"ABŞ-la yanaşı Rusiyaya da İŞİD-in Suriyadakı mövqelərinə zərbələr endirmək hüququ verilməlidir”. APA-nın TASS agentliiynə istinadən verdiyi məlumata görə, bunu Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri bəyan edib.
"Amerikalılar hərbi təyyarələr vasitəsi ilə İŞİD-lə mübarizə aparır. Bəs ruslara niyə bu qadağan edilir? Bunun heç bir mənası yoxdur. Biz hamımız eyni düşmən ilə mübarizə aparırıq”, deyə B.Cəfəri bildirib.
B.Cəfəri həmçinin Rusiyanın Suriyaya hərbi texnika göndərməsini də şərh edib. Onun sözlərinə görə, Rusiya silahlı qüvvələrinin bu ölkədə fəaliyyəti ikitərəfli əməkdaşlıq çərçivəsinə uyğun aparılır.
"Reuters” agentliyi Suriyadakı hərbi mənbələrə istinadən məlumat yayıb ki, Suriya ordusu son günlər Rusiyadan göndərilən yeni silahlardan fəal şəkildə istifadə etməyə başlayıb.
Mənbə bildirib ki, Suriya hərbi qüvvələri bir neçə həftədir Rusiyadan göndərilən yerüstü və hava sistemlərindən istifadə edirlər. Hərbçilərin bununla bağlı xüsusi hazırlıq keçdiyi də qeyd olunur. "Silahlar yüksək keyfiyyətli və çox dəqiqdir, hədəfi dəqiqliklə vurur”, - deyə mənbə söyləyib.