Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriya Demokratik Qüvvələrinə (SDQ) aylar əvvəl xəbərdarlıq edildiyi bildirib. Nazir qeyd edib ki, SDQ-yə verilən vaxt artıq başa çatıb və Suriya hökuməti ölkənin ərazi bütövlüyünü təmin etmək üçün hərəkətə keçib.
Nazirin sözlərinə görə, SDQ-nin həqiqi niyyəti ilə bağlı əvvəllər ifadə edilən narahatlıqlar təəssüf ki, özünü doğruldub. H.Fidan, hazırkı mərhələdə SDQ-nin əlində olanları nəyin bahasına olursa-olsun qorumaqda israr etməsinin Suriyanın sabitliyə qovuşmasının qarşısındakı ən böyük maneə olduğunu deyib.
XİN başçısı SDQ-dən terrora və separatçılığa son qoymağı tələb edib və bildirib ki, bu mövqe Suriyanın və regionun reallıqları ilə ziddiyyət təşkil edir.
H.Fidan qeyd edib ki, zərurət yarananacağı Türkiyə birbaşa müdaxilədən də çəkinməyəcək.
NAHİD