Ermənistan parlamentinin yeni tərkibdə ilk iclası qalmaqalla başlayıb.
Millət vəkilləri açılış mərasimində Bütün Ermənilərin Katolikosu II Qareginin iştirak etməməsinin səbəbi, həmçinin deputat Artur Sarkisyanın cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi barədə izahat tələb ediblər. "Güclü Ermənistan" fraksiyasının deputatı Aram Vardevanyan bildirib ki, parlament qaydaları katolikosun açılış mərasimində iştirakını nəzərdə tutur. Onun iclasa sədrlik edən Knyaz Həsənova müraciətlə, "Cənab Həsənov, yaşınıza görə altıncı, yeddinci və səkkizinci çağırış parlamentlərinin ilk iclaslarına sədrlik etdiniz. Patriarx bütün bu iclaslarda iştirak edirdi. Niyə bu dəfə katolikos dəvət olunmadı”- sualına cavabında ikinci buna səlahiyyətinin olmadığını bildirib.
“Bütün suallarınızı gələcək parlament spikerinə ünvanlaya bilərsiniz", - o deyib.
Müxalifətin qaldırdığı digər mövzu Ermənistan fraksiyasının deputatı Artur Sarkisyanın cinayət təqibi olub.
Geqam Manukyan həmkarına qarşı işi siyasi motivli hesab etdiyini bildirərək, ittihamların tamamilə uydurma olduğunu iddia edib.
Eyni zamanda Manukyan da Həsənova müraciət edərək boldirib ki, Ermənistanın kürd icmasının nümayəndəsi olaraq, siyasi təqibin nə demək olduğunu o hər kəsdən daha yaxşı başa düşməlidir. Misal olaraq isə o, “hazırda Türkiyə həbsxanalarında minlərlə kürdün siyasi səbəblərdən həbsdə olduğunu” deyib.
SAMİRƏ