çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

AYDINLIĞA DOĞRU - Qurban CƏBRAYIL yazır...

Image


Sharğ.az saytında “Mədəniyyət” jurnalının redaktoru Qurban Cəbrayılın “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevə həsr olunmuş yazısı yayımlanıb.

Məqaləni sizə təqdim edirik:

“Bakı-xəbər”in baş redaktorunun müdrik yaşı və fəxri adı münasibətilə bir az gecikmiş təbrik yazısı

Həyatın mənası nədir? İnsanlara xidmət və hörmət etmək. Aristotel

Redaktorluq çox çətin, məsuliyyətli, amma vacib, gərəkli və müqəddəs peşədir.Onun qəzet-jurnal, radio-televiziya, nəşriyyat ixtisaslaşmalarının; elmi, bədii, texniki sahələrinin təfərrüatına varmadan, funksional vəzifələrini, mühüm tələblərini qabartmadan cəsarətlə, həm də məşhur deyimi dəyişərək söyləyə bilərəm ki, hər tanınmış jurnalistin, yazıçının uğurlarında bir istedadlı redaktorun böyük payı var:istər yazılı, istərsə də audio-viziual informasiya qurumunun ideya istiqamətini, gündəmi, mövzuları müəyyənləşdirir, yaradıcı heyətə tapşırıqlar verir,qələm məhsullarını nəzərdən keçirir, redaksiyanın poçtundakı cızma-qaraları qaydaya salır, məqalələri çapa, verilişləri buraxılışa imzalayır və sair.Xüsusən yaradıcılıq yollarında kövrək addımlarını atan gənc yazarların taleyində redaktor təkzibedilməz rolamalikdir – hətta o dərəcədə ki, bir qeydi, kəlməsi ilə həmin (şübhəsiz ki, istedadlı) şəxsin ruhlanıb böyük əsərlər yaratmasına da vəsilə ola bilər, psixoloji sarsıntı zəminində qələmiyerə qoyaraq bu sahədən tamamilə getməsinə də...

Azərbaycanın sovet dövrü jurnalistikasından söhbət açılanda Nəsir İmanquliyev, Qulam Məmmədli, Nəriman Zeynalov, Cəmil Əlibəyov, Əfqan, Tofiq Rüstəmov, Məzahir Süleymanzadə və başqaları hörmətlə xatırlanır.Müstəqillik zamanında hər dəfə əlimdə bir cızma-qara olanda Rəşad Məcid və Yusif Rzayevin (525-ci qəzet), Asif Mərzili və Elbar Şirinovun (Təzadlar), Əflatun Amaşov və Əli Nəcəfxanlının (Xalq qəzeti), Akif Aşırlı və Yusif Nəzərlinin(Şərq), Qəzənfər Bayramov və Qalib İbrahimoğlunun (Ekspress), Əli Rza Xələflinin (Kredo), Azər Turanın (Ədəbiyyat qəzeti), Tapdıq Abbasın (Paralel), Rauf Arifoğlunun (Yeni Müsavat), Şəmsiyyə Kərimovanın (Yeni Təfəkkür), Afiq Mirzəbəylinin (Reytinq), Şakir Habiloğlunun (Yeni Zaman), İbrahim İbrahimlinin (Zaqatala) ərklə qapısını döymüşəm, sağ olsunlar, bəzən məqalənin həcmindən gileylənsələr də, çap ediblər.

İndiki – sözün dəyərinin itdiyi, yazanların, danışanların çoxaldığı, nəşrlərin, tribunaların azaldığı - Azərbaycan reallığında bu məqam sahiblərinə daha çox ehtiyac yaranır, üz tutulur. Doğrudur, belə hallarda redaktor müəyyən mənada həm də naşirə çevrilir. Eybi yoxdur, olsun, təki 150 yaşlı milli mətbuatımız dişli, nüfuzlu KİV və yaxşı, təcrübəli, cəfakeş redaktorlarlaaşıb-daşsın!..

