Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə Silahlı Qüvvələrinin Livanda UNIFIL sülhməramlı qüvvələrini əvəz edəcək yeni təhlükəsizlik təşəbbüsündə iştirak etməkdə maraqlı olduğunu deyib.
Xarici media yazır ki, Ərdoğan bu sözləri bir neçə gün əvvəl Ankarada səfərdə olan Livan Prezidenti Cozef Aun ilə keçirdiyi mətbuat konfransında bildirib.
“Hazırkı beynəlxalq qüvvələrin geri çəkilməsindən sonra Türkiyə regional təhlükəsizliyin və Livanın suverenliyinin təmin edilməsi üçün bütün təşəbbüslərdə iştirak etmək istəyir. UNIFIL-in mandatının sona çatması əhəmiyyətli bir hadisə olacaq”, - deyə Türkiyə Prezidenti bildirib.
Qeyd edək ki, Türkiyə qoşunlarının İsraillə sərhəddə yerləşən cənubi Livana yerləşdirilməsi təşəbbüsünü yəhudi dövləti qəbul etmir. İsrail əvvəllər Türkiyənin Qəzza zolağında yerləşdiriləcək beynəlxalq kontingentdə iştirakına qarşı çıxmışdı.
Tahir TAĞIYEV