"Azərbaycanda parlament seçkilərinin keçirilməsi üçün hazırlıq mərhələsinə yenicə başlansa da, indidən seçkilərin nəticələrinə kölgə salmağa cəhd göstərilməsi ilə bağlı bəyanatlar səslənir”. Bunu Trend-ə Milli Məclisin deputatı Rauf Əliyev ABŞ-da yerləşən insan haqları təşkilatı "Freedom House"-un bəyanatına münasibət bildirərkən deyib.
O, qeyd edib ki, bu, "Freedom House"-un Azərbaycana qarşı qəbul etdiyi ilk belə qərəzli və ədalətsiz bəyanat deyil: "Bu vaxta qədər özünü insan haqları təşkilatı hesab edən bu təşkilat Azərbaycanın əleyhinə dəfələrlə müxtəlif məsələlər üzrə qərəzli, ədalətsiz, fitnəkar bəyanatlar qəbul edib. Azərbaycan bütün dünyaya öz tolerantlığını, multikultiralizm dəyərlərini nümayiş etdirdiyi vaxtda bu təşkilat bir dəfə də olsun Azərbaycanda baş verən və dünyanın əksər dövlətləri tərəfindən qəbul olunmuş müsbət dəyişiklikləri qəbul etmir və bu barədə susur. Çünki onlara sahibləri belə buyurublar”