şənbə günü, 01 avqust 2026
     

Prezident və Birinci xanım Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzalayıblar

Image


Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzalayıblar.

Nekroloqda deyilir:

"Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Heydər Əliyev mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar incəsənət xadimi, Xalq şairi Nəriman Əliməmməd oğlu Həsənzadə 2026-cı il avqustun 1-də ömrünün 96-cı ilində vəfat etmişdir.

Nəriman Həsənzadə 1931-ci il fevralın 2-də Qazax rayonunun Poylu kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1949–1953-cü illərdə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində ali təhsil almış, 1957–1961-ci illərdə isə Moskvada Qorki adına Ədəbiyyat İnstitutunda oxumuşdur.

1962-ci ildə indiki Bakı Dövlət Universitetinin aspiranturasına daxil olan Nəriman Həsənzadə 1965-ci ildə aspiranturanı bitirib dissertasiya müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi almışdır.

Əmək fəaliyyətinə 1962-ci ildən başlayan Nəriman Həsənzadə “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında və Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində müxtəlif vəzifələrdə çalışmışdır. O, 1978–1991-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru işləyərkən qəzetin ədəbi-ictimai mühitdə nüfuzunun daha da genişləndirilməsi üçün böyük əmək sərf etmişdir.

Nəriman Həsənzadə 1991–2001-ci illərdə Azərbaycan Respublikası mətbuat və informasiya nazirinin birinci müavini və nazir əvəzi vəzifələrində çalışmışdır. O, 2001-ci ildən ömrünün sonunadək Milli Aviasiya Akademiyasının Humanitar fənlər kafedrasına rəhbərlik etmişdir.

Böyük söz ustası Nəriman Həsənzadə poeziya aləminə qədəm qoyduğu ilk vaxtlardan ədəbiyyatımıza yeni nəfəs gətirmişdir. Şair milli ədəbiyyatın çoxəsrlik parlaq ənənələrinə sadiq qalmaqla, özünəməxsus ifadə tərzi və dəst-xətti sayəsində Azərbaycan xalqının poetik fikir xəzinəsinə dəyərli töhfələr bəxş etmişdir. Qayəsini Vətən məhəbbəti, milli azadlıq duyğuları, ənənəvi dəyərlərə bağlılıq və mənəvi ucalığa çağırış təşkil edən əsərləri onu həmişə ədəbi prosesin ön mövqelərində saxlamışdır. Şairin öz həzinliyi və səmimiliyi, dil səlisliyi, axıcılığı və təbiiliyi ilə seçilən şeirlərində müasirlərimizin hiss və düşüncələri dolğun bədii əksini tapmışdır. Nəriman Həsənzadə poema və mənzum pyeslərində keçmişimizin uzaq və yaxın dövrlərinin taleyüklü mühüm hadisələrini və böyük şəxsiyyətlərini tarixi həqiqətlər işığında dərin vətənpərvərlik və milli dövlətçilik duyğusu ilə canlandırmışdır. Azərbaycan xalqının mübarizliyini və qəhrəmanlığını tərənnüm edən bu əsərlər teatr səhnələrində uğurla tamaşaya qoyulmuş, tamaşaçıların dərin rəğbətini qazanmışdır. Dilimizin tükənməz imkanlarından ustalıqla bəhrələnmiş şairin sözlərinə bu gün də sevilə-sevilə oxunan çox sayda mahnılar bəstələnmişdir.

Sənətkarın ədəbi şəxsiyyəti ilə vəhdət təşkil edən alim, pedaqoq və ictimai xadim kimi dolğun fəaliyyəti Vətənə və xalqa ləyaqətlə xidmətin bariz nümunəsidir. Nəriman Həsənzadə respublikamızın ictimai-siyasi və mədəni həyatında daim yaxından iştirak etmiş, müxtəlif illərdə SSRİ Ədəbiyyat Fondunun Azərbaycan şöbəsinin direktoru, eləcə də rayon, şəhər sovetinin və XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuşdur.

