Seçkilər nizamlı şəkildə, yüksək səviyyədə təşkil olunmuşdu. Secki-2015.az saytının məlumatına görə, bunu İtaliya Senatının üzvü, İtaliya parlamentinin seçkiləri müşahidə missiyasının rəhbəri Sergio Divina bildirib.
Onun sözlərinə görə, müşahidə zamanı qanunların pozulması hallarına rast gəlməyiblər. O deyib: "Seçkilər Avropa standartlarına uyğun təşkil olunub. İndiyədək ATƏT və Avropa Şurası çərçivəsində bir çox ölkədə seçkiləri müşahidə etmişik. Əminliklə deyə bilərəm ki, digər ölkələrdə müstəqilliyini yeni bərpa etmiş Azərbaycanda keçirilən demokratik seçkilər kimi səs vermə müşahidə etməmişəm”.
Azərbaycan haqda həqiqətə uyğun olmayan fikirlər səsləndirildiyini bildirən Sergio Divina deyib: "Mövcud beynəlxalq böhran vəziyyətində Azərbaycana böyük ehtiyacımız var. Azərbaycan modeli Avropa və beynəlxalq ictimaiyyətə nümunə olmalıdır. Bizim burada iştirakımız Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə etirazdır”.