3 avqustdan etibarən ABŞ Gürcüstan, Qırğızıstan, Tacikistan və Türkmənistan da daxil olmaqla 50 ölkənin vətəndaşları üçün 20.000 dollara qədər daimi viza depoziti tətbiq edəcək. ABŞ Dövlət Departamenti bunu 31 iyul cümə günü açıqlayıb. Bu, işgüzar və turist vizalarına (B-1/B-2) aiddir. Depozitin məbləği konsulluq işçisi tərəfindən hər bir hal üçün ayrıca müəyyən ediləcək. Departamentin açıqlamasında bildirilir ki, viza sahibi tələb olunan müddətdə ABŞ-ı tərk edərsə, sənəddən istifadə etməzsə və ya ölkəyə girişinə icazə verilməzsə, depozit geri qaytarılacaq. Şəxs ölkədə qalma şərtlərini pozarsa, depozit müsadirə olunacaq. Gürcüstan, Qırğızıstan, Tacikistan və Türkmənistanla yanaşı, ölkələrin siyahısına Əlcəzair, Anqola, Banqladeş, Kamboca, Mərkəzi Afrika Respublikası, Monqolustan, Nepal, Nikaraqua, Tunis, Uqanda, Venesuela, Zimbabve və Afrika, Cənub-Şərqi Asiya və Latın Amerikasının digər ölkələri daxildir.
Maraqlıdır ki, ABŞ Dövlət Departamenti bu siyahıya Azərbaycanı daxil etməyib.
SAMİRƏ