Ölkənin və cəmiyyətin həyatında baş verən proseslərə daim dərin vətəndaşlıq duyğusu ilə yanaşmış Nəriman Həsənzadə mədəniyyətimizin tərəqqisi, milli-mənəvi dəyərlərimizin qorunub yaşadılması üçün var qüvvəsini sərf etmişdir.

Nəriman Həsənzadənin Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafı naminə uzunmüddətli səmərəli fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatları – “Şöhrət” (2001), “Şərəf” (2011) və “İstiqlal” (2021) ordenləri ilə təltif edilmiş, 2026-cı ildə isə “Heydər Əliyev” ordeninə layiq görülmüşdür.

Görkəmli şair və dramaturq, tanınmış ictimai xadim, səmimi və təvazökar insan Nəriman Əliməmməd oğlu Həsənzadənin əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaqdır.

Allah rəhmət eləsin!"

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Adil Kərimli

Polad Bülbüloğlu

İsa Həbibbəyli

Arif Paşayev

Anar Rzayev

Çingiz Abdullayev

Rəşad Məcid

Sabir Rüstəmxanlı

Kamal Abdullayev




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Paşinyan Putinin əsas iqtisadi təşkilatına qarşı daha sərt ritorikaya keçdi... “sonunuzdur...”

Azərbaycanın Orta Dəhlizində Almatıdan Britaniyaya qədər yeni qapı açıldı...

Sənədsiz ev problemi kəskinləşir, məsələnin həlli yeni dalana dirənib...

SON XƏBƏRLƏR

01.08.2026 / 16:01
ABŞ və İsrail İranın enerji obyektlərini bombardman etməyə hazırlaşır - elektrik stansiyaları, neft zavodları vurulacaq...

01.08.2026 / 15:10
İran: Yeni boğazlar və keçidlər də bağlana bilər

01.08.2026 / 14:58
Marketdə müştərinin çantasını oğurlayan şəxs saxlandı

01.08.2026 / 14:55
Şəki-Zaqatala regionunun ənənəvi memarlıq xüsusiyyətləri və onların inkişafında müasir modernizm üslubunun rolu

01.08.2026 / 14:43
ABŞ bu həftəsonu İrana yeni zərbələr endirə bilər...

01.08.2026 / 14:18
Prezident və Birinci xanım Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzalayıblar

01.08.2026 / 14:02
Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib - FOTO

01.08.2026 / 13:55
Ukrayna Qara dənizdə "Rosatom"a aid gəmini batırdı...

01.08.2026 / 13:27
Lukaşenkoya inək heykəli hədiyyə edildi...

01.08.2026 / 13:11
Bilgəh sahilində bir nəfər batdı

01.08.2026 / 12:44
Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək

01.08.2026 / 12:14
Latviya Belarusla sərhədi bağladı...

01.08.2026 / 11:34
Rusiya Kiyevi bombardman etdi – çox sayda ölü və yaralı var...

01.08.2026 / 11:09
Hörmüz boğazında daha bir neft tankeri vuruldu...

01.08.2026 / 10:46
Prezident İlham Əliyev İsveçrə Prezidentini təbrik etdi

01.08.2026 / 10:35
Polis külli miqdarda narkotik ələ keçirdi

01.08.2026 / 10:07
Yol polisi həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış etdi...

01.08.2026 / 09:50
MİQ-in nəticələri açıqlandı - 8 sual səhv olub

01.08.2026 / 09:14
Xalq şairi Nəriman Həsənzadə vəfat etdi

01.08.2026 / 08:45
Prezidentin sosial media hesablarında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı paylaşım edilib

01.08.2026 / 08:00
Tramp amerikalılara çağırış etdi - “…mənimlə qürur duyun”…

01.08.2026 / 07:56
BƏLKƏ BİZ DƏ ATTESTATLA TƏLƏBƏ QƏBUL EDƏK?

