"Azərbaycanın seçki sistemi bir çox parametrlərinə görə nümunəvi səciyyə daşıyır”. Bu sözləri Secki-2015.az saytına açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O bildirib ki, məntəqələrə veb-kameraların quraşdırılması, xeyli sayda beynəlxalq müşahidəçilərin ölkəmizə səfər edərək seçkiləri izləmək imkanı əldə etməsi xüsusi əhəmiyyətə malikdir: "Ölkəmizə gələn beynəlxalq müşahidəçilər də bildirdilər ki, Azərbaycanda seçkilər demokratik keçirildi. Güman edir ki, xalqın səsverməsi nəticəsində formalaşan parlament aparılan islahatların bundan sonra da davam etməsi üçün öz dəstəyini göstərəcək”.