İranda əvvəlcə iqtisadi səbəblərdən başlayan etirazlar zorakılığa çevrildi. Hökumət qüvvələri ilə etirazçılar arasında toqqşumalarda 60-dan çox insanın öldüyü bildirilir.
İrandakı hadisələri yaxından izləyən ABŞ prezidenti Tramp ABŞ-ın "kömək etməyə hazır olduğunu" bildirib. Tramp, İranın indiyə kimi heç olmadığı qədər azadlığa yaxın olduğunu və ABŞ-ın İrana müdaxilə etməyə hazır olduğunu bəyan edib.
Bu arada, ABŞ mediası Vaşinqton administrasiyasının İrana hərbi müdaxilə ehtimalını dəyərləndirdiyini açıqlayıb.
Məlumata görə, ABŞ ordusu İrana hava hücum planlaşdırır. Hücumun bu gecə baş verə biləcəyi barədə xəbərlər var.
TAHİR