çərşənbə axşamı günü, 13 oktyabr 2026
     

Çinlə birgə müəssisə, strateji anlaşma - Azərbaycan Orta dəhlizi gücləndirir...

Image


Abutalıb Səmədov: “Münasibətlərimizin bundan sonra daha da inkişaf etdirililməsi, yaxşılaşdırılması Azərbaycan xarici siyasətinin əsas istiqamətlərindən biridir”

Prezident İlham Əliyev yanvarın 5-də yerli telekanallara müsahibəsində Azərbaycanla Çin Xalq Respublikası arasındakı əlaqələrdən də danışıb. Prezident Əliyev bildirib: “Mən hesab edirdim ki, böyük əhəmiyyət daşıyan hadisələrdən biri də bizim Çinlə olan strateji tərəfdaşlığımızdır. Keçən il mənim Çinə dövlət səfərim zamanı Hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır və bu da çox böyük uğur sayıla bilər. Çünki Çin də dünyada aparıcı ölkələrdən biridir və bu siyasi çərçivə, siyasi platforma, əlbəttə ki, bizim uğurlu diplomatiyamızın təzahürü sayıla bilər”.

Çinlə imzalanmış strateji və hərtərəfli strateji tərəfdaşlıq sənədləri iqtisadi, enerji, nəqliyyat və texnologiya sahələrində əməkdaşlığa güclü təkan verib, ticarət dövriyyəsi rekord həddə çatıb və Çin investisiyaları Azərbaycanda sürətlə artır. Azərbaycan Orta Dəhliz və Zəngəzur dəhlizi vasitəsilə əsas tranzit və logistika mərkəzinə çevrilir,Çinlə müştərək müəssisələrin yaradılması, hərbi-texniki əməkdaşlıq yeni, strateji əhəmiyyətli istiqamət kimi formalaşır.

2024–2025-ci illərdə Azərbaycan–Çin münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib, 21 sənəd imzalanıb və yüksək səviyyəli səfərlər intensivləşib. Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olaraq qalır, ticarət dövriyyəsi 2025-ci ildə 4,2 mlrd dolları keçib, ilk dəfə Bakı–Çin dəmir yolu ixracı reallaşıb. Vizaların ləğvi iki ölkə arasında insanlararası əlaqələri və turizmi əhəmiyyətli dərəcədə gücləndirib.

Azərbaycan-Çin əlaqələrindən danışan “Alyans” SAM-ın sədri Abutalıb Səmədov baki-xeber.com-a bildirdi ki, Çin dünyanın böyük sürətlə inkişaf edən və iqtisadi sahədə möcüzələr yaradan dövlətlərdən biridir. A.Səmədovun sözlərinə görə, dünyanın ikinci iqtisadi gücü olan Çin bu nailiyyətlərini müdrik, ağıllı siyasət sayəsində təmin edib. “Hesab edirəm ki, bir misal göstərsək yerinə düşər. Çinin “Bir kəmər, bir yol” lahihəsi son illərin ən böyük layihələrindən biridir. Dünyanın bir çox ölkələri, o cümlədən də Azərbaycan bu layihəyə qoşulub. Çin hakimiyyəti “Bir kəmər, bir yol” ifadəsinin çox iddialı səslənə və kimlərisə qıcıqlandıra biləcəyini düşünərək layihənin adından “bir” sözünü çıxarıb. İndi həmin layihə “Kəmər, yol” adlanır. Yəni ən xırda detallara da Çin rəhbərliyi fikir verir, iddialı, kimləri isə qıcıqlandıracaq bəyanatlar verməməyə, öz işlərini sakit və qətiyyətlə görməyə çalışır. Çin BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və iclaslarda həmişə obyektiv mövqe tutmağa çalışır. Elə Azərbaycanla bağlı məsələlər müzakirə olunanda da Çinin mövqeyi həmişə tarazlı, ölçülü-biçili olub. Azərbaycanla Çin arasında diplomatik münasibətlər 1992-ci ildə yaranıb və inkişaf edib. Son illər Azərbaycanla Çin arasında xüsusilə çox yaxın əlaqələr formalaşıb. Azərbaycan Prezidenti yerli televiziya kanallarına verdiyi müsahibədə bu məsələnin üzərində xüsusilə dayanıb, Azərbaycanla Çin arasında strateji tərəfdaşlıq, ondan sonra isə hərtərəfli strateji tərəfdaşlıq barədə sənədlərin imzalanmasına böyük qiymət verib, ticarət dövriyyəmizin artığını ayrıca qeyd edib. Bu gün Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 4 milyard dolları keçib. Çin əsas ticarət tərəfdaşımızdır. Xüsuslə idxal sahəsində hətta Rusiyanı da qabaqlayaraq birinci ölkəyə çevrilib.

