Parlament seçkilərı şəffaf, beynəlxalq kriteriyalara uyğun keçirilib. Secki-2015.az saytına açıqlamasında İslam Əməkdaşlıq Təşkilatının müşahidə missiyasının rəhbəri Həbib Kaabaçi belə deyib.
O Bakıda yerləşən bir çox seçki məntəqələrində müşahidə apardıqlarını bildirib: "Olduğumuz seçki məntəqələrində seçici aktivliyinin yüksək olduğunu gördük. Seçkilər sülh şəraitində keçirilib və beynəlxalq standartlara cavab verir: " Biz inanırıq ki, bu seçki Azərbaycanın demokratik prinsiplərinə bir töhfə verəcək”.