdiklərim, apardığım söhbətlərə əsasən onu deyə bilərəm ki, faktiki olaraq Azərbaycandakı seçkilər yüksək səviyyədə təşkil edilmişdi. Müşahidə apardığım məntəqələrdə seçki prosesi tam şəffaflıqla keçirildi. Seçicilər sərbəst şəkildə məntəqəyə gəlib, öz iradələrinə uyğun olaraq səslərini verirdilər. Seçki məntəqələrinin və komissiyaların üzvlərinin seçicilərlə davranışları, müşahidəçilərə münasibəti olduqca yaxşı idi.
- Azərbaycanın seçki sistemini necə dəyərləndirirsiniz?
- Noyabrın 1-də baş tutan seçkilərdə Azərbaycan güclü seçki təcrübəsinə malik olduğunu bir daha nümayiş etdirdi. Seçkilər yüksək səviyyədə və çox dəqiqliklə aparıldı. Müşahidəçi olduğum zaman lazım olan bütün məlumatları ala bildim. Azərbaycan tərəfi heç nəyi gizlətmir, şəffaflıq tam təmin edilib. Bu tamamilə beynəlxalq standartlara uyğun seçki idi. Buna görə Azərbaycan xalqını təbrik etmək olar.
- Bildiyiniz kimi, Qərbdə müəyyən dairələr Azərbaycanı ittiham edirlər. Azərbaycandakı seçkiləri müşahidə etmiş şəxs kimi onlara nə deyə bilərsiniz?