Burada təəssüfedici bir məqam ondan ibarətdir ki, Azərbaycanın Çinə ixrac etdiyi məhsulların həcmi ilə müqayisədə Çindən idxal etdiyi məhsulların həcmi dəfələrlə çoxdur. Bu da təbiidir ki, bizi ciddi şəkildə düşündürür.

Azərbaycan Çindən başlayan və Avropaya qədər uzanan Şərq-Qərb dəhlizinin əsas hissələrindən biridir. Bu dəhlizin tam gücü ilə işləməsi üçün Bakı-Qars dəmir yolunun da işə düşməsinə görə əlindən gələni edir. Hələlik Zəngəzur dəhlizi işə düşmədiyindən Gürcüstandan keçən Bakı-Tiflis-Qars dəmir yolunun imkanlarından istifadə olunur və bu yolla daşınan yüklərin həcmi durmadan artır. Təbiidir ki, Zəngəzur dəhlizinin işə düşməsi ilə əlaqədar Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizi ilə daşınan yüklərin həcmi də xeyli artacaq. Bu da Azərbaycan üçün çox mühüm əhəmiyyətə malikdir. Əməkdaşlığımızın mühüm istiqamətlərindən biri yaşıl enerji istehsalı ilə bağlıdır. Çin şirkətləri Azərbaycanda bərpa olunan enerji mənbələrinə investisiyalar qoymaqda davam edir. Elektrik, günəş, külək stansiyalarının tikintisinə artıq başlanılıb və bu sahədə fəaliyyət göstərmək istəyən şirkətlərin sayı artır”.

A.Səmədov qeyd etdi ki, eyni zamanda günəş panellərinin istehsalı üzrə zavodun da tikintisinə başlanıb, elektrik avtobusları da artıq Azərbaycanda yığılır: “Çinin Azərbaycana qoyduğu investisiyaların həcmi durmadan artır ki, bu da ölkəmiz üçün çox mühüm əhəmiyyətə malikdir. Eyni zamanda hərbi sahədə də Azərbaycanla Çin arasında əməkdaşlıq inkişaf etməkdədir. Çin silahlarının alınması ordumuzun müasir silahlarla təmin olunması istiqamətində mühüm əhəmiyyət daşıyır. Azərbaycanla Çinin əməkdaşlığının mühüm hissəsi dövlətimizin təhlükəsizliyinin təmin olunmasına yönəlib. Məlumdur ki, qonşu Rusiyanın təkcə ayrı-ayrı şərhçiləri, yaxud partiya sədrləri keçmiş ittifaq ərazisini bərpa etmək barədə bəyanatlar səsləndirmirlər, 2022-ci ilin iyununda Putin səviyyəsində açıq şəkildə deyildi ki, Rusiya hakimiyyətinin missiyası “Rusiya torpaqlarını” toparlamaq, birləşdirmək və gücləndirməkdir. Bu istiqamətdə atılan ilk addım Ukranaya müharibəsinin başlanması oldu. Növbəti addımların olma ehtimalı da istisna olunmur. Burada təbiidir ki, Çinlə əməkdaşlığı təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır. Çünki Çin dünyanın ən nüfuzlu dövlətlərindən biridir, eyni zamanda Rusiyanın hesablaşdığı birinci dövlətdir. Rusiya hətta ABŞ-dan çox Çinlə hesablaşır. Bu səbəbdən Çinlə münasibətlərimizin daha da yaxınlaşması gələcəkdə Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə qarşı olan qəsdlərin qarşısının alınmasında mühüm əhəmiyyətə malikdir. Təbiidir ki, Azərbaycanla Türkiyə münasibətləri də bu istiqamətdə çox mühüm təminatlardan biridir. Türk dövlətlərinin birliyi, gələcəkdə dövlətçiliyi birgə qorumaq istiqamətində fəaliyyət göstərmək istəyi çox mühüm əhəmiyyətə malikdir...”-deyə A.Səmədov qeyd etdi.

