çərşənbə günü, 25 noyabr 2026
     

Gürcüstan - Burcanadzenin üzərində yeni "məxməri inqilab" planı görünür...

Image


Qafqaz uğrunda gedən geosiyasi rəqabətin son dövrlərdə kəskin xarakter aldığı daha aydın şəkildə müşahidə olunmaqdadır. Belə görünür ki, Moskva bölgəni Qərbə güzəştə getmək niyyətində deyil. Qərb isə regionun Rusiyanın təsir dairəsindən çıxması üçün fəaliyyətini genişləndirir. Hazırda tərəflərin əsas çəkişməsi Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında mühüm rol oynayan Gürcüstanda özünü göstərir.
Bilindiyi kimi, Kreml burada işğal olunmuş ərazilərdə hərbi qüvvələrinin sayını artırır. Eyni zamanda, Moskva Rusiyameylli hakimiyyətin qurulmasında da fəaliyyət dairəsini genişləndirir. Belə görünür ki, Rusiya artıq Gürcüstan dövlətinin başında görmək istədiyi şəxsi də müəyyənləşdirib. Bu haqda danışmazdan öncə qeyd edək ki, Tiflisdə Rusiyanın yeni işğalçı siyasəti barədə artıq həyəcan təbili çalınır. Gürcüstanin ədliyyə naziri Teya Tsulukiani bildirir ki, Rusiyanın bütün fəaliyyəti Gürcüstanın Avropaya inteqrasiyasına mane olmağa yönəlib. Onun sözlərinə görə, hazırkı dövrdə Gürcüstanı Avropaya inteqrasiyadan geri döndərmək mümkün deyil: "Gürcüstanın işğalı davam edir. İşğalın məqsədi bizim Avropa haqqında düşünməyimizə mane olmaqdır. Bu artıq mümkünsüzdür. Biz öz qərarımızı vermişik". Amma Moskvanın bütün bunlara qarşı əks gedişləri var. Kreml Gürcüstanın eks-spikeri Nino Burcanadze vasitəsilə Tiflisdə siyasi prosesləri də öz nəzarətində saxlamağa çalışır. Bu arada isə sabiq spiker bu günlərdə yenidən Moskvaya səfər edəcəyəni açıqlayıb. Nino Burcanadzenin sözlərinə görə, Rusiyaya edəcəyi səfərlər bundan sonra daha da artacaq: "Bu səfərlər 2016-cı il Gürcüstanda keçiriləcək parlament seçkisinə qədər və ondan sonra da çoxalacaq. Bizim siyasətçilərin işləməli olduğu istiqamətlərdən biri Rusiyadır. Burada daha çox problemimiz mövcuddur. Mən hakimiyyətə gəlsəm, Gürcüstan üçün həyati əhəmiyyətli Gürcüstan-Rusiya münasibətlərinin həllinə başlayacam. Təəssüf ki, Tiflis Rusiya ilə danışıqlara başlamaq istəmir. Mən Moskvadan qayıtdıqdan sonra onlar hələ də mənimlə görüşmürlər. Onlara Rusiyanın danışıqlara başlamağa hazır olması ilə bağlı informasiya verəcəkdim". Qeyd edək ki, Burcanadze ötən ay da Moskvaya səfər etmiş, Rusiya prezidenti Vladimir Putinlə görüşmüşdü. Burcanadze həmin səfəri zamanı Krımın Rusiya torpaqları olduğunu bəyan etmişdi.
Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli isə bildirir ki, hər dəfə Burcanadze Moskvaya səfər edəndən sonra Gürcüstanda dəhşətli şeylər baş verir. Onun sözlərinə görə, Gürcüstana Rusiyanın təsiri artır":Mən təkcə sərfəli işğaldan bəhs etmirəm. Bizim əvvəllər heç eşitmədiyimiz və görmədiyimiz qeyri-hökumət təşkilatları və insanlar yağışdan sonra göbələk kimi ortaya çıxıb. Onlar televiziyalara müsahibələr verir, ekspert olur və çox yüksək maaşlar alırlar. Gürcüstanda rəsmi şəkildə Rusiyayönlü partiyalar mövcuddur. Məhz Burcanadzenin Moskvadan qayıtmasından sonra Cənubi Osetiya sərhədləri dəyişdi. Bizim ölkədə artıq bir neçə kütləvi informasiya vasitəsi də Rusiyanın təsiri altındadır". Tinatin Xidaşeli vurğulayır ki, Qərb ictimaiyyətinin və NATO-nun fəal dəstəyi olmasa, Gürcüstan bir dövlət kimi yox ola bilər. Onun sözlərinə görə, Gürcüstan rəhbərliyi NATO-ya üzvlük üçün ölkəyə ən yaxın sammitdə "yol xəritəsi" verilməsində təkid edir: "Ölkə nəhəng çağırışlar qarşısında durub, Rusiya təcavüzü həm Ukraynada, həm də işğal altındakı Abxaziya və Cənubi Osetiyada gündən-günə güclənir". NATO isə, bu çağırışlara cavab olaraq, hələlik Tiflis yaxınlığında - Krtsanisi milli təlim-məşq mərkəzinin ərazisində NATO-nun təlim-tədris bazasını açıb. Gürcüstanın NATO-ya üzv olmağa səy göstərməsi haqda tədbirlər paketi 2014-cü il sentyabrın 4-5-də NATO-nun Uelsdə keçirilən sammitində qəbul olunub. Mərkəzin açılması ilə bağlı sənəd tədbirlər paketinə daxildir. Həmin sənədə əsasən, mərkəz alyans və NATO-nun müttəfiq dövlətləri hərbçilərinin təlim keçməsi üçün nəzərdə tutulub. Amma Rusiyanı dayandırmaq üçün bu kifayət etmir. Moskva həm hərbi, həm də siyasi müstəvidə Gürcüstana təsirlərini artırmaqdadır. Hazırda əsas diqqət gələn il keçiriləcək parlament seçkilərinə yönəlib. Qərb burada sabiq prezident Mixeil Saakaşvilinin rəhbəri olduğu siyasi qüvvələrin yenidən təşəbbüsü ələ almasını istəyir. Belə olarsa, Gürcüstanın 11 müxalifət partiyası 2016-cı ilin oktyabrında keçiriləcək parlament seçkisində iştirak etməyəcək. Bunu Gürcüstanın Demokratik Hərəkat Partiyasının liderlərindən olan Georgi Axvlediani də təsdiq edib. Onun sözlərinə görə, bu qərarın qəbul olunmasına əsas səbəb indiki hökumətin hələ də seçki sistemində dəyişiklik etməməsidir":Gürcü Arzusu" Partiyası hələ bu sözü Saakaşvili prezident olan zaman vermişdi. Onlar majoritar seçki sistemini dəyişib, seçki komissiyalarındakı kvotanı ləğv edəcəklərini bildirmişdilər. Lakin "Gürcü Arzusu" Partiyası heç bir islahat aparmadı".
Seçkidən imtina edən 11 partiyanın heç biri 2012-ci ildə keçirilən seçkilərdə 5%-lik baryeri aşa bilməyib. Demokratik Hərəkat Partiyasının rəhbəri Nino Burcanadzedir. Hazırda Rusiya məhz ona yaxın olan partiyaların hakimiyyətə gəlməsi istiqamətində fəaliyyətini genişləndirir.
Nahid SALAYEV
 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

