Bazar ertəsi günü, 23 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
"Avrasiya İttifaqına üzvlük müqabilində DQ probleminin həlli" mövzusu Rusiya mətbuatında intensivləşir
Tarix: 03.11.2015 / 02:05
Bölmə: Siyasət
Son günlərdə şimal qonşumuzun müxtəlif təmsilçiləri tərəfindən Dağlıq Qarabağ münaqişəsi barədə daha tez-tez fikirlər səsləndirilməkdədir. Özü də bu o vaxta təsadüf edir ki, Azərbaycan və Rusiya arasında münasibətlər kifayət qədər yaxşılaşıb. Rusiya mediasında və ekspertlər səviyyəsində də fikirlər səslənir ki, proseslər Moskvanın yaxından iştirakı ilə Qarabağ münaqişəsinin həllini tezləşdirə bilər.
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko isə erməni mediasına açıqlamasında yenidən bu mövzuya toxunaraq müəyyən diqqətçəkən açıqlamalar verib: "Qarabağ münaqişəsi postsovet məkanında ən uzun çəkən münaqişədir. O, hələ Sovet İttifaqında başlayıb, az qala 30 ildir davam edir. Mənim fikrimcə, bu gün hamıya aydın olmalıdır ki, bu münaqişə tərəflərə ancaq problem yaradır. Münaqişə iqtisadiyyata, sosial sferaya yükdür, insanlar bunun yükünü çəkir. Sıx tarixi bağlarla əlaqəli olan iki ölkə, iki xalq arasında münasibətlərə kölgə salır. O, regionda gərginliyin əsas mənbəyidir, münaqişə iştirakçılarının dünya siyasətindəki iştirakına çətinliklər yaradır. Buna baxmayaraq, münaqişənin həlli yollarının axtarılması çox ləng gedir".
Matviyenko bildirib ki, diplomatik nazirliklərin xəttilə Moskva, İrəvan və Bakı arasında bu məsələyə dair daim məsləhətləşmələr aparılır. Federasiya Şurasının sədri Rusiyanın Azərbaycan və Ermənistan parlamentləri ilə əməkdaşlığında da Qarabağ məsələsinin əsas yerlərdən birini tutduğunu deyib. Məsələ ilə bağlı rusiyalı politoloqlar da müəyyən fikirlər səsləndirir. Hazırda əsas hakim fikir bundan ibarətdir ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv olsa, Kreml ilk olaraq Dağlıq Qarabağ ətrafındakı rayonların azad olunmasında Bakıya kömək edə bilər. Məsələn, rus politoloq Andrey Piontkovski bildirib ki, Ermənistan özünü çoxdan geosiyasi küncə soxub və bütünlüklə Rusiyadan asılıdır: "Bunun ən parlaq təzahürü kimi, Moskvanın İrəvana Avropa Birliyi ilə Assosiasiya sənədini imzalamağı yasaqlamasını göstərmək olar. Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv olacağı təqdirdə Kremlin bunun qarşılığında Qarabağ münaqişəsilə bağlı addımlarına gəlincə, ola bilsin, İttifaqa qoşulmağın mükafatı kimi Rusiya Azərbaycana Dağlıq Qarabağ ətrafındakı rayonların azad edilməsini və ora sülhməramlı qüvvələrin yeridilməsini təklif eləsin". Bundan əvvəl isə Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri Aleksandr Duqin də bildirmişdi ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqına daxil olarsa, o zaman Qarabağ mövzusu tamam ayrı anlam qazanacaq. Onun sözlərinə görə, məhz o halda Dağlıq Qarabağ məsələsində real tərəqqi başlaya bilər: "Azərbaycan Dağlıq Qarabağ məsələsi həll ediləndən sonra Avrasiya İqtisadi İttifaqına üzv olmayacaq, əksinə, Azərbaycan üzv olandan sonra Qarabağ konflikti həllini tapa bilər".
