çərşənbə günü, 25 noyabr 2026
     

"Azərbaycanın geosiyasəti"

Image


Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr

(Əvvəli ötən saylarımızda)

İkinci mərhələ: 1993-1994-cü illərdə ABŞ və onun müttəfiqləri artıq fəal geosiyasət yürütməyə başlayırlar. 2001-ci ilə qədər ABŞ NATO, Avropa Birliyi və Türkiyə ilə yanaşı ortaq maraqlar əsasında bölgədə bəzi yerli tərəfdaşlar- Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Özbəkistan, Qırğızıstan və s. kimi qərbyönümlü siyasət yürüdülən ölkələrlə birlikdə hərəkət etməyə başlayır.
Üçüncü mərhələ 2001-ci ildən başlayır və Barak Obamanın hakimiyyətə gəlişinə qədər davam edir. Müəllifin yazdığına görə, bu mərhələdə ABŞ və NATO Cənubi Qafqazda, Xəzər-Qara dəniz hövzəsi, Orta Asiyada fəal hərbi geostrateji fəaliyyətə və təhlükəsizlik siyasətinə başlayır. Fikir verdinizsə, bu mərhələdə söhbət yalnız "hərbi-geostrateji"dən gedir. Birinci iki mərhələdə geosiyasi və geoiqtisadi baxımdan möhkəmlənən ABŞ artıq bölgədə hərbi-geostrateji siyasət yürüdür. Bu mərhələdə bu məkandan Rusiyanı tədricən sıxışdırmaq siyasəti davam etdirilir.
Bu mərhələdə ABŞ və NATO öz diqqətini bölgənin beynəlxalq və regional təhlükəsizlik məsələlərinə, NATO-nun bölgə ölkələri hesabına Şərqə doğru genişləndirilməsinə və s. yönəldir. Cənubi Qafqaz, Qara dəniz hövzəsi və Orta Asiya ölkələrinin "Fərdi tərəfdaşlıq proqramı" çərçivəsində NATO və blok üzvü olan əsas müttəfiq dövlətlərlə hərbi geostrateji əlaqələrini yaradır, alyansın bölgədə hərbi geostrateji cəhətdən möhkəmlənməsinin qayğısına qalır.
Nəhayət, dördüncü mərhələ 2008-ci ildən günümüzə qədər davam edir. Bu barədə Əli Həsənov yazır: "ABŞ-ın təhlükəsizlik siyasətində müasir dövr kimi xarakterizə edilə biləcək dördüncü mərhələ, analitiklərin fikrincə, Barak Obamanın 2008-ci ildə hakimiyyətə gəlişindən sonra başlanır. Bu dövrdə ölkənin regional siyasətində, Milli Təhlükəsizlik Strategiyasında əsaslı dəyişikliklər edilmiş və onun çoxstandartlığı bir qədər də gücləndirilmişdir. 26 may 2010-cu ildə dərc olunaraq rəsmi elan edilmiş həmin sənəddə Corc Buş administrasiyasının 2002-ci ildə qəbul etdiyi təhlükəsizlik strategiyasının "milli təhlükəsizliyin təmin olunması naminə, lazım gələndə, bütün dünyada əksər təhlükə mənbələrinə hücumetmə" prinsipindən tam imtina edilmiş, ölkənin planetar sülhyaratma və ABŞ-ın təhlükəsizliyini qoruma siyasətinə əsaslı düzəlişlər olunmuşdur". (Bax. s. 270)
Amma yeni doktrinanın qəbul olunmasına baxmayaraq, ABŞ yüz ildən çoxdur yürütdüyü "ikili siyasət" prinsipindən əl çəkməyib, yəni "dovşana qaç deyir, tazıya tut". Məsələn, Ermənistan tərəfindən ilhaq olunmuş Azərbaycan əraziləri haqqında BMT-nin qəbul etdiyi dörd qətnaməsinin həyata keçirilməsinə ABŞ hətta səy belə göstərmir. Nəzərə alaq ki, ABŞ-ın nümayəndəsi ATƏT-in Qarabağ problemi ilə bağlı yaratdığı üç ölkədən biri olan Minsk Qrupunun üzvüdür. ABŞ, Fransa və Rusiya iyirmi ildən çoxdur ki, guya Qarabağ probleminin həlli ilə
məşğul olsalar da, bütün tərəflərə münaqişəni dondurulmuş vəziyyətdə saxlamağa üstünlük verirlər. Onlar faktiki olaraq sülh danışıqlarında işğalçı tərəflə təcavüz olunan tərəfi eyniləşdirir, bəzən isə ədalətsiz olaraq Azərbaycan tərəfin güzəştə getməsi istəyində olurlar. Təəssüflər olsun ki, bu siyasət hələ də davam edir.
Yaxud Azərbaycanın ictimai təşkilatın və ya hər bir jurnalistin məişət səviyyəsində hər hansı problemi, ya münaqişəsi yaranarsa, dərhal ABŞ, ona yaxın olan qeyri-hökumət təşkilatları bəyanat verir, ölkəmizi, dövlətimizi demokratiyanın inkişafına əngəl törətməkdə suçlayırlar. Amma Ermənistan parlamentində terror baş verir, deputatları güllələyirlər, yaxud küçədə etiraz edib mitinq keçirənləri vəhşicəsinə döyüb həbs edirlər, insan haqları pozulur, Amerika və ona tabe olan qeyri-hökumət təşkilatları, ATƏT susur. Bax, budur ikili siyasət yürütmək.
