Onun sözlərinə görə, ATƏT DTİHB-nin Azərbaycandakı seçkiləri izləmədən, yalnız xaricdən ötürülən məlumatlar əsasında real olmayan bəyanatla çıxış etməsi təəssüf doğurur: "Reallığa, demokratik düşüncəyə sahib olan heç bir siyasi qurum bu cür davranış ortaya qoymaz. Bu təşkilatın Türkiyədə keçirilən təkrar parlament seçkiləri ilə bağlı fikirləri ilə də tanış oldum. Beynəlxalq qurum tərəfindən xarici ölkədə keçirilən seçki prosesinə qeyri-obyektiv münasibəti qəbul etmədim. Düşünürəm ki, ATƏT-də kifayət qədər ciddi islahatlara ehtiyac var. Beynəlxalq status daşıyan hər bir qurum yalnız ədalətli, obyektiv yanaşması ilə öz nüfuzunu qoruya bilər”.