Pentaqon İrana təzyiq göstərmək üçün yaradıcı yollar axtarır. CNN xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı tərəfindən hərbi analitiklərə Tehrana təsir göstərmək üçün qeyri-ənənəvi variantlar hazırlamaq tapşırılıb.
29 iyulda mütəxəssislərə göndərilən memorandumda deyilir: "Biz İrana təzyiq göstərmək və cəzalandırmaq üçün yeni yaradıcı və qeyri-ənənəvi variantları araşdırırıq". Mənbələr qeyd edir ki, ABŞ rəhbərliyi Prezident Donald Tramp razılığa ümid etdiyi üçün strategiyanı yenidən nəzərdən keçirməyin zəruriliyini anlayır. Məsələ burasındadır ki, daha öncə Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn hava bombardmanının məhdud təsiri və hava hücumundan müdafiə raketlərinin kəskin çatışmazlığı barədə xəbərdarlıq edib. O, eyni zamanda, Yaxın Şərqdə arsenalların tükənməsinin ABŞ-ın milli təhlükəsizliyini təhdid etdiyini bildirib. Lakin MKİ və hərbi kəşfiyyat hesab edir ki, zərbələr İranın danışıqlar mövqeyini dəyişdirməyəcək. SAMİRƏ