şənbə günü, 17 oktyabr 2026
     

Bəhruz Quliyev: “Səs” tarixə düşmüş bir qəzetdir" - MÜSAHİBƏ

Image


Yanvarın 11-də Azərbaycan mətbuatının tarixində xüsusi yeri olan “Səs” qəzetinin 35 yaşı tamam olur. Ötən 35 ildə qəzet öz fəaliyyətini necə qurub, cəmiyyətdə hansı imici qazanıb? Bu suallara "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyevlə müsahibədə aydınlıq gətirməyə çalışdıq.

- Bəhruz müəllim, Azərbaycanın müstəqilliyini bərpa etməsindən 9 ay öncə fəaliyyətə başlayan “Səs” qəzetinin yaranma zərurəti və keçdiyi yol haqda fikirlərinizi bilmək maraqlı olardı...

- "Səs" qəzeti dövlətçiliyimiz üçün çətin sınaqların başladığı bir dövrdə ərsəyə gəldi. O dövrdə respublikada ictimai-siyasi durum olduqca gərgin idi, hakimiyyət uğrunda amansız mübarizələr gedirdi, ölkəmiz Ermənistanın işğal və soyqırım təcavüzünə məruz qalmışdı, yüzminlərlə qaçqın-köçkün öz doğma torpaqlarından didərgin düşmüşdü.Ölkədə ağır sosial-iqtisadi durum hökm sürürdü. Belə bir çətin dövrdə etiraf edək ki, müstəqil qəzetin fəaliyyətə başlaması böyük cəsarət və risk tələb edirdi. Lakin qəzetin yaradıcıları bu işin altına girdilər. Fəaliyyətə başladığı ilk gündən qəzet konkret ideologiyaya əsaslandı. Sırf ideloji bir qəzet kimi fəaliyyətə başlamağın çətinlikləri isə daha çox idi.Xatırlayırsınızsa həmin dövrdə hakimiyyətdə olan qaragüruh qüvvələrin siyasi sifarişi əsasında respublikanın bir sıra mətbu orqanlarında ulu öndər Heydər Əliyevə qarşı iftira və qarayaxma kampaniyası aparılırdı.Həmin dövrdə xalqımız və dövlətçiliyimiz qarşısında öz tarixi məsuliyyətini dərk edən qəzetimizin qurucuları belə bir məsuliyyətli və dövlətçiliyimiz üçün həlledici mərhələdə Heydər Əliyev ideyalarını ictimai rəyə çatdırmaq kimi şərəfli bir missiyanı öz üzərinə götürdülər.Qəzetimiz həmin dövrdə mövcud olan hakimiyyətə qarşı müxalif mövqedə idi və haqlı olaraq bu mətbu orqanın qurucuları bütün Azərbaycan vətəndaşları kimi xalqımızın gələcək taleyini böyük tarixi şəxsiyyət Heydər Əliyevlə birgə görürdülər.Xalqın inam və arzusunu çəkinmədən ifadə edərək Heydər Əliyev dühasına üz tutan insanlar, xüsusi ilə cəmiyyətin ziyalı təbəqəsi ağır təqib və təzyiqlərə məruz qalırdılar. Buna baxmayaraq, qəzet çox böyük fədakarlıqla Heydər Əliyev ilə bağlı xalqın arzu və istəyini dilə gətirirdi.Təsadüfi deyildi ki, 1992-ci ilin oktyabrında ölkə ziyalıları xalqın iradəsini ifadə edərək ümummilli lider Heydər Əliyevə "Səs" qəzeti vasitəsilə müraciət etdilər. Ulu öndərimiz əslində, xalqın çağırışı olan bu müraciətə biganə qalmadı, öz cavab məktubunda Azərbaycan dövlətinin xilas yolunu, müstəqilliyin qorunub-saxlanılması strategiyasını açıqladı. Bizim üçün şərəflidir ki, bu cavab da məhz "Səs" qəzetində dərc olunub.Məhz buna görə ulu öndər YAP-ın 10 illik yubileyindəkı çıxışında "Səs"-i Azərbaycanın tarixinə düşmüş bir qəzet kimi xarakterizə etmiş və demişdi: ""Səs" qəzeti mənim üçün çox əziz qəzetdir. Mən bu qəzetin xidmətlərini xüsusi qiymətləndirirəm. O zaman ki, mən Naxçıvanda işləyirdim və Bakıda bəzi dairələrdə Naxçıvana qarşı ədalətsiz hərəkətlər olurdu. "Səs" qəzeti cəsarətlə çox ağıllı şəkildə məqalələr yazır, öz fikirlərini deyirdi. İctimaiyyətdə düzgün fikir formalaşmasına səy göstərirdi. Bu qəzetə qarşı təzyiqlər olurdu, lakin qəzet öz ideyaları uğrunda mübarizə aparmağı bacarırdı. “Səs” qəzetinin YAP-ın yaranmasında, cəmiyyətin maarifləndirilməsində məlumatlandırılmasında çox böyük rolu olub. "Səs" qəzeti tarixə düşmüş bir qəzetdir".

