Türkiyənin müxalif Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçeli partiyanın rəhbəri vəzifəsindən istefa verə bilər.
Baki-xeber.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, Bahçeli partiya Məclisini tplamaq barədə təlimat verib. MHP dəhlizlərində istefa söz-söhbətləri dolaşır. 1997-ci ildə MHP sədrliyinə gətiriləndən bu yana 14 seçkiyə girən Bahçeli 26-cı parlament seçkilərində yenə məğlub olub.
Qeyd edək ki, ilkin nəticələrə əsasən, Ədalət və İnkişaf Partiyası (AKP) Türkiyədə keçirilən təkrar parlament seçkilərində seçici səslərinin 53,6 faizini yığıb. Cümhuriyyət Xalq Partiyası (CHP) səslərin 20 faizini, Milliyyətçi Hərəkat Partiyası (MHP) - 11, Xalqların Demokratik Partiyası (HDP) isə səslərin 11,2 faizini toplayıb. MHP Dövlət Baxçalının məmləkəti Osmaniyədə də böyük səs itkisinə məruz qalıb.
HDP 1 noyabr seçkilərində 10,43 səs alaraq barajı son anda aşa bilib. Partiya xüsusilə xaricdən alınan səslər hesabına barajı aşa bilib.