"Azərbaycan Xarici İşlər Nazirliyi ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan (DTİHB) Azərbaycandakı parlament seçkilərini müşahidə etməkdən imtinasının ətraflı izahatını tələb etməlidir”. Secki-2015.az -ın məlumatına görə, bunu bu gün Bakıda keçirilən mətbuat konfransında Rusiya İctimai Palatasının üzvü Sergey Markov deyib.
O qeyd edib ki, beynəlxalq müşahidəçilərin, xüsusi ilə DTİHB-nin rolunu şişirtmək lazım deyil.
Rusiya müşahidə missiyasının digər üzvü, "Vahid Rusiya” fraksiyasının üzvü Aleksandr Sidyakin isə bəyan edib ki, ölkədə qeyri-demokratik seçkilərin keçirildiyini iddia edən ABŞ və onun vassallarının tənqidinə fikir vermək lazım deyil.