01.08.2026 / 07:49
ABŞ İranın Pikaks dağındakı nüvə obyektlərini də vuracaq…

01.08.2026 / 07:35
Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

01.08.2026 / 07:26
Tramp Qrenlandiya mövzusunda qərarlıdır - prezidentlik müddəti bitənə kimi…

01.08.2026 / 07:07
Avropa meşə yanğınlarından xilas üçün keçilərə möhtac qalıb…

01.08.2026 / 07:05
ABŞ Ukraynaya etdiyi yardımın qarşılığını istəyir - Trampın açıqlaması təəccübləndirdi

01.08.2026 / 06:33
ABŞ-İsrail cütlüyü İrana qarşı “görünməmiş hücum” hazırlığına başladı

31.07.2026 / 22:55
İspaniyaya tarixdə görünməmiş miqrant axınının ŞOK PƏRDƏARXASI... Hadisələrdə İsrail barmağı göründü... - VİDEO

31.07.2026 / 22:38
Ukrayna müharibəsində 50-50-yə qələbə şansı indi Trampdan asılıdır...

31.07.2026 / 22:22
Paşinyan Rusiyasız yeni şanslardan danışdı - bəs Azərbaycan və Türkiyəsiz mümkünmü?...

31.07.2026 / 22:05
ABŞ və Fransa kəşfiyyatı Rusiyaya qarşı fəal müharibəyə qoşuldu...

31.07.2026 / 21:48
Ukraynada ABŞ zavodunun vurulması müharibəni qızışdıra bilər...

31.07.2026 / 21:33
Mərkəzi Asiya məşvərətində ilk rəsmi iştirak Əliyevə də, formata da uğur gətirdi...

31.07.2026 / 21:20
Əliyev qırğız həmkarı ilə mühüm investisiya qərarı verdilər...

31.07.2026 / 21:07
Professor Zülfüqarlının sensasiyalı “monqol-tatar tədqiqatlarına” alimlər niyə susur?...

31.07.2026 / 20:51
Azərbaycan-Qırğızıstan müttəfiqliyi barədə müqavilə imzalandı...

31.07.2026 / 20:39
Səudiyyə İran və husilərə qarşı 43 ölkə ilə hərbi dəniz koalisiyası yaradır – ilk addım atıldı...

31.07.2026 / 20:26
Rusiya Ukraynada 200-dən çox yanacaqdoldurma məntəqəsini vurdu...

31.07.2026 / 20:22
İlin birinci yarısı Türkiyəni 25 milyondan çox turist ziyarət edib - Mehmet Nuri Ersoy

31.07.2026 / 20:12
Prezidentin sosial media hesablarında Qırğızıstana dövlət səfəri ilə bağlı videoçarx paylaşılıb - VİDEO

31.07.2026 / 20:09
Mərakeşdən İspaniyaya keçən miqrantların sayı 80 mini keçdi - yaxın saatlarda 120 minə çatacaq...

31.07.2026 / 19:41
Ermənilərin məhkəməsi davam edir, hakimlər müşavirəyə getdi - FOTO

31.07.2026 / 19:35
Prezidentin Qırğızıstana səfəri başa çatdı - FOTO

31.07.2026 / 19:14
Tramp danışıqlar üçün İran qarşısında şərt qoydu – gəmilərə, bazalara hücum olsa...

31.07.2026 / 18:56
Avropa ŞOKDA... Azı 60 min miqrant üzərək Mərakeşdən İspaniyaya keçdi – Aİ Madridlə Şengeni dayandırır... FOTO/VİDEO

31.07.2026 / 17:40
Mehriban Əliyeva Çolpon-Ata şəhərində “Altın-Balalık” sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub - FOTO

31.07.2026 / 17:33
Putinlə son telefonlaşmadan sonra Paşinyan hədələməyə başlayıb...

31.07.2026 / 17:10
Gürcüstan qeyri-müəyyənliyin sonuna gəldi - avrointeqrasiya məsələsi konstitusiyadan çıxarılır...

31.07.2026 / 16:56
Rusiya və Ermənistan arasında dəmir yollarına görə dava böyüyür...

31.07.2026 / 16:54
“Nar”ın dəstəyi ilə inklüzivliyə dair real həyat hekayələri təqdim edilir

31.07.2026 / 16:32
Hörmüz məsələsində İranın qarşısında üç variant...

