Baş nazir Paşinyan bu günlərdə hökumət iclasında "İqtisadi və dövlət strukturunun transformasiyası barədə Doktrinanı" təqdim edib. Baş nazir 2018-ci ildə hakimiyyətin dəyişməsindən və özünün hakimiyyətə gəlişindən sonra iqtisadiyyatın böyük sürətlə inkişafından danışıb.
Baş nazir inkişafı əsasən inhisarçılığa, məmur talançılığına qarşı mübarizə və məhdudiyyətlərin aradan qaldırılması ilə izah edib. Maraqlıdır ki, Ermənistanın 2022-ci ildən sonrakı inkişafı daha çox Rusiyanın sanksiyalardan yayındırılması prosesi ilə bağlı olsa da, Paşinyan bu məsələyə ümumən toxunmayıb. Ona sərf etməz axı... Necə desin ki, Ukrayna müharibəsi başlananda Ermənistanın xarici ticarət dövriyyəsi cəmi 2 milyard dollar olduğu halda, 2025-ci ildə bu rəqəm 12 milyarda çatdı... Təbii ki, bu artım Rusiya ilə sanksiyalardan kənar əməliyyatlarla bağlıdır...
Namiq Quliyev