APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Federasiyasının ATƏT-dəki səlahiyyətli nümayəndəsi Aleksandr Lukaşeviç deyib. O xatırladıb ki, Azərbaycan hökuməti təklif olunan müşahidəçilərin sayının çox olduğunu əsas gətirərək öz variantını təklif edib: "Lakin DTİHB barışmaz mövqe tutdu və nəticədə Azərbaycandakı seçkilərin monitorinqini ləğv etdi. Ona görə də Daimi Şurada ATƏT-in bu institutunun elektoral sferada iş metodologiyası ilə bağlı ciddi söhbət aparılacaq”.