ABŞ prezidenti Donald Tramp iddia edir ki, ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəliblər, indi isə İslam Respublikasından nüvə proqramı ilə bağlı razılaşma gözləyir. Prezident bu mövqeyi 2 avqustda Vaşinqtona gedərkən təyyarəsində jurnalistlərlə danışarkən açıqlayıb. Trampın sözlərinə görə, ABŞ qismən Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının tələbi ilə İrana zərbə endirməkdən çəkinib. "Onların bunu istəməsinin səbəbi razılaşma olduğuna inanmalarıdır. Hörmüz boğazı ilə bağlı razılaşma var, sırada isə nüvə proqramı və ya başqa sözlə desək, İranın nüvəsizləşdirilməsi ilə bağlı razılaşma var. Mən buna İranın nüvəsizləşdirilməsi deyirəm", - deyə ABŞ prezidenti bildirib.
SAMİRƏ