Amerikalı beynəlxalq münasibətlər üzrə ekspert Con Mirşaymer Ukraynadakı müharibənin gedişatı ilə bağlı təəccüblü bir proqnoz verib. Çikaqo Universitetinin professoru Mirşaymer iddia edib ki, Rusiya ordusu hazırkı irəliləyişini davam etdirərsə, Odessa şəhərini də işğal edə bilər.
Tanınmış politoloq bildirib ki, Rusiya döyüş meydanındakı mövqeyini durmadan gücləndirir: "Düşünürəm ki, hazırda yeganə maraqlı sual onların sonda nə qədər ərazini ələ keçirəcəkləridir. Düşünürəm ki, onlar Odessanı da işğal edəcəklər ".
Mirşaymer həmçinin əlavə edib ki, Rusiya qüvvələrinin bu ilin sonuna qədər bütün Donbası nəzarətə götürəcəyini gözləyir.
Bundan əvvəl açıqlama verən Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik Rusiya ordusunun bütün Ukrayna sahil xəttini atəş nəzarəti altına almalı olduğunu bildirmişdi. Kolesnik vurğulayıb ki, bu addım Qərb ölkələrindən Odessa və Çornomorsk limanları vasitəsilə silah və sursat daşınmalarını tamamilə nəzarətdə saxlamaq üçün vacibdir.
Tahir TAĞIYEV