Daha bir rusiyalı politoloq Aleksandr Sotniçenko isə hesab edir ki, Avrasiya İttifaqında Dağlıq Qarabağ problemi öz-özünə həll ediləcək: "Azərbaycan hazırda həm iqtisadi, həm də demokratik göstəricilərə görə Ermənistandan üstündür. Beləliklə də Dağlıq Qarabağ probleminin Azərbaycanın xeyrinə olan həlli təbii yolla baş verə bilər". Rusiyalı siyasi şərhçi Vladimir Suxoy da bu günlərdə belə bir açıqlama vermişdi ki, Rusiya Azərbaycanla hərtərəfli əməkdaşlığa maraq göstərir. Onun sözlərinə görə, Bakının prioritetləri yetərincə şəffafdır: "Azərbaycan bir çox sahələrdə bərabərhüquqlu əməkdaşlığın hər hansı variantını nəzərdən keçirməyə hazırdır, amma onun başlıca ümidi Moskvanın Dağlıq Qarabağ münaqişəsinin həllinə real köməyidir. Azərbaycanın Rusiyadan praktiki olaraq bircə xahişi var: işğal olunmuş ərazilərin azad edilməsi məqsədilə Kreml Ermənistana real təsir göstərsin. Qarabağ probleminin həllinin yalnız bir variantı var. Jurnalist deyib: "Bu variant ondan ibarətdir ki, Ermənistan öz qoşunlarını tamamilə çıxarır, "DQR" və ona bitişik yeddi rayon üzərində nəzarət Azərbaycana keçir. Bakıda bunu tələb edirlər. Rusiya isə Bakını Moskvanın inteqrasiya layihələrində görməyə şad olardı, amma bu ssenari üzərində israr etmir. Moskva tərəfdaşlarının Avrasiya məkanına maraq göstərməsinə həmişə sevinir. Amma son qərarı onların özü qəbul edir. Azərbaycanın seçiminə belə loyal münasibət göstərir ki, Rusiya Cənubi Qafqazdakı tərəfdaşına həqiqətən hörmətlə yanaşır və bir sıra aktual xarici-siyasi məsələlərə dair Bakının dəstəyini almağa çalışır". Ümumiyyətlə, cari il ərzində rus politoqların fikirlərinə nəzər saldıqda bəlli olur ki, onların hamısı, Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv olacağı təqdirdə, bunun Qarabağ münaqişəsinin həllini tezləşdirə biləcəyinə inanır. Bakı isə Avrasiya İqtisadi İttifaqına üzvlüyə hələlik ehtiyatla yanaşır. Amma bunu istisna da etmir. Elə bu günlərdə iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova Azərbaycanın Avrasiya İqtisadi İttifaqına daxil olmasını istisna etməyib: "Biz səmərəli birliklərdə iştirakımızı istisna etmirik.
İlk növbədə bu cür təşkilatlarda iştirakımızın mənfi və müsbət tərəflərini təhlil etməliyik. Məsələn, biz Ümumdünya Ticarət Təşkilatında iştirakımızın nə dərəcədə səmərəli olduğunu təhlil edirik. Buna görə, Azərbaycanın Avrasiya İqtisadi İttifaqında və digər təşkilatlarda iştirakının detallı təhlilini aparmaq lazımdır". Daha əvvəl isə xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Avrasiya İttifaqına daxil olmasını mümkün sayıb. Amma bunun üçün Ermənistanın öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarması əsas şərt kimi qoyulub.
Nahid SALAYEV
DİGƏR XƏBƏRLƏR
Tarix: 23.11.2026 / 15:40
Pekindəki "üçlü görüş formatı" heç vaxt təkrar olunmayacaq -
Putin eyham vurdu
Tarix: 23.11.2026 / 14:57
Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident Əliyevə təşəkkür etdi
Tarix: 23.11.2026 / 14:52
Ukrayna ilə saziş naminə Putin yeni şərt irəli sürdü -
Avropa liderləri getsin...
Tarix: 23.11.2026 / 14:17
Bəzi hərbi qulluqçuların leytenantlıq müddəti artırılır
Tarix: 23.11.2026 / 14:12
Prezident ətraf mühitin mühafizəsi ilə bağlı qanunlara edilən dəyişiklikləri təsdiqlədi
Tarix: 23.11.2026 / 14:10
TRIPP layihəsinin icrasına start verildi
– Naxçıvanla quru bağlantısı reallaşır...
Tarix: 23.11.2026 / 13:03
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Antonio Tayanini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb
Tarix: 23.11.2026 / 12:24
Türkiyədən Paşinyana çağırış
– sülh istəyirsinizsə, Metsamor AES-i bağlayın...
Tarix: 23.11.2026 / 12:10
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi
FOTO
Tarix: 23.11.2026 / 12:09
Paşinyan “topu” erməni xalqına atdı...
Tarix: 23.11.2026 / 11:43
Ukraynanın gələcəyi ilə bağlı sensasiyalı iddia
– Putin NATO modelinə razılaşdı, Donbası tələb edir...
Tarix: 23.11.2026 / 10:29
Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı
– Azərbaycanla sülhə mane olan müddəa çıxarıldı...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
23.11.2026 / 15:40
Pekindəki "üçlü görüş formatı" heç vaxt təkrar olunmayacaq -
Putin eyham vurdu
23.11.2026 / 14:57
Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident Əliyevə təşəkkür etdi
23.11.2026 / 14:52
Ukrayna ilə saziş naminə Putin yeni şərt irəli sürdü -
Avropa liderləri getsin...
