şənbə günü, 17 oktyabr 2026
     

Paşinyan “Rusiya Dəmir Yolları”nı Ermənistandan qovur...

Image


Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin dəmiryol şəbəkəsinin Rusiyanın idarəçiliyində olmasına dair suallar qaldırıb. Paşinyan deyib ki, bu onun hökumətinin Türkiyə və Azərbaycanla nəqliyyat əlaqələrini bərpa etmək səylərinə mane olur.

“Rusiya Dəmir Yolları” dövlət şirkəti İrəvanla 2008-ci ildə imzalanmış 30 illik müqavilə əsasında bu şəbəkəni idarə edir. Paşinyan ötən ilin sonunda dəfələrlə bu şirkəti Azərbaycan və Türkiyə sərhədlərinə gedən dəmiryol xətlərini sürətlə bərpa etməyə çağırıb. O deyib ki, Rusiya bunu edə bilməsə, yaxud etmək istəməzsə, Ermənistan hökuməti həmin xətləri öz hesabına təmir etməyə hazırdır. Müsahibəsində Paşinyan deyib ki, Rusiyanın bu sektorda idarəçiliyi Türkiyə və Azərbaycanın Ermənistanın daha böyük hissəsindən tranzit məqsədilə istifadəsinə mane olur. O, Azərbaycanı Naxçıvan eksklavı və Türkiyə ilə Ermənistanın Sünik vilayətindən keçməklə birləşdirəcək dəmir yolundan danışıb: “Dəmir yolunun Sünikin Mehri şəhərinə Zəngilandan daxil olacağı, Mehridən Naxçıvana - Ordubada keçəcəyi aydındır. Beynəlxalq kontekstdə bu dəmir yolunun necə davam edəcəyi çox vacibdir. Hazırda iki rəqabətli variant var”. İrəvan xəttin Türkiyəyə birbaşa deyil, Ermənistanın digər bölgələrindən keçməklə birləşməsini istəyir. Ankara isə ötən ilin avqustunda Türkiyənin şərqindəki Qars şəhərindən Naxçıvana uzanacaq dəmir yolunun tikintisinə başlayıb. Bu xətt Ermənistandan yan keçəcək. Paşinyan bildirib: “Görürük ki, beynəlxalq kontekstdə dəmir yolunun bu hissəsinin Rusiya nəzarətində olması Qars-Dilucu marşrutunun daha əlverişli variant kimi təqdimatı üçün istifadə olunur, bu isə bizim üçün problemdir”. O əlavə edib ki, İrəvan bu məsələ ilə bağlı Moskva ilə həll yolu tapmaq istəyir: “Həll yolu tapmalıyıq və bu həlli dostluq, qardaşlıq məntiqi çərçivəsində tapmalıyıq”. Aylar əvvəl regional əməkdaşlıq üzrə konfransda Paşinyan vurğulayıb ki, İrəvan dəmir yolunun Azərbaycandan Mehriyə, Mehridən Naxçıvana, Türkiyə sərhədinə, Axurikə qədər davam etməsini istəyir. Ermənistanın baş naziri bildirib ki, bu da Vaşinqtonda sülh barədə əldə edilən razılaşmalardan irəli gəlir: “Bu dönüş nöqtəsi, Vaşinqton Sülh Sammiti, eyni marşrutu Axurik-Yerasx marşrutu vasitəsilə daha kiçik investisiyalarla təmin etmək mümkün olacağı halda, burada bir neçə milyard dollar xərcləməmək üçün bir fürsətdir. Biz belə bir anlaşma və razılaşma yaratmaq üçün bu istiqamətdə çalışırıq”.

