Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyi, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsinin sədri, Azərbaycan Milli Məclisinə seçkilərdə MDB Parlamentlərarası Assambleyasından beynəlxalq müşahidəçilər qrupunun əlaqələndiricisi Leonid Slutski Azərbaycan Milli Məclisinə seçkilərlə əlaqədar mətbuat konfransında deyib:
"Bütün əvvəlki seçkilərin monitorinqi seçki praktikasının durmadan təkmilləşməsini göstərib. Bizim fikrimizcə, məntəqələrdə seçkilərin keçirilməsi texnologiyaları, səsvermə qutularından başlamış seçki məntəqəsinin təşkilinin bütün mexanikasına qədər, hələ əvvəlki seçkilərdə də, prezident və parlament seçkilərinin keçirilməsinə dair beynəlxalq aləmdə qəbul edilmiş bütün qayda-qanuna müvafiq idi. Bu gün Azərbaycan cəmiyyəti, onun böyük əksəriyyəti dövlət başçısı İlham Heydər oğlu Əliyevin ətrafında sıx birləşib”.
Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyi, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsinin sədri, Azərbaycan Milli Məclisinə seçkilərdə MDB Parlamentlərarası Assambleyasından beynəlxalq müşahidəçilər qrupunun əlaqələndiricisi Leonid Slutski Azərbaycan Milli Məclisinə seçkilərlə əlaqədar mətbuat konfransında Azərbaycan iqtisadiyyatının fasiləsiz inkişaf etməsini vurğulayaraq deyib: "Dövlət proqramının (mən özümün anladığım mənada dövlət proqramını nəzərdə tuturam, çünki ona belə status verilməyib), eləcə də bir neçə il bundan əvvəl qəbul edilmiş yoxsulluğa qarşı mübarizə proqramının və Azərbaycanın enerji müstəqilliyinə nail olmaq üçün proqramın bütün tərkib hissələri əhalinin rifahının yüksəldilməsinə, bu gün Azərbaycanın profisit iqtisadiyyatlı, ahəngdar və fasiləsiz inkişaf edən ölkəyə çevrilməsinə yönəldilib. Mən və Dövlət Dumasındakı həmkarlarım bütün bunları əhalinin rifahının yüksəldilməsinə, Azərbaycanın iqtisadiyyatının və sosial sahənin hər mənada, o cümlədən opponentlərin baxımından da həqiqətən firavanlaşmasına yönəlmiş böyük Prezident proqramının tərkib hissələri kimi qəbul edirik”.
AZƏRTAC