Cümə günü, 06 noyabr 2026
     

"Azərbaycan-Qırğızıstan müttəfiqliyi Türk Dünyasının daha sıx inteqrasiyasına xidmət edir"

Image


Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində imzalanmış ikitərəfli sənədlər iki qardaş ölkə arasında münasibətləri strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəltdi. Bu, təkcə ikitərəfli əlaqələrin deyil, bütövlükdə Türk dünyasında inteqrasiya proseslərinin daha da sürətlənməsinə xidmət edən mühüm bir hadisədir.

Rəsmi səfərin ən mühüm nəticəsi Prezident İlham Əliyev və Prezident Sadır Japarov tərəfindən "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"nin imzalanması idi. Bununla yanaşı, Dövlətlərarası Şuranın üçüncü iclasının qərarı da təsdiq edildi. Bu sənədlər iki ölkə arasında siyasi dialoqun, təhlükəsizlik sahəsində əməkdaşlığın və qarşılıqlı dəstəyin yeni hüquqi əsaslarını formalaşdırdı.

Prezident İlham Əliyevin vurğuladığı kimi, müttəfiqlik münasibətləri böyük məsuliyyət deməkdir və Azərbaycan bu məsuliyyəti bölüşməyə hazırdır. Dövlətimizin beynəlxalq təşkilatlarda, iqtisadi əməkdaşlıqda və regional təhlükəsizlik məsələlərində Qırğızıstanla qarşılıqlı dəstək siyasəti bundan sonra da davam etdiriləcək.

Azərbaycan-Qırğız İnkişaf Fondunun maliyyə imkanlarının genişləndirilməsi barədə əlavə saziş imzalandı və Fondun kapitalı 200 milyon dollara çatdırıldı. Bu qərar investisiya layihələrinin maliyyələşdirilməsini sürətləndirəcək, yeni istehsal sahələrinin yaradılmasına, sahibkarlığın inkişafına və yeni iş yerlərinin açılmasına mühüm töhfə verəcəkdir.

Səfər çərçivəsində nəqliyyat və logistika sahəsində də mühüm razılaşmalar əldə edildi. Beynəlxalq avtomobil əlaqələri haqqında saziş, yükdaşımalar, gəmiçilik və gəmiqayırma sahəsində əməkdaşlığa dair memorandum imzalandı. Bu sənədlər Orta Dəhlizin inkişafı, regionun tranzit potensialının artırılması və iki ölkə arasında ticarət dövriyyəsinin genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Enerji sektoru da iki ölkə arasında əməkdaşlığın prioritet istiqamətlərindən biridir. Neft məhsullarının tədarükü sahəsində Anlaşma Memorandumu və 2026–2028-ci illəri əhatə edən energetika üzrə Yol Xəritəsi gələcək əməkdaşlığın konkret istiqamətlərini müəyyənləşdirir. 2024–2029-cu illər üzrə Əməkdaşlıq Proqramının həyata keçirilməsinə dair Yol Xəritəsinin qəbul olunması iki ölkə arasında razılaşdırılmış layihələrin sistemli şəkildə icrasına şərait yaradacaq.

Səfər zamanı statistika, kibertəhlükəsizlik və maliyyə bazarlarının tənzimlənməsi sahələrində də əməkdaşlıq memorandumu imzalandı. Bu sənədlər dövlət idarəçiliyinin rəqəmsallaşdırılması, informasiya təhlükəsizliyinin gücləndirilməsi və maliyyə sistemləri arasında əlaqələrin inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Müasir dövrdə rəqəmsal təhlükəsizlik və informasiya mühafizəsi strateji əhəmiyyət kəsb etdiyindən bu istiqamətdə əməkdaşlıq gələcək üçün mühüm perspektivlər vəd edir.

