çərşənbə günü, 25 noyabr 2026
     

ABŞ və Rusiyanın "soyuq müharibə"si dönməz xarakter alır

Image


"Soyuq müharibə" dönəmində olduğu kimi, ABŞ və Rusiya arasında silahlanma yarışı getdikcə daha geniş vüsət almaqdadır. Daha bir təhlükəli nüans isə tərəflərin dünyanın müxtəlif bölgələrində hərbi fəallıqlarını artırmasıdır. Məsələn, Almaniya Bundestaqının və ictimaiyyətin narazılığına rəğmən, yaxın günlərdə Amerika Birləşmiş Ştatları bu ölkədəki hərbi bazaya yeni nüvə başlıqları yerləşdirəcək.
Almaniyanın "ZDF" telekanalı bildirir ki, yeni nəsil nüvə arsenalı Müdafiə Nazirliyinin Reynland-Pfalç Federal torpağındakı "Fliegelhost Büxel" hərbi bazasına gətiriləcək. Məlumata görə, Amerikanın taktiki "B61-12" tipli nüvə silahı indiyədək hərbi bazada mövcud olan nüvə arsenalından son dərəcədə sərrastlığı ilə seçilir. Təlimata əsasən, müharibə başlayarsa, Almaniya hərbi pilotları bu bombaları "Tornado" tipli təyyarələrlə NATO-nun müəyyən etdiyi strateji nöqtələrə çatdırmalıdır. O da bildirilir ki, Almaniya yaxın dövrlərdə "Fliegelhost Büxel" hərbi bazasına 120 milyon avro miqdarında investisiya ayırmağı planlaşdırır. Məhz bu kapital qoyuluşu ilə bazadakı hərbi aerodromun uçuş zolaqları təkmilləşdirilərək yeni müasir sistemlə təchiz ediləcək. Bir çox almaniyalı siyasilər Vaşinqtonun Avropadakı bu addımlarını rəsmi Moskvaya qarşı düşünülmüş təhrik kimi qiymətləndirir. Amerikanın yeni nüvə başlıqlarının Almaniyadan sonra Türkiyənin İncirlik və İtaliyanın Aviano hərbi bazalarında da yerləşdirilməsi nəzərdə tutulur.
Norveç ABŞ-dan yaxın müddətdə 52 ədəd beşinci nəsil "F-35" qırıcı təyyarələri almaq niyyətindədir. Norveçin müdafiə naziri İnya Eriksen Syoreyde bildirib ki, Oslo Baltikyanı regionda Rusiyanın açıq güc nümayişindən ehtiyat edir. Syoreyde qeyd edib ki, Norveç regionda Rusiyanın hərəkətlərini diqqətlə izləyir və bu hərəkətlərin münaqişəyə səbəb ola biləcəyindən ehtiyat edir. Daha əvvəl "Local" internet nəşri bildirib ki, Norveç 52 ədəd beşinci nəsil "F-35" qırıcı bombardmançı almaq üçün 10 milyard dollar xərcləmək niyyətindədir. Polşa və Baltikyanı ölkələr isə ərazilərində ABŞ hərbçilərinin yerləşdirilməsi məqsədilə Pentaqonla təmaslarını intensivləşdirib. Almaniya Hərbi Hava Qüvvələrinin baş inspektoru Karl Müllner isə bildirir ki, içərisində tam döyüş dəsti olan "Eurofighter" alman qırıcı təyyarələri Ukrayna böhranı başlayandan bəri ilk dəfə Baltikyanı ölkələrin səmasında döyüş növbəsinə qoşulub. Müllnerin sözlərinə görə, təyyarələrdəki silahlar potensial düşməni layiqincə qarşılamaq üçün nəzərdə tutulub. Almaniya Hərbi Hava Qüvvələri bundan əvvəl də Latviya, Litva və Estoniyanın hava məkanında patrul xidməti keçmək üzrə NATO missiyasında iştirak ediblər. Lakin 2014-cü ilin sentyabr-dekabr aylarında uçuşlar tam döyüş dəsti ilə təchiz edilmədən həyata keçirilib. Müllner bunu belə izah edib ki, bu qərar siyasi səviyyədə qəbul edilib. Məqsəd heç bir ölkənin silahlı qüvvələri ilə münaqişə eskalasiyasına təhrik etməməkdir. İndi isə vəziyyət dəyişib və burada hər an Rusiya hərbçiləri ilə döyüş istisna olunmur.
Rusiya isə bunun əvəzində Belarusda, Kubada, Arktik bölgədə hərbi fəallığını artırır. Bundan əlavə, Rusiya Suriyanı da yeni cəbbəxanasına çevirir. Bu arada Pentaqon Suriya ərazisində Rusiya hərbi təyyarələrinin yerləşdirildiyinə dair peykdən çəkilmiş ilk fotoşəkilləri dərc edib. Bu fotolarda Bəşər Əsədin doğma şəhəri Latakiya yaxınlığındakı aerodromda cərgə ilə düzülmüş təyyarələr görünür. Amerika hərbçilərinin identifikasiyasına görə, bu təyyarələr "Su-30SM" qırıcılarından və "Su-25" hücumçularından ibarətdir. Pentaqon bildirir ki, son günlər Rusiya Suriya ərazisində bundan əvvəl yerləşdirilmiş 4 "Su-30SM" qırıcılarına əlavə olaraq 12 "Su-25" və eyni sayda "Su-24" bombardmançısı yerləşdirib. Beləliklə, Suriya ərazisində Rusiya döyüş təyyarələrinin sayı 28-ə çatıb. Həmçinin Rusiya Suriyada bir neçə hərbi-nəqliyyat və yanacaqdolduran təyyarə də yerləşdirib. Pentaqon bildirir ki, hazırda Suriyada 15 "Mi-17" və "Mi-24" vertolyotu da var. Vaşinqtonda bildirirlər ki, Rusiyanın "An-124" hərbi-nəqliyyat təyyarələri praktiki olaraq hər gün Latakiya aeroportuna enib-qalxır və yük boşaldır. Amerikanın peyk çəkilişlərinə əsasən, aerodromda 36 zirehli maşın, 9 tank və iki hava hücumundan müdafiə sistemi də yerləşdirilib. Bundan əlavə, Suriya səmasında Rusiyanın pilotsuz kəşfiyyat təyyarələri intensiv uçuşlar keçirir.
"The Financial Times" qəzeti isə yazır ki, Rusiya Latakiya yaxınlığındakı hərbi bazaya 2 minə yaxın hərbçi yerləşdirməyi nəzərdə tutub. Moskvanın hərbi planları barədə məlumatlı olan mənbə deyib ki, bu, Rusiyanın Suriyadakı hərbi missiyasının birinci mərhələsinin başa çatması demək olacaq. Bu, SSRİ-nin Əfqanıstana müdaxiləsindən sonra onun varisi olan Rusiyanın ikinci ən iri xarici hərbi missiyasıdır. Ekspertlər Qərb və Rusiya hərbi qüvvələrinin dünyanın bir sıra digər bölgələrində də qarşılaşmasını istisna etmir. Bu isə bütün dünyada təhlükəsizliyə ciddi təhdid yaradır.
Tahir TAĞIYEV





DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

24.11.2026 / 18:25
Tramp demokratlara qarşı plan hazırlayıb - yanvaradək...

24.11.2026 / 18:10
Rusiya-Ukrayna müharibəsində yeni cəbhə xətti: Finlandiya savaş meydanına çevrilir

24.11.2026 / 18:02
İki baş həkim vəzifəsindən azad edildi

24.11.2026 / 17:50
Paşinyan Zəngəzur dəhlizində ilkin olaraq elektrik xəttini açmaq istəyir...

24.11.2026 / 17:33
Ramiz Mehdiyevin kürəkəni Əli Kərimlinin məhkəməsində hakimdən nə xahiş edib?..

24.11.2026 / 17:24
Gənclərin PUA-lar barədə praktiki vərdişlərə yiyələnməsi təmin ediləcək

24.11.2026 / 17:18
Mətbuat Şurası media subyektlərini jurnalist etikası qaydalarına əməl etməyə çağırdı

24.11.2026 / 17:02
Azərbaycan Vatikan Apostol Arxivi ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən sənəd imzalayıb - FOTO

24.11.2026 / 16:48
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - FOTO

24.11.2026 / 16:37
"...yoxlasan, babası lütün biri olub" - Siyavuş Novruzov

24.11.2026 / 16:21
Vüqar Rəhimzadə: Hər daşı, qayası tarix olan Kəlbəcər canlı təbiət muzeyini xatırladır

24.11.2026 / 16:12
İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında iki tankerin minaya düşdüyünü açıqlayıb

24.11.2026 / 15:59
Portuqaliyada qatarların yarıdan çoxu maşinistlərin tətili səbəbindən yoldan çıxıb

24.11.2026 / 15:57
Tramp və Rutte noyabrın 25-də danışıqlar aparacaqlar

24.11.2026 / 15:50
TRIPP-in açılışı Rusiya və İranın Ermənistana hücumlarını artırır...

24.11.2026 / 15:46
Tehrandan Vaşinqtona 7 maddəlik ultimatum – şərtlər qəbul edilməsə, müharibə genişlənəcək...

24.11.2026 / 15:38
Zelenski nöqtəni qoydu - "Krım körpüsü mövcud olmayacaq"...

24.11.2026 / 15:37
“Özbəkfilm” neyroşəbəkələr vasitəsilə film çəkməyə başlayacaq

24.11.2026 / 14:37
Memarlıq və İncəsənət İnstitutunun əməkdaşının məqaləsi Türkiyədə çapdan çıxıb

24.11.2026 / 14:18
Yunanıstan pasportunda Xankəndi “Stepanakert” kimi göstərilib - XİN faktı araşdıracaq

24.11.2026 / 13:50
ABŞ-da Azərbaycan bayrağı ilə bağlı yayılan məlumatlar təkzib edildi

24.11.2026 / 13:25
İlham Əliyev Beynəlxalq Konqres qarşısında vəzifə qoydu - İpək yolunun bərpa imkanları... - İpək yolunun bərpa imkanları...

24.11.2026 / 12:49
Qafqazda və Azərbaycan memarlığında Kəlbəcər abidələrinin yeri və rolu

24.11.2026 / 12:46
Azərbaycançılıq: milli suverenlik və dövlətçilik ideologiyası

24.11.2026 / 12:31
"Heç bir dastanımızda Azərbaycan kişisinin iki qadını yoxdur" – Gündüz İsmayılov

24.11.2026 / 12:18
Prezidentin sosial şəbəkə hesablarında Monteneqronun Baş nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

24.11.2026 / 11:56
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

24.11.2026 / 11:55
"Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib" - Prezident

24.11.2026 / 11:31
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb

24.11.2026 / 11:25
Yaxın Şərq müharibəsi Avropaya sıçraya bilər – Tehran ABŞ-ın Avropadakı müttəfiqlərinə xəbərdarlıq etdi

24.11.2026 / 11:05
ABŞ Suriyaya yenidən qoşun göndərir – 15 ölkənin iştirakı ilə hərbi missiya planı...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