Bazar ertəsi günü, 12 yanvar 2026
     

“Dünya artıq Amerikanın timsalında birqütblü idarəetməyə doğru gedir” - Yunus Oğuz

Image


"Dünya artıq Amerikanın timsalında birqütblü idarəetməyə doğru gedir. Yəni faktiki olaraq ABŞ Rusiyanı və Çini sıradan çıxarıb və dünyanı təkbaşına idarə etmək istəyir. Təbii ki, bunun əsas səbəbi təkcə geosiyasət deyil, həm də geoiqtisadiyyat və geostrateji vəziyyətdir.

Bu gün dünyada üç əsas resurs uğrunda mübarizə gedir: enerji resursları, təbii sərvət və mədən ehtiyatları, bir də su hövzələri. Hazırda hər biri uğrunda qlobal miqyasda mübarizə aparılır".

Bu fikirləri yazıçı-publisist, siyasi şərhçi Yunus Oğuz Olaylar.az-a açıqlamasında söyləyib:

"Bu gün İranla bağlı çox ciddi proseslər baş verir. Birinci faktor İranın daxilində xalqdır - insanlar ayağa qalxır. İkinci faktor Amerikadır. ABŞ İranla Çin arasında gizli neft ticarətinin qarşısını almaq istəyir. Amerika çox yaxşı bilir ki, əgər Çini ram etmək istəyirsə onda olmayan enerji resurslarının qarşısını almalı və İranla birbaşa danışıqlar aparmaq lazımdı. Amerika İranda siyasi və ideoloji rejimi birmənalı şəkildə dəyişmək istəyir. Amma Çin dəyişmək istəmir. Bilirsiniz ki, Çindən və Hindistandan üç marşrut üzrə məhsul daşınır. Bunlardan biri baha da olsa Qırmızı dəniz üzərindən, ikincisi demək olar ki, artıq Rusiya sıradan çıxarılıb. Üçüncü marşrut Şimal Buzlu okeanı üzərindən həyata keçirilir ki, bu da xeyli xərc tələb edir. Dördüncü marşrut isə Çinin təklif etdiyi "Bir kəmər, bir yol" layihəsidir və bu yol Azərbaycandan keçir. Məhz bu səbəbdən Azərbaycan geosiyasi baxımdan mühüm mövqedədir. Azərbaycan isə dünyada şaxələndirilmiş yaşıl enerji layihəsini həyata keçirir. Amerika istəmir ki, İran kimi ideoloji rejimə malik bir ölkənin sərhədləri üzərindən məhsullar daşınsın. Bu onun üçün strateji risk yaradır. Maraqlı tərəfi odur ki, bu məsələdə Rusiya İranın əleyhinə mövqe tutur. Nəyə görə? Çünki əgər Amerika İran-Çin neft axınını kəsərsə, Rusiya Çinə daha çox neft sata biləcək. Ona görə də ABŞ İranla bağlı birbaşa danışıqlar və ya təzyiqlər yolu ilə bu axını dayandırmaq niyyətindədir.

Burada başqa bir aktor da var - Avropa. Tramp Qrenlandiya mövzusu ilə Avropanın diqqətini yayındırır və bu məsələ istəsə də, istəməsə də Avropanı parçalayır. Dördüncü güclü faktor isə Türkiyədir. Türkiyədə də siyasi rejimi dəyişmək istəyən qüvvələr var. Lakin ölkənin daxili problemləri mövcuddur - xüsusilə kürd məsələsi. Türkiyə hazırda diqqətini əsasən Suriyaya yönəldib, amma İranı da yaxından izləyir. Əsas sual budur: bu aktorlar bir-biri ilə necə razılaşacaqlar?

Bilirsiniz ki, məsələn Çin Venesuela neftinin təxminən 80 faizini alırdı. İndi bunu Amerika satacaq. Eyni ssenari İran üçün də hazırlanır: Çin neft almaq istəyəndə onu Amerikadan alsın. Ona görə də düşünürəm ki, gec-tez ABŞ İrana müdaxilə edəcək. Ola bilsin, bu çox yaxın zamanda baş versin. Bu müdaxilə nəticəsində Amerika İranda ideoloji və siyasi rejimi dəyişəcək. Əgər İran buna razı olmazsa, vəziyyət çox ağırlaşacaq. İran siyasi və iqtisadi islahatlara getsə federativ dövlət yaranacaq. Molla rejimi də bunu istəmir, çünki son nəticədə, bu ölkənin parçalanması deməkdir.Ona görə də,dövləti xalqlar həbsxanasına çevirib.

