ABŞ Suriya prezidenti Bəşər Əsədin devrilməsini istəmir. Baki-xeber.com xəbər verir ki, bu açıqlama ilə Rusiyanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Vitaliy Çurkin çıxış edib.
Diplomatın sözlərinə görə, ABŞ-ın Suriya siyasəti İraq Şam İslam Dövlətinə (İŞİD) görə dəyişib.
"Məncə indi ABŞ-la ortaq bir mövqedəyik: Onlar da Əsəd hökumətinin devrilməsini istəmirlər. İŞİD-lə Suriya hökuməti zərər görməyəcək şəkildə mübarizə aparmaq istəyirlər. Digər tərəfdən Suriya rəhbərliyinin İŞİD-lə mübarizədən yararlanmasını da istəmirlər. Çox mürəkkəb bir vəziyyət yaranıb".
Rusiya və ABŞ-ın Suriya siyasətinin getdikcə yaxınlaşdığını da deyən Çurkin bildirib ki, hazırda Amerika hökumətinin ən ciddi narahatlığı Suriya rejiminin devrilməsi, İŞİD-in Dəməşqi ələ keçirməsi və bundan ABŞ-ın günahkar tutulmasıdır.