"Türkiyə prezidenti Moskvada məscidin açılış mərasimində iştirak edəcək. Həmçinin onun prezident Putinlə görüşü də nəzərdə tutulub. Biz Mahmud Abbasın da mərasimdə iştirakını gözləyirik. Onunla Putin ayrıca danışıqlar aparacaq" -, deyə Kremlin mətbuat xidmətinin rəhbəri qeyd edib.
Qeyd edək ki, sentyabrın 23-də Moskvanın Sülh prospektində yerləşən məscidin açılış mərasimi keçiriləcək. Mərasimə dəvət olunanlar arasında Səudiyyə Ərəbistanı, İordaniya, Fələstin, Qətər, Küveyt, Türkiyə, Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Tacikistan, İran və digər dövlətlərin başçıları var.
Baki-xeber.com xəbər verir ki, son vaxtlar Rusiya ilə Türkiyə arasında ciddi gərginlik müşahidə edilir. Bu gərginlik xüsusilə son zamanlar Rusiyanın Suriyada Əsəd rejiminə açıq dəstək verməsindən sonra daha açıq forma almağa başlayıb. "Türk axını”nın təxirə salınmasının səbəbi kimi də Moskva ilə Ankara arasında Suriya böhranı ilə bağlı fikir ayrılığı göstərilir. Hətta iki gün əvvəl Ərdoğan Əsədə dəstək göstərən Moskvanı ad çəkmədən sərt tənqid etmişdi. Dünən isə iki ölkə XİN başçılarının Suriya müzakirələri nəticəsiz başa çatıb.
Bütün bunlara görə, Putinlə Ərdoğanın Moskva görüşünün gərgin keçəcəyi ehtimal edilir.