"Azərbaycan azad dünyanın bir çox ölkələrindən fərqli olaraq, parlament seçkilərində ən yüksək standartların təmin olunmasına nail olub”. Bu fikirləri İsrailin sabiq xarici işlər naziri , "Naş Dom- İzrail” partiyasının lideri Aviqdor Liberman noyabrın 1-də Azərbaycanda baş tutan parlament seçkilərinə həsr olunmuş mətbuat konfransında deyib.
Liberman bildirib ki, o, ümumilikdə seçkinin səviyyəsindən məmnundur: "İstər yüksək keyfiyyət, istər seçicilərin fəal iştirakı, istərsə də digər təşkilatçılıq parametrlərinə görə parlament seçkiləri ən yüksək standartlara cavab verdi. Hər bir vətəndaş üçün eyni hüquq tətbiq olundu. Bu, siyasi proses şəffaf seçkilər kimi yadda qaldı”.
İsrailli siyasətçi həmçinin, seçkilər prosesində həm müşahidəçilər, həm seçki komissiyaları, həm də seçicilər tərəfindən sərgilənən yüksək mədəniyyətin şahidi olduğunu da deyib.