Biz Allaha ibadət və meditasiya vasitəsilə bağlıyıq, amma hüquqlarımızı qorumaq üçün lazım olan hər şeyə də gücümüz çatır. Bu anlayış siqh nəsillərinin DNA-sına daxil olub, əsrlərboyu mübarizələr davam edib. Biz azlıq olmağımıza baxmayaraq heç bir zülmkar rejim qarşısında baş əyməyəcəyik.
B sözləri “The Sikh Network” media portalının sədri Khatkar Jaswinder Singh Bakıda “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib.
O bildirib ki, Hindistanda siqh əhalisi ümumi əhalinin təxminən 2 faizindən də azını təşkil edir. Ölkənin bugünkü əhalisi 1,4 milyard olduğu halda, Pəncabda siqhlərin sayı təxminən 30 milyon civarındadır. “Buna baxmayaraq, siqh kimliyi və prinsipləri bizi müəyyən edir və cəmiyyətə verdiyimiz töhfələr çox vaxt real sayımızdan daha böyük görünür”, - deyə “The Sikh Network” media portalının sədri vurğulayıb.
ZÜMRÜD