"V çağırış Milli Məclisə keçirilən seçkilər Azərbaycanın demokratik inkişaf yolunda atılan növbəti mühüm addımdır”. Bu sözləri Secki-2015.az saytına açıqlamasında politoloq Elman Nəsirov deyib.
O bildirib ki, vətəndaşların seçki hüququnu reallaşdırması üçün bütün təşkilatı və texniki işlər vaxtında tamamlandı: "Şəffaflığın təmin olunması baxımından ümumi seçki məntəqələrinin 20 faizində veb-kameralar quraşdırıldı. Bütün bunlar ölkəmizə səfər edən beynəlxalq müşahidəçilər, xüsusilə AŞPA monitorinq qrupunun da diqqətindən kənarda qalmayıb. 27 ölkədən 40 beynəlxalq təşkilatın 500-dən çox müşahidəçi Bakı və digər şəhərlərdə səsvermə prosesini canlı izlədilər. Onlar Azərbaycanda seçkilərin yüksək səviyyədə, demokratik şəraitdə keçdiyini bildiriblər”.