Bəs Azərbaycan ABŞ və NATO-ya hansı münasibəti göstərir? Qabaqcadan deyim ki, Azərbaycanın onlara münasibəti çox orijinaldır, yəni dövlətimiz tərəfdaşlıqdan imtina etmir, lakin özünəməxsus xüsusiyyətlərini önə çəkir. Bu barədə hörmətli professor yazır: "Keçən müddətdə Azərbaycan öz təhlükəsizlik taleyini Şimali Atlantika ilə bağlamamaq (fikir verin-bağlamamaq-Y. O.) şərti ilə, ABŞ-ın bəhs olunan dövrdəki fəal regional təhlükəsizlik siyasətinə, beynəlxalq və regional sülhyaratma təşəbbüslərinə, hərbi və siyasi tərəfdaşlıq çağırışlarına hərtərəfli dəstək vermiş və müxtəlif formalarda:
1. ABŞ və NATO ilə "Sülh naminə tərəfdaşlıq" və "Fərdi tərəfdaşlıq" proqramları çərçivəsində ikitərəfli (yenə fikir verin- ikitərəfli- Y.O.) və çoxtərəfli hərbi-strateji əməkdaşlığı gücləndirmişdir;
2. Əfqanıstana və İraqa ABŞ və NATO təyyarələrinin sərbəst uçuşu üçün hərbi hava dəhlizi açmışdır;
3. ABŞ-ın beynəlxalq terrorizmə qarşı mübarizə koalisiyasına qoşularaq, onunla birlikdə dünyanın ayr-ayrı münaqişə bölgələrində sülhyaratma proseslərində iştirak etmişdir və s." (Bax, S. 285-286)
Bundan başqa, Azərbaycan tərəfi ABŞ və Avropa İttifaqı ilə bir yerdə müxtəlif layihələr həyata keçirir, beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəlikləri dönmədən yerinə yetirir. Bununla yanaşı, Azərbaycan dövləti bölgədə yürütdüyü siyasətin əsas məhək daşı müstəqil siyasətin yürüdülməsi və Azərbaycanı bölgədə münaqişələr ocağına və məkanına çevirməyə cəhd edən qüvvələrin qarşısını almaqdadır. Bu barədə Əli Həsənov yazır ki, Prezident İlham Əliyevin Azərbaycan heç zaman nə ABŞ və NATO-nun, nə də ki, başqa ölkələrin regiondakı hərbi-geostrateji münaqişələri üçün "meydan" olmayacağı, İrana, yaxud digər qonşu ölkəyə hər hansı üçüncü qüvvənin hücumuna dəstək verməyəcəyi, qonşularla etibarlı tərəfdaşlıq münasibətlərini daim qoruyacağı və ərazisindən digər dövlətin hərbi məqsədlər üçün istifadəsinə icazə verməyəcəyi haqqındakı birmənalı bəyanatı, öz müstəqil iradəsini ortya qoyması və sona qədər bu mövqeyə sadiqlik nümayiş etdirməsi ABŞ və NATO rəhbərliyini məyus edərək, 2001-ci ildən sonra Azərbaycanla sonuncular arasındakı formalaşmış hərbi-strateji tərəfdaşlıq münasibətlərinə müəyyən mənfi təsir göstərdi. Lakin bu qətiyyətli mövqe əvəzində Azərbaycanın bölgə ölkələri, ilk növbədə qonşu Rusiya və İranla tərəfdaşlıq münasibətlərinin korlanmasının qarşısını aldı.
Tərəfimdən qeyd edirəm ki, bu siyasət düzgün addımdır, çünki Qərbin yürütdüyü "İkili siyasətin" bəhrəsini çox görmüşük, nəticəsi də müsəlman ölkələri, o cümlədən Azərbaycan üçün ağır itkilərlə müşayiət olunub. "İkili siyasət" haqqında yuxarıda bəhs etdiyimizdən bunun üstündə çox dayanmayacağıq. Amma bir məsələni xüsusilə qeyd etmək istərdim. Bir anlığa təsəvvür edin ki, Azərbaycan dövləti öz ərazisindən hər hansı ikinci bir dövlətə (o dövlətin hərbi-strateji maraqlarını həyata keçirmək üçün) platsdarm verdi. Nəticə necə olacaq, bilirsinizmi? Deməli, Azərbaycan maraqlı tərəf olacaq və ərazisini "platsdarm" etdiyi dövlətlə tərəfdaşlıq məcburiyyətində qalacaq, digər bloklarla, dövlətlərlə münasibətlərdə isə soyuqluq yaranacaq, potensial rəqibə, bir az sonra isə düşmənə çevrilmək ehtimalı artacaq. Belə olan şəraitdə məkanı münaqişələr ocağına döndərmək istəyən qüvvələrin qarşısını almaq çox çətin olacaq. Bu zaman həmin qüvvələr xarici təsirdən ölkədaxili vətəndaş təsirinə keçməyə cəhd edərək ölkədə xaos, başıpozuqluq yaratmaq istəyərək hakimiyyət dəyişikliyinə can atacaqlar. İqtisadi temp düşəcək, maliyyə inflyasiyası və manatın məzənnəsinin sürətlə ucuzlaşması başlayacaq, sosial müavinətlərin verilməsində gecikmələr baş verəcək, ərzaq qıtlığı yaranacaq və s. müdaxilələr dövlətin, hətta hakimiyyət dəyişikliyi olmasa belə, regionda siyasi və iqtisadi etibarlılığını xeyli aşağı düşürəcək.
(Ardı var)
Yunus OĞUZ




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

24.11.2026 / 18:25
Tramp demokratlara qarşı plan hazırlayıb - yanvaradək...

24.11.2026 / 18:10
Rusiya-Ukrayna müharibəsində yeni cəbhə xətti: Finlandiya savaş meydanına çevrilir

24.11.2026 / 18:02
İki baş həkim vəzifəsindən azad edildi

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