Şahın oğlunun hakimiyyətə gətirilməsi məsələsi də gündəmdədir. Məncə, bu daha çox İsrailin oyunudur. Amma Tramp açıq şəkildə bildirib ki, "ondan dövlət başçısı olmaz".

İranda yaşayan azərbaycanlılara gəlincə, lider çatışmazlığı olsa da, müəyyən fiqurlar mövcuddur. Mənim fikrimcə, ən optimal variant odur ki, Pezeşkian mövcud sistem daxilində prezident səlahiyyətlərini genişləndirsin, mollaların birbaşa dövlət idarəçiliyinə son qoysun, parlamenti buraxsın və yeni parlament seçkiləri keçirsin. Eyni zamanda İran Konstitusiyasının 15-ci maddəsi həyata keçirilsin - yəni Azərbaycan dilinin rəsmi istifadəsinə və təhsildə tətbiqinə imkan verilsin. Bu hüquqlar digər xalqlara da tanınmalıdır. İnsan öz ana dilində danışmaq istəyirsə, niyə danışmasın? Hazırda prezident hələlik Məsud Pezeşkiandır. Proseslərin bundan sonra necə inkişaf edəcəyini zaman göstərəcək. Burada Azərbaycanın yeri- Azərbaycan birtərəfdir. Amma düşünürəm ki, Azərbaycan öz soydaşlarının qırılmasına biganə qalmamalıdır. Əgər azərbaycanlılar təhlükə altındadırsa, Azərbaycan "dayan" deməlidir. Fikrimcə Pezeşkian buna imkan verməməlidir ki, azərbaycanlılar qırılsın".

Zeynəb Mustafazadə



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Tramp Qrenlandiyaya böyük sayda qoşun göndərəcək... Aydın QULİYEV yazır...

Təyinatdan az sonra kadrların "vurulmasına" dair növbəti fakt - Bakı icrada olanlar..

Azərbaycan Qəzza ilə bağlı qəti mövqe ortaya qoydu – İƏT-in reaksiyası…

SON XƏBƏRLƏR

12.01.2026 / 17:03
Kərə yağı 15 faiz bahalaşacaq - artıq qərar qüvvəyə mindi...

12.01.2026 / 16:48
Yağışdan sonra həyətlərdə kütləvi görünən şey - Azərbaycana milyonlar qazandıra bilər…

12.01.2026 / 16:30
İrakli Qaribaşvili həbs olundu

12.01.2026 / 15:55
Azərbaycan-Ermənistan sülh prosesində dörd böyük əngəl ....

12.01.2026 / 15:52
Paşinyan Moskvanın əsas adamını yenidən həbsxanaya qaytarır...

12.01.2026 / 15:44
Qanunsuz medallar təsis edən QHT rəhbərləri məhkəmə qarşısına çıxarılır...

12.01.2026 / 15:37
Bakı və Abşeronda su təchizatının təkmilləşdirilməsinə dair Dövlət Proqramı təsdiq edildi - SƏRƏNCAM

12.01.2026 / 15:27
Generallar Qrenlandiya ilə bağlı Trampın əmrini rədd etdi - Britaniyadan şok iddia…

12.01.2026 / 15:27
İranda etirazlar, Karib dənizində tanker “ovları” nefti kəskin bahalandırır....

12.01.2026 / 15:27
Prezident: "Yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi qurulacaq"

12.01.2026 / 15:26
"Elektrik enerjisi ilə təchizat bütün ölkəni əhatə edib" - Prezident

12.01.2026 / 15:24
Azad edilmiş ərazilərdə daha iki böyük su anbarının tikintisinə hazırlıq gedir

12.01.2026 / 15:06
Rusiya Ukraynada vuruşan ermənilərin meyitlərini “kremasiya” edir - şok səbəb var...

12.01.2026 / 15:00
Vaşinqton Tehrana hərbi təzyiq üçün variantlar hazırlayır...

12.01.2026 / 14:50
Nərimanovda iki narkokuryer saxlandı

12.01.2026 / 14:37
Ermənistan hökuməti katolikosun dəyişdirilməsinə artıq milli təhlükəsizlik məsələsi kimi baxır....

