"Azərbaycanda böyük bir seçki dövrü başa çatdı. Bu, xalqın dəstəyini qazanan hakimiyyətə strateji problemləri həll etmək imkanı verir. Digər tərəfdən, azərbaycanlılar Avropaya və ABŞ-a çox dəqiq və müstəqil dəsti-xətti olduğunu nümayiş etdirdi. Qərb Azərbaycanın ünvanına ittihamlar səsləndirərək, seçkiqabağı siyasi sabitliyin pozulmasına çalışırdı. Amma buna nail ola bilmədi. Əvəzində Azərbaycan xalqı beynəlxalq standartlara uyğun seçkilər keçirdi.