Ermənistan hökuməti istefaya gedib. Bu barədə Baş nazir Nikol Paşinyan açıqlama verib.
Paşinyanın yayımladığı videoda hökumətin istefa ərizəsini imzaladığı görünür. Məktub Ermənistan Prezidentinə göndərilib. O qeyd edib ki, istefa verən hökumətin üzvləri vəzifələrini yerinə yetirməyə davam edəcəklər. Yalnız yeni seçilmiş parlament səlahiyyət müddətinə başladıqdan sonra Ermənistan Prezidenti parlament çoxluğunun namizədini dərhal Baş nazir təyin edəcək.
SAMİRƏ