ABŞ prezidenti Donald Tramp BMT-nin Yaxın Şərq Sülh Prosesi üzrə keçmiş xüsusi koordinatoru, bolqar diplomat Nikolay Mladenovu Qəzza zolağında sülh prosesinə nəzarət etmək vəzifəsi daşıyan Sülh Komitəsinin baş direktoru təyin edib.
Sülh Komitəsi Qəzzada texnokrat hökumət komandasının qurulmasına başçılıq edəcək. Artıq Qəzzada Trampın planının ikinci mərhələsinə start verilib. Yəni HƏMAS-ın tərksilah olunması və İsrail Silahlı Qüvvələrinin Qəzzadan çıxarılması mərhələsidir.
Nikolay Mladenov kimdir?…
Mladenovun tərcümeyi-halına nəzər salarkən çox maraqlı faktlar ortaya çıxdı. Mladenov diplomat ailəsində doğulub, Bolqarıstanın müdafiə, daha sonra isə xarici işlər naziri olub. 2010-cu ildə xarici işlər naziri olanda Bolqarıstanın xüsusi xidmət orqanlarının arxivlərinin lüstrasiyası barədə qərar verib. Lüstrasiya nəticəsində keçmişdə Sovet KQB-sinə xitmət etmiş adamların siyahısı ortaya çıxıb. Elə o zaman Bolqarıstanda mətbuat yazırmış ki, Mladenovun da atası Bolqarıstanın Dövlət Təhlükəsizlik Komitəsində Sovet dövründə işləmiş adam olub, amma Bolqarıstan diplomatiyasında diplomat çətiri altında fəaliyyət göstərib. Əslində isə Mladenovun atası Sovet KQB-nin əməkdaşı olub.
Tahir TAĞIYEV