23.11.2026 / 14:17
Bəzi hərbi qulluqçuların leytenantlıq müddəti artırılır
23.11.2026 / 14:12
Prezident ətraf mühitin mühafizəsi ilə bağlı qanunlara edilən dəyişiklikləri təsdiqlədi
23.11.2026 / 14:10
TRIPP layihəsinin icrasına start verildi
– Naxçıvanla quru bağlantısı reallaşır...
23.11.2026 / 13:53
Ukrayna-Rusiya savaşı Aralıq dənizinə də sıçradı
– iki rus gəmisi və helikopteri dənizdə batırıldı...
23.11.2026 / 13:35
Ukraynadan Rusiyanın neft sənayesinə ağır zərbə
– Vahid Ələkbərovun şirkətində yanğınlar başladı...
23.11.2026 / 13:18
Ermənistanın yeni Konstitusiya layihəsində kilsəsi ilə bağlı dəyişiklik edildi...
23.11.2026 / 13:03
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Antonio Tayanini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb
23.11.2026 / 12:48
Rusiya ilə Hollandiya arasında gərginlik pik həddə
– Moskva Haaqaya müharibə mesajı verdi...
23.11.2026 / 12:39
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində bir sıra sənədlər imzalandı
23.11.2026 / 12:24
Türkiyədən Paşinyana çağırış
– sülh istəyirsinizsə, Metsamor AES-i bağlayın...
23.11.2026 / 12:10
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi
FOTO
23.11.2026 / 12:09
Paşinyan “topu” erməni xalqına atdı...
23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
23.11.2026 / 11:43
Ukraynanın gələcəyi ilə bağlı sensasiyalı iddia
– Putin NATO modelinə razılaşdı, Donbası tələb edir...
23.11.2026 / 11:27
Çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edildi
23.11.2026 / 11:12
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi
23.11.2026 / 11:07
Astarada saxlanan şəxslərdən 10 kq-dan artıq narkotik aşkarlandı
23.11.2026 / 10:43
Ukrayna Tatarıstandakı neft anbarlarını yenidən vurdu...
23.11.2026 / 10:34
Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır
23.11.2026 / 10:29
Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı
– Azərbaycanla sülhə mane olan müddəa çıxarıldı...
23.11.2026 / 10:21
Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçirilir
23.11.2026 / 10:10
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edildi
23.11.2026 / 09:52
Hörmüz boğazında təhlükəli eskalasiya
– İranın gəmilərə hücumları rekord həddə çatdı...
23.11.2026 / 09:39
Trampdan demokratlara sərt ittiham
– onların qələbəsi İran daha da aqressivləşdirdi...
23.11.2026 / 09:24
Şəhərdə təmizliyi pozanları bu qədər cərimə gözləyir...
23.11.2026 / 09:02
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"
23.11.2026 / 08:46
Lavrov Almaniya müdafiə naziri və britaniyalı siyasətçini “qeyri-adekvat” adlandırdı
23.11.2026 / 08:40
COP31 danışıqları iflasa uğradı -
qalıq yanacaqlarla bağlı mübahisə səbəbindən…
22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi
- hücumları bərpa edəcəyik...
22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil...
İranda qışda elektrik böhranı yaşana bilər...
22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu
– hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...
22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi
- Yekun sənəd imzalanmadı...
22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb
22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
- FOTO
22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb
22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək
22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi
22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”
22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”
22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"
22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi
22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib
22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir -
“Üçüncü eşelon” kim(lər)dir?
22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları
21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı
– NATO hərəkətə keçəcəyini açıqladı...
21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN
– gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...
21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı...
Finlandiya prezidentindən sensasion iddia...
21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi
– “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”
21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir
– Pentaqondan açıqlama gəldi...
21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə
RƏSMİ REAKSİYA...
21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib
- FOTO
21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...
21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır
– dekabrın 1-dən hər addımları izlənəcək...
21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi
– Londondan gözlənilməz açıqlama...
21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi
- Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...
21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar
- FOTO
21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"
21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır"
- Prezident İlham Əliyev
21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq"
- Vyetnam Prezidenti
21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur"
- To Lam
21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
- FOTO
21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj
- sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir
21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli
– Demokratlar Konqresə ultimatum verdi...
21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı
21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi
– Bessentdən Tehrana sərt mesaj...
21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı
- VİDEO
21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub
21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....
21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik"
- Vyetnam Prezidenti
21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"
21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub
- FOTO
21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub
21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...
21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi
21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
- FOTO
21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib
21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