12.01.2026 / 14:15
Taksi inhisarçıları Bakıda ağır vəziyyət yaradacaqlar - "Taksi" MMC-nin acı dərsi...

12.01.2026 / 14:02
Ukrayna Rusiyaya qarşı növbəti genosid ittihamını beynəlxalq məhkəməyə çıxarır...

12.01.2026 / 14:00
İranda gözlənilən o an gəldi...

12.01.2026 / 13:53
Rusiya "AZAL işini" bağladı, zabitin cinayət işini ləğv etdi - Azərbaycana nə böyük saymazlıq...

12.01.2026 / 13:51
“Dünya artıq Amerikanın timsalında birqütblü idarəetməyə doğru gedir” - Yunus Oğuz

12.01.2026 / 13:29
Avropa dövlətləri ABŞ bazalarını qitədən qovmağa hazırlaşır...

12.01.2026 / 13:24
Dövlət Neft Fondunun pul yatırdığı şirkətlər və səhmlər – SİYAHI...

12.01.2026 / 13:19
İranla bağlı Trampa qorxunc çağırış – “xalqını öldürən lideri öldürün”...

12.01.2026 / 13:07
Россия может напасть на Казахстан - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

12.01.2026 / 12:57
Tramp qətlə haqq verdi, Noem "daxili terror" dedi - ABŞ hara gedir?..

12.01.2026 / 12:55
Avtobusda soyğunçuluq edən 3 nəfər saxlandı

12.01.2026 / 12:49
Türk dövlətlərinin hərbi əməkdaşlığı yeni pilləyə keçdi...

12.01.2026 / 12:45
Azərbaycan 2025-ci ildə qaz hasilatını 2 faizdən çox artırıb

12.01.2026 / 12:44
Zabitlərin dinc dövrdəki həqiqi hərbi xidmət müddəti 6 ay azaldıldı

12.01.2026 / 12:34
İranda Pezeşkianla bağlı iki ictimai rəy hökm sürür...

12.01.2026 / 12:03
Prezident İlham Əliyev Bakı və Abşeron yarımadasında su təchizatı ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

12.01.2026 / 11:50
"Uğurlarımızın əsasında dövlətin informasiya siyasətinə strateji yanaşması dayanır" - Əhməd İsmayılov

12.01.2026 / 11:01
Günəş və Ferman şəhid analarını sevindirdi

12.01.2026 / 10:42
Tramp özünü "Venesuela prezidenti" elan etdi…

12.01.2026 / 10:21
MEDİA-nın yaradılmasından beş il ötür...

12.01.2026 / 10:07
Dövlət Məşğulluq Agentliyinə yeni sədr müavini təyin edildi

12.01.2026 / 09:38
Tehrandan Ağ Evə sürpriz zəng… Tramp açıqladı – ABŞ-İran danışıqları başlayır…

12.01.2026 / 09:11
İranda 3 günlük milli matəm elan olundu

12.01.2026 / 09:07
Qalibaf ABŞ-ın İran siyasətinə yeni ad qoydu - "...qurban yaratmağa yönəlmiş terror müharibəsi..."

12.01.2026 / 08:48
Qrenlandiya mövzusu Ukrayna danışıqlarının bir hissəsi ola bilər - Politico...

12.01.2026 / 08:42
Tovuzda avtobusla minik avtomobili toqquşub, xəsarət alan var

12.01.2026 / 08:36
ABŞ İrana nöqtə atışı və kiberhücum imkanlarını araşdırır...

12.01.2026 / 08:16
Tramp Qrenlandiyanın müdafiəsinı ələ saldı - "...iki it xizəyindən ibarətdir"

12.01.2026 / 00:35
İranda etiraz aksiyalarında ölənlərin sayı 538-ə yüksəldi…

12.01.2026 / 00:11
Bütün variantlar Trampa təqdim edildi - İrana hərbi müdaxilə olacaqmı?

11.01.2026 / 23:36
BMDAM-ın yaranmasından 4 il ötür

11.01.2026 / 23:11
Pazeşkian etirazçılara çağırış etdi - Xalqı dinləməyə hazırıq…

11.01.2026 / 22:55
Hansı təcrübə və hansı haqla İran hakimiyyətinə can atırsan?!... Aydın QULİYEV yazır...

11.01.2026 / 22:40
AYGÜN SƏMƏDZADƏYƏ

11.01.2026 / 22:24
Xeyrəddin Qoca Gömrük Komitəsi ilə bağlı Prezident İlham Əliyevə MÜRACİƏT ETDİ...