- "Səs" qəzeti dövlətin, ölkə başçısının və YAP-ın fəaliyyətinin cəmiyyətə çatdırılmasında önəmli rolu olan bir qəzetdir. Qəzetin siyasi proseslərdə rolunu necə dəyərləndirirsiniz?

- "Səs" qəzeti həmişə Yeni Azərbaycan Partiyasının ideoloji təbliğat vasitəsi olub və təqdirəlayiqdir ki, qəzetimiz cəmiyyətdə məhz bu cür tanınır. Qəzet fəaliyyətə başladığı 1991-ci ildən etibarən daim ulu öndərimiz Heydər Əliyevin ideyalarına və dövlətçilik xəttinə sədaqətlə xidmət edib.Ulu öndər hakimiyyətə gəldikdən sonra bütün kütləvi informasiya vasitələri kimi "Səs" qəzeti də öz fəaliyyətini normal şəkildə davam etdirib və həm ulu öndərin, həm də YAP-ın fəaliyyəti haqda cəmiyyəti məlumatlandırmaq missiyasını davam etdirib. Biz bu gün də bu siyasi kursa, dövlətçilik ideologiyasına sadiqik və daim bu amal uğrunda çalışırıq.Bundan başqa, qəzet ölkədə və dünyada baş verən hadisələri, insanların fikirlərini, əldə olunan uğurları və problemləri də öz səhifələrində işıqlandırır. Eyni zamanda, qəzetimiz dövlətimizin həyata keçirdiyi siyasətin ictimai rəyə təqdim olunması, obyektiv olaraq bu siyasətin xalqa çatdırılmasında fəal iştirak edir. Biz bu sahədə də öz məsuliyyətimizi dərk edərək hesab edirik ki, bu gün Müzəffər Sərkərdə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın regionda mövqelərini daha da möhkəmləndirmiş, respublikamız regionda lider ölkəyə çevrilmişdir. Kütləvi informasiya vasitəsi olaraq bu siyasəti dəstəkləməyi bizdən xalqın Prezidentə olan inam və etibarı tələb edir.

- İndiki dövrdə "Səs" qəzeti öz fəaliyyət prinsiplərini hansı istiqamətlərdə həyata keçirir?

- Biz dövlətçilik və Heydər Əliyevin ideyaları qarşısında daim öz məsuliyyətimizi dərk edirik. Xalqın sosial sifarişini düzgün olaraq qiymətləndirməyə çalışırıq. Bilirik ki, Azərbaycan xalqı həmişə ulu öndərimiz Heydər Əliyevin yanında olmuş və bu gün də onun ideyalarını uğurla həyata keçirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevlə birlikdədir.Ümumiyyətlə, “Səs” qəzetinin Azərbaycan mətbuatında özünəməxsus yeri var və bu qəzet ölkədə vətəndaş cəmiyyətinin qurulmasına, dövlətçiliyin qorunmasına, milli maraqlarımızın müdafiə edilməsinə öz töhfəsini verib. Biz təkcə YAP-ın və onun liderinin deyil, cəmiyyətin bütün qüvvələrinin sözünü öz qəzetimizdə veririk.“Səs” qəzeti həmişə dövlətçiliyin, ulu öndərin yaratdığı Azərbaycançılıq ideologiyasının təbliği istiqamətində fəaliyyət göstərib. Gənc nəslin dövlətçilik ruhunda tərbiyəsi və maarifləndirilməsi üçün müxtəlif layihələr həyata keçirmişik.Müxtəlif ictimai-siyasi mövzularda ölkənin müxtəlif şəhərlərində dəyirmi masalar təşkil olunub, tanınmış ictimai xadimlərinin, deputatların, məmurların, ziyalıların fikirləri cəmiyyətə çatdırılıb.Bölgələrdə gedən quruculuq işləri və dövlət proqramlarıın icrası ilə bağlı tədbirlər təşkil etmişik və görülən işləri ölkə ictaimiyyətinə çatdırmışıq.Dövrün tələblərinə uyğun olaraq, “Səs” qəzeti də daim yenilənir, müasir texnologiyalara yiyələnir. Ölkə media məkanında ilk dəfə olaraq biz qəzet səhifəsində küar kod sistemi ilə xəbərləri, reportajları, müsahibələri videoformatda izləmək texnologiyası tətbiq etmişik. Bu da oxucular tərəfindən maraqla qarşılanıb.Əlamətdar tarixlərdə multimedia diskləri hazırlayıb yaymışıq, xüsusi nömrələr çap etmişik. O cümlədən ulu öndərin, cənab Prezidentin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanımın fəaliyyətinə həsr olunmuş multimedia diskləri hazırlamışıq.Qəzetin bazası əsasında yaradılmış “Səs” İnformasiya Agentliyi fəaliyyət göstərir və qısa zamanda bu agentlik öz maraqlı, obyektiv informasiyaları ilə təkcə ölkə oxucularının deyil, həm də xarici ölkələrdə yaşayan azərbaycanlıların mütamadi izlədikləri bir internet resursa çevrilib.Media Qrupumuza daxil olan “Səs” televiziyası da indiki informasiya və texnologiya dövründə media məkanımızda özünə layiqli yer tutub. Televiziyanın verilişlərini ölkə daxilindən və xarici ölkələrdən xeyli tamaşaçı izləyir. Səs TV gün ərzində bir neçə dəfə canlı yayımla verilən verilişlər, maarifləndirici proqramlar, xəbər süjetləri ilə tamaşaçılarının marağını çəkir.Yeni çağırışlara uyğun olaraq media qrupumuz sosial şəbəkələrin hamısında fəal şəkildə xəbər yayır, çoxmilyonluq auditoriyalara çıxır. Həm ölkə daxilindən, həm də xaricdən ümumilikdə milyonlarla izləyici xəbərləri bizim sosial şəbəkə kanallarından və səhifələrindən əldə edir.Məlum olduğu kimi, “Səs” qəzetinın adı elə “səs” sözünü özündə ehtiva edir və bu baxımdan bizim radiomuzun da olması lazımdır. Yaxın gələcəkdə “Səs” radiosunun yaradılmasına nail olacağımıza inanırıq.“Səs” həm də bir məktəbdir, burada indiyədək yüzlərlə gənc jurnalist yetişdirilib və onların bir çoxu ölkəmizin müxtəlif media orqanlarında, həmçinin xarici media resurslarında işləyirlər.Ümumilikdə Səs Media Qrupunda 40 nəfərədək əməkdaş çalışır. Ölkənin bütün regionlarında və bəzi xarici ölkələrdə müxbir postlarımız var. Biz ən yeni müasir texnologiyaların tətbiqi, peşəkar iş mühitinin formalaşdırılması ilə ölkəmizin media məkanında özümüzün layiqli yerimizi tutmuşuq. “Səs” Media Grupu həm ideoloji mərkəz kimi, həm də informasiya mərkəzi kimi böyük tarixə malik bir sistem olaraq fəaliyyətini davam etdirir.