Mən onu lap çoxdan – ötən əsrin doxsanıncı illərinin əvvəllərindən qiyabi tanımışam. Əyani tanışlığımız isə 2000-lərin ortalarına – Redaktorlar birliyi adlı qurumun fəaliyyəti dövrünə təsadüf edir. Həmin vaxtlarda qanunsuz əməllərinə, cinayətkar fəaliyyətlərinə görə sonralar ifşa olunacaq çoxsaylı məmurlar müstəqil mətbuatın üzərinə əməlli-başlı “səlib yürüşü” təşkil etmişdiər. Qəzetlər bir-birinin ardınca sifarişli məhkəmə hökmlərinə tuş gəlir, iri məbləğdə cərimələnir, bağlanır, jurnalistlər “samosud”a məruz qalır, döyülür, girov götürülür, həbsxanaya qapadılır, səyyar və köşk yayımına ciddi əngəllər törədilirdi.Belə bir çətin ərəfədə media kapitanları mütəmadi toplaşaraqmövcud durumu nəzərdən keçirir, vəziyyətdən çıxış yolu arayır, səslərini ölkə rəhbərliyinə çatdırmağa çalışırdılar. Aydın müəllim belə müzakirələrdə həmişə fəal idi, həmkarlarının müdafiəsi, ədalət, obyektivlik naminə hətta öz “məqamlı” həmyerlilərinə – müxtəlif vəzifələrdəki naxçıvanlılara, cəhrililərə də güzəştə getmirdi...

Sonrakı dönəmlərdə Aydın Quliyev və rəhbərlik etdiyi “Bakı-xəbər” qəzeti, sırasında dəyərli qələm adamları Tahir Tağıyev, İradə Sarıyeva və digərlərinin çalışdığı kollektiv daim hayımıza yetişdi. İnsan haqları, milli-mənəvi dəyərlər, geopolitika, xüsusən də tanınmış ziyalıların yubileyləri münasibətilə hazırladığım onlarla portret-yazını kağız variantında və sosial şəbəkə vasitəsilə geniş oxucu auditoriyasının ixtiyarına verdilər. Ötən illər ərzindəadıçəkilən redaksiyanın kandarından bircə dəfə də olsun əliboş qayıtmadımvə az-çox cümlə qura bilən, fikrini ifadə etməyi bacaran kimlərinsə burada soyuq, biganə münasibətlə qarşılanacağınada inanmıram. Bu mənada “Bakı-xəbər”həm doğma ocaq, məhrəm dost qapısı, həm də yaradıcı kadrlar hazırlayan bir məktəb sayılmalıdır.Tanınmış redaktor özü də deyir ki: “Mətbuatımızda çox şey dəyişib. Dinamika var. Dünən əvvəlkindən, bu gün dünənkindən seçiləcək qədər yaxşıdır. Sabah daha yaxşı olacaq. Bir vaxtlar media ilə bağlı rəsmi ünvanlara yönəltdiyimiz tənqidi məsələlər bu gün, demək olar ki, həll edilib. Mediamız daha çox dövlətçi olmağa başlayıb. Mediaya dövlətin dəstəyi artıq bir institut kimi formalaşıb. Cənab İlham Əliyevin prezidentliyi dövründə mediamızda inkişaf fenomenləri daha çoxsaylı və sürətli olmağa başlayıb. Neqativlər, sözsüz ki, yenə var, lakin mediamızın özünün içində bu neqativləri əritməyə və yox etməyə qadir mexanizmlər də formalaşıb”.