11.01.2026 / 22:10
"İran siyasi və iqtisadi islahatlara getsə...." - Yunus Oğuz

11.01.2026 / 17:52
Korrupsiyaya Qarşı Mübarizə Fondu Putinin qızı haqqında maraqlı faktlar açıqladı

11.01.2026 / 16:32
İran Prezidenti etirazçıları problemləri birlikdə həll etməyə çağırdı

11.01.2026 / 16:05
Britaniyanın müdafiə naziri Putini oğurlamaq istəyir - seçimim olsaydı...

11.01.2026 / 16:04
İranın təcavüz halında əks hədəfləri bəlli oldu

11.01.2026 / 15:37
Bakıdan neft məhsullarının növbəti partiyası Ermənistana yola salındı...

11.01.2026 / 15:28
İrandakı etirazlarda ölənlərin sayı ilə bağlı DƏHŞƏTLİ RƏQƏMLƏR açıqlandı - çoxu güllələnib…

11.01.2026 / 15:10
QHT əməkdaşı Ağdərədə minaya düşdü...

11.01.2026 / 14:52
Yepiskop Qaregini ifşa etdi - o materiallar katolikosun əmri ilə dərc edilib…

11.01.2026 / 14:33
Britaniyada 16 yaşdan aşağı şəxslərə sosial media qadağası...

11.01.2026 / 14:06
Zelenski: "...Ukraynada vəziyyət ağır olaraq qalır"

11.01.2026 / 13:47
Tramp Qrenlandiyaya böyük sayda qoşun göndərəcək... Aydın QULİYEV yazır...

11.01.2026 / 13:22
Avropalılar Zelenskini Trampla görüşdən çəkindirdilər...

11.01.2026 / 12:58
Türkiyənin qarşısında "muxtar Kürdüstan" yaradılması naminə "unitar dövlət " prinsipindən imtina tələbi qoyulub - TƏHLÜKƏ...

11.01.2026 / 12:22
Nəhəng neft şirkətləri Trampın Venesuela təklifini rədd etdilər...

11.01.2026 / 11:36
Ukraynanın tələbi ilə BMT Təhlükəsizlik Şurasının təcili iclası keçiriləcək

11.01.2026 / 11:15
ABŞ Tehranda qeyri-hərbi obyektləri də vura bilər…

11.01.2026 / 10:50
Xarici işlər nazirinin müavini Somali ilə bağlı fövqəladə iclasda iştirak edib

11.01.2026 / 08:39
İsrailin XİN başçısı bir günlüyə təcili Bakıya gəlir...

11.01.2026 / 08:34
AB-nin Trampın Qrenlandiya planına kontr-plan hazırladığı ortaya çıxdı - Amerika şirkətlərinə sanksiyalar...

11.01.2026 / 00:55
Tehran-İrəvan aviareysləri etiraz aksiyalarına görə ləğv edildi…

11.01.2026 / 00:32
Moskvadan İrəvana uçan təyyarədə yanğın baş verdi...

11.01.2026 / 00:14
Rusiya Azərbaycan üzərindən Ermənistana 1000 ton şəkər göndərir…

10.01.2026 / 23:14
ABŞ bu gecə İranı vura bilər - ordu hazır vəziyyətə gətirildi…

10.01.2026 / 21:09
İsrail ABŞ-ın hərbi yardımından imtina etmək niyyətindədir – Netanyahu

10.01.2026 / 21:06
Xamnei İsrail və ABŞ-ın ünvanına sərt danışdı - “Bir dəstə təcrübəsiz, burnundan uzağı görməyən insan…”

10.01.2026 / 19:25
Makron Trampın qorxusundan G7 Zirvəsinin tarixini dəyişdi - G7 tarixində bir ilk...

10.01.2026 / 19:21
Şamaxı 3,8 bal gücündə zəlzələ ilə silkələndi...

10.01.2026 / 18:45
Ukrayna ölkənin ən böyük litium yataqlarından birini Trampın dostuna verdi…

10.01.2026 / 17:47
Təbriz “Azərbaycan şərəfdir!” şüarı ilə ayağa qalxdı… - VİDEO

Dövlət idarəçiliyində irəli çəkilən gənc kadrların sayı artır...

XƏBƏR ARXİVİ