31.07.2026 / 16:21
150 balla qəbul mümkün olan ixtisasların sayı artırıldı...

31.07.2026 / 16:14
Azərbaycan Ukraynaya nə göndərsə vuracağıq - rusiyalı deputatdan çılpaq hədə...

31.07.2026 / 16:10
Riyaziyyat–informatika altqrupu üzrə iki yeni ixtisas 150 ballıq siyahıya daxil edildi

31.07.2026 / 16:04
Azərbaycan yaşıl enerjinin hesabına xaricə qaz satışını sürətlə artırır...

31.07.2026 / 15:40
Ukrayna Wildberries-in Volqoqrad və Tatarıstandakı mərkəzlərinə də hücum etdi - VİDEO

31.07.2026 / 15:25
Qəmər Adaları Maore Komitəsi fransız deputatlara dərs verdi - yalan hekayələr uydurmaq əvəzinə bunları öyrənin...

31.07.2026 / 15:00
İssık-Kul gölünün sahilində “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu - FOTO/YENİLƏNDİ

31.07.2026 / 14:38
İran Hörmüz boğazından keçməyə cəhd edən iki gəmini vurdu…

31.07.2026 / 14:12
Ölü doğulan körpənin zirzəmiyə atıldığı “Vital Hospital”ın fəaliyyəti dayandırıldı

31.07.2026 / 13:45
Azərbaycan dövlətinin 16 milyardlıq borc öhdəliyi nədən yaranıb...

31.07.2026 / 13:26
Paşinyan dəmiryoluna görə Putindən ildə 2 milyard dollar tələb edir...

31.07.2026 / 13:15
Şəmkirdə keçmiş məhkum 19 kq narkotiklə tutuldu

31.07.2026 / 13:04
"Azərbaycanın Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı qismində qoşulması formatın inkişafında yeni mərhələnin rəmzidir" - Tokayev

31.07.2026 / 12:35
Prezident: "Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı inkişaf etdirəcək"

31.07.2026 / 12:33
"Mərkəzi Asiya ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir" - Prezident İlham Əliyev

31.07.2026 / 12:30
Paşinyan Rusiya ilə problemin əsas səbəbini dedi - Moskva istəyir ki...

31.07.2026 / 12:27
Qırğızıstan xarici vətəndaşlar üçün vahid turizm vizasının tətbiqini təklif etdi

31.07.2026 / 12:21
"Mərkəzi Asiya və Azərbaycan dünyaya qədim şəhərlərin unikal irsini təqdim edə bilər" - Japarov

31.07.2026 / 12:08
Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirildi - Bəyannamə imzalandı - FOTO/YENİLƏNDİ

31.07.2026 / 11:55
ABŞ-ın raket arsenalı tükənib - Lockheed Martinlə 58 milyardlıq saziş bağlandı...

31.07.2026 / 11:52
Tik-tokda itirdiyimiz GƏLƏCƏK - Mətləb Salahov yazır...

31.07.2026 / 11:27
Azərbaycanın strateji valyuta ehtiyatları 85,8 milyard dollara çatdı

31.07.2026 / 11:06
Çolpon-Ata şəhərində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib - FOTO

31.07.2026 / 10:22
Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif edildi - SƏRƏNCAM

31.07.2026 / 10:18
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

31.07.2026 / 10:05
"Azərbaycan-Qırğız Fondunun maliyyə imkanları ikiqat artırılacaq" - Prezident İlham Əliyev

31.07.2026 / 10:00
"Qırğızıstan ilə Azərbaycan arasında siyasi dialoq bu gün ən yüksək səviyyədədir" - Sadır Japarov

31.07.2026 / 09:52
Prezident İlham Əliyev qırğız həmkarını Azərbaycana səfərə dəvət etdi

31.07.2026 / 09:45
"Qırğızıstan və Azərbaycan ikitərəfli qarşılıqlı fəaliyyətin yeni inkişaf mərhələsinə qədəm qoyur" - Japarov

Azərbaycan ətraf mühitin mühafizəsini iqtisadi tərəqqisinin yeni təməl daşına çevirir

XƏBƏR ARXİVİ