Səfərin diqqətçəkən nəticələrindən biri də regionlararası əməkdaşlığın genişləndirilməsi oldu. Şuşa ilə Çolpon-Ata, Qəbələ ilə Karakol, Gəncə ilə Oş şəhərləri arasında qardaşlaşma əlaqələrinin yaradılması haqqında memorandumlar imzalandı. Bu addımlar yalnız yerli idarəetmə orqanları arasında əməkdaşlığı deyil, həm də turizm, mədəniyyət, təhsil və humanitar əlaqələrin inkişafını təşviq edəcək.

Sənaye sahəsində də yeni əməkdaşlıq istiqaməti müəyyənləşdirildi. "AzerGold" QSC ilə Qırğızıstanın "Kyrgyzaltyn" şirkəti arasında imzalanmış memorandum faydalı qazıntılar sahəsində təcrübə mübadiləsi, yeni layihələrin həyata keçirilməsi və investisiya imkanlarının artırılması üçün əlverişli zəmin yaradır.

Humanitar əməkdaşlıq isə Azərbaycan-Qırğızıstan münasibətlərinin ayrılmaz hissəsi olaraq qalır. Ağdamda "Manas" adına məktəbin tikilməsi, Bakıda Çingiz Aytmatovun abidəsinin və parkının açılması, Bişkekdə Azərbaycan-Qırğızıstan Dostluq Parkının yaradılması, eləcə də hər iki ölkədə keçirilən Mədəniyyət Günləri ortaq tarixi və mənəvi dəyərlərin yaşadılmasına xidmət edir. Bu layihələr xalqlar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinin parlaq nümunəsidir.

Səfərin rəmzi əhəmiyyət daşıyan hadisələrindən biri Prezident İlham Əliyevin Qırğız Respublikasının ali dövlət mükafatı 1-ci dərəcəli "Manas" ordeni ilə təltif olunması oldu. Dövlət başçısı bu yüksək mükafatı Azərbaycan ilə Qırğızıstan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətə verilən yüksək qiymət kimi dəyərləndirdi. Prezident İlham Əliyev vurğuladı ki, ölkələrimiz uzun illər ərzində böyük və şərəfli inkişaf yolu keçərək münasibətlərini strateji müttəfiqlik səviyyəsinə yüksəldiblər və bu gün dünyada bundan daha yüksək münasibət formatı mövcud deyil. Dövlətimizin başçısı Azərbaycan-Qırğızıstan münasibətlərinin xalqların rifahı naminə bundan sonra da uğurla inkişaf etməsi üçün bütün səylərini davam etdirəcəyini bildirdi.

Prezident İlham Əliyev çıxışında Qırğızıstan Prezidenti Sadır Japarovun rəhbərliyi ilə qardaş ölkədə əldə olunan mühüm nailiyyətləri də yüksək qiymətləndirdi. Ölkə başçımız vurğuladı ki, Azərbaycan Qırğızıstanın inkişafına və iki ölkə arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə verilən töhfəni yüksək qiymətləndirir. Bu münasibətin ifadəsi olaraq Prezident Sadır Japarov Azərbaycanın ali dövlət təltifi "Heydər Əliyev" ordeni ilə təltif edildi ki, bu da iki dövlət arasında qarşılıqlı hörmətin, etimadın və strateji müttəfiqliyin ən yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi.

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri təkcə növbəti diplomatik görüş deyil, eyni zamanda Azərbaycan-Qırğızıstan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini təsdiqləyən tarixi hadisədir. İmzalanan sənədlər siyasi dialoqdan iqtisadiyyata, energetikadan kibertəhlükəsizliyə, şəhərlərarası əməkdaşlıqdan humanitar əlaqələrə qədər geniş spektri əhatə edir. Bu isə iki qardaş dövlət arasında müttəfiqlik münasibətlərinin uzunmüddətli və davamlı inkişafının möhkəm təməl üzərində qurulduğunu bir daha təsdiqləyir.

Cavanşir Feyziyev,

Milli Məclisin deputatı




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