Avropa Seçkilərin Müşahidəsi Akademiyası (ASMA) missiyasının üzvləri Azərbaycanda baş tutan parlament seçkiləri ilə bağlı mətbuat konfransı keçiriblər.
Secki-2015.az saytının xəbərinə görə, missiyanın üzvü, Avstriyanı təmsil edən Volfqanq Qrossruk bildirib ki, Mərkəzi Seçki Komissiyasının quraşdırdığı veb-kameralar səsvermə məntəqələrində onlayn müşahidəyə imkan yaratdı: "Müşahidələrimiz əsasında deyə bilərik ki, Azərbaycanda seçkilər sakit keçib. Səsvermə məntəqələrinə sərbəst giriş olub. Seçicilərin qeydiyyatı ilə bağlı heç bir problemlər olmayıb. Hər dairədə azı 4 nəfər olmaqla, 10-dan artıq namizəd mübarizə aparıb. Səsvermə prosesi beynəlxalq standartlara uyğun, mütəşəkkil aparılıb”.