A.Səmədov vurğuladı ki, Çin Azərbaycan üçün çox mühüm əhəmiyyətə malik olan dövlətdir: “Çinlə münasibətlərimizin bundan sonra daha da inkişaf etdirililməsi, yaxşılaşdırılması Azərbaycan xarici siyasətinin əsas istiqamətlərindən biridir”.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına dair monitorinqlərə başlandı

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

12.10.2026 / 17:38
Ukraynalılar Trampın yaxınları ilə Mayami danışıqlarını vaxtından əvvəl tərk etdilər...

12.10.2026 / 17:06
Bismillah adlı şəxs - “Təkböyrəklilər ölkəsində baş verən dəhşət" ...

12.10.2026 / 16:50
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - FOTO

12.10.2026 / 16:29
Kallas Trampın Rusiya ilə dizel anlaşmasına çox aqressiv cavab verdi...

12.10.2026 / 16:20
Laos Prezidenti Bakıya gəldi - FOTO

12.10.2026 / 16:17
"Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir" - Vüqar Rəhimzadə

12.10.2026 / 16:04
Bakıda məktəb direktorunun avtomobili yandırıldı

12.10.2026 / 15:46
Ərdoğanın və Baxçalının deputatları əmlakların araşdırılması qanununa imkan vermədilər...

12.10.2026 / 15:43
ABŞ və İsrail İrana qarşı müharibənin növbəti mərhələsinə start verir...

12.10.2026 / 15:28
Azərbaycanın ilk addımı məscidlərin bərpası oldu

12.10.2026 / 15:23
Qəzənfər Paşayev: “Vahid məktəbli formasının olması çox böyük xoşbəxlikdir”

12.10.2026 / 15:19
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

12.10.2026 / 15:16
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqləndi

12.10.2026 / 14:59
Ceyran Mahmudova:"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir..."

12.10.2026 / 14:45
Paşinyan Cermuk və Sisyanı Amulsar qızılına bükməyə hazırlaşır...

12.10.2026 / 13:50
Prezident İlham Əliyev və Mehriban Əliyevanın adından Kambocanın Baş naziri və Birinci xanımının şərəfinə rəsmi nahar verilib - FOTO

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

12.10.2026 / 13:15
Bu şəxslər üçün bankdan kredit götürmək çətinləşir - yeni qaydalar açıqlandı...

12.10.2026 / 13:03
İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi... - VİDEO

12.10.2026 / 12:57
Mənsum İbrahimov:"Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə..."

12.10.2026 / 12:55
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

12.10.2026 / 12:04
"Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır" - Prezident

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:49
Prezident: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:25
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır" - Prezident

12.10.2026 / 11:22
Prezident: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

12.10.2026 / 11:20
"Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib" - Prezident

12.10.2026 / 11:19
Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət etdi

12.10.2026 / 11:18
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir

12.10.2026 / 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb

12.10.2026 / 11:02
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

12.10.2026 / 10:57
Trampın yeni atəşkəs təklifi daha çox Moskvanın işinə yarayacaq - Ukraynanın yalnız bir neft zavodu var, Rusiyanın isə…

12.10.2026 / 10:54
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:21
Xəzər rayonunda dörd vəzifəli şəxs cəzalandırıldı...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTO

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