Aydın müəllim ictimai fikir fəzasında iki qanadla pərvazlanır – istedadlı jurnalist, publisist, redaktor və çevik, müdrik, cəsarətli siyasi təhlilçi, politoloq kimi. Yazıları dərinliyi, hərtərəfliliyi, faktoloji zənginliyi, operativliyi ilə siyasi publisistikanın dəyərli nümunələridir. Sözügedən proseslərdə daha çox diqqətçəkən məqam müəllifin peşəkarlığı ilə bərabər, vətənpərvərliyinin də boy göstərməsidir. Ələlxüsus da Azərbaycan, Qarabağ, xalq, dövlətçilik, mentalitet səpkili mövzularda o hər hansı güzəşt, loyallıq, haqlı mövqeyindən çəkilmək fikrində deyil. Amma nə qədər taleyüklü məsələ olsa da radikallıqdan, mühafizəkarlıqdan uzaqdır, sivil müzakirənin, fikir mübadiləsinintərəfdarıdır, həmişə sağlam dialoq mədəniyyəti göstərir. Elə deyilənlərin nəticəsidir ki, opponentlərin də sayğı ilə yanaşdığı adamdır. Bu gün ABŞ konqresmeninin, Rusiya prezidentinin köməkçisinin, yaxud iranlı məmurun, deputatınvətənimiz, cənab İlham Əliyevin yürütdüyü siyasət barədə hədyanlarına sərrast cavabı, məsələn,sabah həmin ölkələrin müstəqillik günü ilə bağlı səfirliklərin keçirdiyi tədbirə dəvət edilməsinə və orada başıdlk, üzüağ iştirakına heç bir maneə törətmir.Son illər qəzetin və saytın bazasında yaratdığı “Bakı-xəbər” yutub televiziyası hadisələrə daha çevik və dolğun münasibət sərgiləməyə imkan yaradır: “Mənə həm jurnalist, həm də siyasətçi demək olar. Bu peşələrin hər ikisi doğmadır, qabiliyyətlərimə uyğun gəlir. Hər iki sahə təsadüfi adamları sevmir. Hər iki istiqamətdə məşğuliyyət başqa sahələrdə önəmli olmayan keyfiyyətlər tələb edir. Ancaq unutmayaq ki, jurnalistə siyasətçinin tribunası gərək olmaya bilər, lakin siyasətçi üçün jurnalistin tribunası vacibdən vacibdir. Fikrimcə, bu peşələr bir-birinə nəinki mane olmur, hətta bir-birini tamamlayır. Siyasi düşüncəsi zəif şəxsin yaxşı jurnalistliyidə, yazı-pozusu olmayanın sanballı siyasətçi sayılması da eyni dərəcədə mümkünsüzdür. Bu gün belə keyfiyyətlərə malik jurnalist sabah siyasətçi, siyasətçi isə jurnalist kimi tam uğurlu fəaliyyət göstərə bilər…”

Yazımın epiqrafı dahi Aristotelin məşhur kəlamından qaynaqlandı.Görkəmli rus yazıçısı Maksim Qorki də eynən, ömrün mənasını məqsədlərə canatmanın gözəlliyində və gücündə, varlığın hər anının öz yüksək məramına çatmasında görürdü. Əziz dostumuzun yaşam kredosu, həyata baxışları da istər ilahi tövsiyələr və fəlsəfi düsturlar, istərsə də adi davranış qaydaları ilə tam səsləşir, üst-üstə düşür. Təvazökarlığı həmin ali keyfiyyətlərin təqdimatına sədd çəksə də, o, həqiqətən vətənin, xalqın, dövlətçiliyin, mətbuatın, milli-mənəvi dəyərlərin, insanlığın xidmətindədir.Genlərlə ötürülən şərəf və ləyaqət, valideynlərinin verdiyi tərbiyə, dünya gör-götürü, keşməkeşli yollarda qazandığı zəngin təcrübə xarakterinin kamilləşməsində böyük rol oynayıb. 1983-cü ildə indiki Bakı Dövlət Universitetin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Naxçıvan Dövlət Plan Komitəsi strukturunda elmi redaktor, Naxçıvan Dövlət Universitetində laborant və müəllim kimi çalışıb. Muxtar respublikanın Ali Məclisində sədrin siyasi məsələlər üzrə müşaviri, şöbə müdiri, Elmi-Texniki İnformasiya və Təbliğat Mərkəzində, Naxçıvan Dövlət Pedaqoji Universitetində müxtəlif vəzifələrdə işləyib. 1990-cı ildən “Ağrıdağ”, “Ordubadın səsi”, “Ülfət”, “İki sahil”, “Rezonans”, “525-ci qəzet” və digər mətbu nəşrlərdə siyasi-publisistik və analitik məzmunlu məqalələrlə çıxış edib. 2001-ci ildən “Hürriyyət” qəzetinə rəhbərlik edib, 2003-cü ildən isə “Bakı-xəbər” qəzetinin baş redaktorudur. Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvüdür.

