ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanın onun prezidentlik müddətinin sonuna qədər ABŞ-ın nəzarəti altına keçə biləcəyini irəli sürüb. Donald Tramp bu şərhi Real America's Voice-a müsahibəsində verib. “Qrenlandiya çox vacibdir - bizim baxış bucağımızdan, onların yox", - deyə ABŞ Prezidenti bildirib. Qrenlandiya özünüidarəetmə və daxili siyasətdə muxtariyyət imkanı olan muxtar bölgə hesab olunur, lakin Danimarka krallığının bir hissəsi olaraq qalır. Donald Tramp dəfələrlə adanın ABŞ-ın nəzarəti altına keçməli olduğunu bildirib.
Qeyd edək ki, Trampın səlahiyyət müddəti 2029-cu ilin yanvarında başa çatır.
SAMİRƏ