24.11.2026 / 18:25
Tramp demokratlara qarşı plan hazırlayıb - yanvaradək...

24.11.2026 / 18:10
Rusiya-Ukrayna müharibəsində yeni cəbhə xətti: Finlandiya savaş meydanına çevrilir

24.11.2026 / 18:02
İki baş həkim vəzifəsindən azad edildi

24.11.2026 / 17:50
Paşinyan Zəngəzur dəhlizində ilkin olaraq elektrik xəttini açmaq istəyir...

24.11.2026 / 17:33
Ramiz Mehdiyevin kürəkəni Əli Kərimlinin məhkəməsində hakimdən nə xahiş edib?..

24.11.2026 / 17:24
Gənclərin PUA-lar barədə praktiki vərdişlərə yiyələnməsi təmin ediləcək

24.11.2026 / 17:18
Mətbuat Şurası media subyektlərini jurnalist etikası qaydalarına əməl etməyə çağırdı

24.11.2026 / 17:02
Azərbaycan Vatikan Apostol Arxivi ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən sənəd imzalayıb - FOTO

24.11.2026 / 16:48
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - FOTO

24.11.2026 / 16:37
"...yoxlasan, babası lütün biri olub" - Siyavuş Novruzov

24.11.2026 / 16:21
Vüqar Rəhimzadə: Hər daşı, qayası tarix olan Kəlbəcər canlı təbiət muzeyini xatırladır

24.11.2026 / 16:12
İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında iki tankerin minaya düşdüyünü açıqlayıb

24.11.2026 / 15:59
Portuqaliyada qatarların yarıdan çoxu maşinistlərin tətili səbəbindən yoldan çıxıb

24.11.2026 / 15:57
Tramp və Rutte noyabrın 25-də danışıqlar aparacaqlar

24.11.2026 / 15:50
TRIPP-in açılışı Rusiya və İranın Ermənistana hücumlarını artırır...

24.11.2026 / 15:46
Tehrandan Vaşinqtona 7 maddəlik ultimatum – şərtlər qəbul edilməsə, müharibə genişlənəcək...

24.11.2026 / 15:38
Zelenski nöqtəni qoydu - "Krım körpüsü mövcud olmayacaq"...

24.11.2026 / 15:37
“Özbəkfilm” neyroşəbəkələr vasitəsilə film çəkməyə başlayacaq

24.11.2026 / 14:37
Memarlıq və İncəsənət İnstitutunun əməkdaşının məqaləsi Türkiyədə çapdan çıxıb

24.11.2026 / 14:18
Yunanıstan pasportunda Xankəndi “Stepanakert” kimi göstərilib - XİN faktı araşdıracaq

24.11.2026 / 13:50
ABŞ-da Azərbaycan bayrağı ilə bağlı yayılan məlumatlar təkzib edildi

24.11.2026 / 13:25
İlham Əliyev Beynəlxalq Konqres qarşısında vəzifə qoydu - İpək yolunun bərpa imkanları... - İpək yolunun bərpa imkanları...

24.11.2026 / 12:49
Qafqazda və Azərbaycan memarlığında Kəlbəcər abidələrinin yeri və rolu

24.11.2026 / 12:46
Azərbaycançılıq: milli suverenlik və dövlətçilik ideologiyası

24.11.2026 / 12:31
"Heç bir dastanımızda Azərbaycan kişisinin iki qadını yoxdur" – Gündüz İsmayılov

24.11.2026 / 12:18
Prezidentin sosial şəbəkə hesablarında Monteneqronun Baş nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

24.11.2026 / 11:56
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

24.11.2026 / 11:55
"Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib" - Prezident

24.11.2026 / 11:31
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb

24.11.2026 / 11:25
Yaxın Şərq müharibəsi Avropaya sıçraya bilər – Tehran ABŞ-ın Avropadakı müttəfiqlərinə xəbərdarlıq etdi

24.11.2026 / 11:05
ABŞ Suriyaya yenidən qoşun göndərir – 15 ölkənin iştirakı ilə hərbi missiya planı...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