Baş nazir bir daha qonşu ölkələrin Ermənistan dəmir yolunun Rusiya tərəfindən idarə olunmasından narahat olduğunu iddia edib. Nikol Paşinyanın sözlərinə görə, Ermənistan rəqabət üstünlüyünü itirir, ona görə də həll yolu tapmalıdır. O, bu həllin nə olacağı ilə bağlı heç bir açıqlama verməyib, sadəcə məsələnin Azərbaycan və Türkiyə prezidentləri ilə də müzakirə olunduğunu bildirib: “Dedim ki, biz nizamlanmaya gedirik, sülhə gedirik, yəni artıq sülh vəziyyətindəyik və o dəmir yolu Ermənistandan keçir, niyə artıq mövcud olan bir şey yaratmaq üçün bir neçə milyard dollar xərcləyirsiniz? Əlbəttə ki, onlar bu suala diplomatik sükutla cavab verdilər, amma indi çoxlu müzakirələri, beynəlxalq mətbuatı, beynəlxalq ekspert icmasının təhlillərini gördükdə başa düşürük ki, bu, əsas problemdir və hansı həll yollarımız olduğunu anlamalıyıq”. Paşinyan bu xüsusda dediklərindən bir gün öncə ABŞ-ın vitse-prezidenti Ceyms Vens ilə danışıqlar aparıb. Müxalifətçi millət vəkili Artur Xaçatryanın sözlərinə görə, baş nazir uzun müddətdir iddia etdiklərini, yəni TRIPP-in Ermənistanın blokadasının qaldırılması məsələsini həll etmədiyini etiraf edib. Lakin millət vəkilinin sözlərinə görə, bu, yeganə problem deyil: “Biz uzun müddətdir ki, Ermənistanın “həm də, həm də”dən sabah “ya ya da” ola biləcək siyasət yürütdüyü barədə xəbərdarlıq edirik. İndi elə bir an gəlib çatıb ki, onlar ya, ya da deyirlər və əgər bu sual Qərb, bu halda ABŞ tərəfindən qoyulursa, mən sabah “ya, ya da”nın da Rusiya tərəfindən qoyula biləcəyini qətiyyən istisna etmirəm”. Amma Nikol Paşinyan müsahibəsində Ermənistanın Rusiyaya qarşı hərəkət etməyəcəyini, əksinə Ermənistanın maraqlarını rəhbər tutacağını və özünün həm prezident Putin, həm də baş nazir Mişustinlə isti münasibətləri olduğunu bildirib. Lakin Rusiya isə Sünikdən keçəcək, prezident Donald Trampın adını daşıyacaq tranzit dəhlizinə ilə bağlı narahatlığımı bildirib. Ermənistan marşrut üzərində ABŞ-a eksklüziv hüquqlar verib. Təhlilçilər bu razılaşmanı Rusiyanın Ermənistandakı mövqelərinə növbəti zərbə kimi görürlər. Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Moskva TRIPP layihəsində pay sahibi olmaqda maraqlıdır. Ermənistan rəsmiləri isə belə bir ehtimalı istisna ediblər. bundan başqa, digər istiqamətlər də var. Söhbət üç əsas sahədən gedir: Yerasx-Naxçıvan, Gümrü-Qars və İcevan-Qazax. Paşinyan bu məsələni daha əvvəl qaldırıb. Rusiyaya müraciət olunması onunla izah edilir ki, 2008-ci ildən Ermənistanın dəmir yolu şəbəkəsi “Cənubi Qafqaz Dəmir Yolları” şirkətinin idarəçiliyindədir. Bu şirkət isə Rusiya dövlət şirkəti “Rusiya Dəmir Yolları”nın yüz faiz törəmə şirkətidir. Konsessiya sazişi 30 il müddətinə imzalanıb. Hakimiyyət və ekspert dairələri vurğulayır ki, bu üç dəmir yolu sahəsinin bərpası “Tramp Marşrutu”nun davamı kimi zəruridir. Yalnız bu yolla Ermənistanın tam blokadadan çıxarılması mümkündür. Baş nazirin sözlərinə görə, Ermənistan rusiyalı tərəfdaşlarla əməkdaşlığa hazırdır, lakin regional prosesləri dayandıra bilməz. O, həmçinin bildirib ki, rusiyalı tərəfdaşlar işə başlamazsa, Ermənistan konsessiyanı geri götürə və bu sahələri özü bərpa edə bilər. Politoloq Ruben Meqrebyan hesab edir ki, “Rusiya Dəmir Yolları” şirkətinin Ermənistanda artıq işi yoxdur: “Birincisi, rusların pulu yoxdur. İkincisi, əgər olsaydı belə, qoşulsaydılar da, yalnız layihənin baş tutmaması, reallığa çevrilməməsi üçün qoşulardılar. Əgər işləsəydi belə, yalnız və yalnız rusların sərt nəzarəti altında işləyərdi”. Onun fikrincə, Moskvada hesab edirlər ki, hər şey onların istədiyi kimi ola bilər, çünki Ermənistan hökuməti aydın mövqe ortaya qoymur, kəskin bucaqları yumşaldır. Paşinyanın “müsbət siqnallar”la bağlı son bəyanatını şərh edən politoloq bildirir ki, hələlik Rusiyadan cavab yoxdur: “Bu Moskvadan gələn siqnallar nəyə əsaslanır? Axı “Rusiya Dəmir Yolları”nın büdcəsində nəhəng boşluq var. Onlar özlərini özləri talayıblar və indi Rusiya hökumətindən pul tələb edirlər. Niyə Ermənistanda pul xərcləsinlər? Bu suala cavab yoxdur”. Meqrebyan “Rusiya Dəmir Yolları”nın Ermənistandakı törəmə şirkəti olan “Cənubi Qafqaz Dəmir Yolları”nın gələcək fəaliyyəti məsələsini də qaldırır və sual edir: “Bu geridə qalmış şirkətin bizim dəmir yollarımızda mövcudluğuna nə qədər dözməliyik?”. Analitik onu “1970-ci illərin Brejnev dövründəki SSRİ ölçüləri ilə fəaliyyət göstərən və öz ölkəsində özünü talamaqla məşğul olan” bir struktur kimi xarakterizə edir: “Rusiya Dəmir Yolları” şirkəti Ermənistandan getməlidir. Bizim vaxtımız elə də çox deyil və onların uzun-uzadı düşünməsini gözləyə bilmərik”.

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