Dövlət rəhbərliyi də onun fəaliyyətini layiqincə qiymətləndirib.“Tərəqqi” medalı ilə təltif olunub. Bu il milli mətbuatımızın əsryarımlıq yubileyində “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

Onun haqqında ölkəmizin nüfuzlu şəxsiyyətləri, ictimai-siyasi simalar öz ürək sözlərini bölüşüblər. Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı yazır: “Aydın Quliyevi şəxsən tanıyana qədər çıxışlarını ardıcıl izləmişəm və onun orijinal fikirlərini, məsələlərə fərqli yanaşmalarını məmnunluqla dinləmişəm. İstənilən milli və beynəlxalq məsələlərə münasibətində tamamilə fərqli yanaşmalarını, heç kəsin demədiyi, ağlının ucundan belə keçirmədiyi fikirlərini eşitmişəm. Hər çıxışında cəmiyyətə ən yeni ideyalar verib ki, dövlətçiliyimizin, xalqımızın mənafelərinin qorunması baxımından çox əhəmiyyətlidir. Ümumiyyətlə, Aydın Quliyev faydalı ziyalıdır. O, təkcə peşəkar baş redaktor deyil, həm də görkəmli ictimai xadim, məktəb yaratmış ziyalıdır”.

Yazıçı-publisist Elman Eldaroğlunun fikirləri də maraqlıdır: “Qəlbinin dərinliyində təkcə özü barədə deyil, həm də atrafdakı insanlar haqqında düşünür. Yaxın dostlanna çox qaygıkeşlıklə yanaşır. O, kiminlə dostlaşırsa, demək olar uzun müddət, bəlkə də həmişəlik bu münasibəti qoruyub saxlayır. Dostlarının uğurlarına sevinən adamdır,başlarına bir iş gələndə isə çox kədərlənir. Hətta dostları ciddi xəstəliklərə düçar olanda gecə-gündüz onlara qulluq etməyə hazırdır. Hücumu ən yaxşı müdafiə hesab edir. İnadcıldır, vicdanlıdır. Nə kiminsə haqqına girir, nə dəki, öz haqqını güzəştə getmir. Nə isə, haqqında söhbət açdığım Aydın Quliyev həqiqətin gözünə dik baxa bilir…”

Aydın Alıqulu oğlu qəti, inamlı, yorulmaz addımlarla ömrün (18 iyul 1960) 66-cı dolayını qalxaraq növbəti 70-ci yüksəkliyə doğru irəliləyir. Əlbəttə, Allahın köməyi ilə hələ qarşıda 80-ci, 90-cı, 100-cü zirvələr var. Dəyərli ziyalımıza cansağlığı, uzun ömür, uğurlu fəaliyyət diləyirəm! Bir də, “Bakı-xəbər”in tirajını, dövriliyini artırsın, gündəlik, səhər-axşam qəzetlərinə çevirsin ki, dünyada və ölkədə baş verən hadisələrdən bixəbər, bizdən yubileyləri münasibətilə təbriklər, yazılar gözləyən dostların yanında üzüqara qalmayaq!..

Hörmətlə, Qurban Cəbrayıl
“Mədəniyyət” jurnalının redaktoru

https://sherg.az/media/aydinliga-dogru



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