- Azərbaycanda dövlət-media münasibətlərini necə qiymətləndirmək olar?

- Ulu öndər dəfələrlə dövlət məmurlarına mətbuata, qəzetlərə güzəştlər etməyin vacib olduğunu bildirib, başqa sahələrdə çalışanlarla yanaşı, jurnalistlərin fəaliyyətini də stimullaşdırmaq məqsədilə dəfələrlə müxtəlif tapşırıq və tövsiyələr verib. Azad sözün inkişafı naminə müxtəlif sərəncamlar imzalayıb və mətbuatın inkişafı üçün münbit şərait yaradıb.Bunun nəticəsidir ki, neçə-neçə yaşlı jurnalist Prezident təqaüdünə təqdim olunub, qəzetlərin nəşriyyata olan borcları dondurulub, həmkarlarımız təltif olunublar. Ulu öndər Heydər Əliyev mətbuata tolerant yanaşan, azad fikirli, demokrat bir insan idi. Onun siyasi kursu bu gün cənab Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.Cənab Prezident ulu öndərin yolunu davam etdirərək, mətbuatın inkişafı naminə qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borcunu birdəfəlik ləğv edib və layiqli jurnalistlərə mükafatlar verib. Prezident İlham Əliyev daim mətbuatın inkişafı üçün lazımi addımlar atır, tapşırıqlar və sərəncamlar verir.Milli mətbuatımızın ildönümləri ilə bağlı cənab Prezidentin sərəncamı ilə mətbuatımızın inkişafında xidmətləri olan bir qrup jurnalistə fəxri adlar və sair mükafatlar verilməsi media mənsublarının əməyinə verilən layiqli qiymətdir.Bundan başqa, Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitlə jurnalistlər üçün 2 böyük yaşayış binası tikilib və yüzlərlə jurnalist ailəsi mənzillə təmin olunub. Jurnalistlərin sosial müdaifəsi ilə bağlı da xeyli işlər görülüb. Milli Mətbuatımızın 150 illik yubiliyi münasibətilə yüzlərlə jurnalist ölkə başçısı tərəfindən mükafatlandırılıb.İnkişaf olan yerdə, sözsüz ki, problemlər də var. Lakin, bu gün milli mətbuatımız inkişaf etmiş ölkələrdən, demokratik ənənələri yüz illərlə ölçülən ölkələrin mediasından heç də geri qalmır.

- Maraqlı müsahibəyə görə sağ olun.

Müsahibəni aldı Elçin Bayramlı



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